Son dörd il ərzində Azərbaycan və Ukrayna arasında münasibətlər dinamik və ardıcıl şəkildə inkişaf etmişdir. Bu müddət ərzində iki ölkənin liderləri arasında yeddi dəfə görüş keçirilmiş, bu da qarşılıqlı dialoqun intensivliyini və əməkdaşlığa verilən önəmi göstərmişdir. Görüşlərin əksəriyyəti beynəlxalq təşkilatların tədbirləri çərçivəsində baş tutsa da, bu təmaslar ikitərəfli münasibətlərin möhkəmlənməsinə ciddi töhfə vermişdir. […]
Cəmiyyət
Görüşlərimiz müntəzəm xarakter daşıyır.
25 aprel 2026-cı ildə keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüş və mətbuata verilən bəyanat iki ölkə arasındakı münasibətlərin ardıcıl və yüksələn xətt üzrə inkişaf etdiyini bir daha nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında vurğuladı ki, liderlər arasında görüşlər artıq müntəzəm xarakter alıb. Son dörd […]
SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir.
SOCAR-ın Ukraynadakı fəaliyyəti, Azərbaycanın iqtisadi diplomatiyasının ən uğurlu səhifələrindən biridir. Bu fəaliyyət sadəcə bir şirkətin xarici bazarda qazancı deyil, həm də iki ölkə arasındakı strateji etimadın ən böyük sütunlarından birinə çevrilmişdir. SOCAR 2008-ci ildə Ukrayna bazarına daxil olanda, sektorda tamamilə yeni bir “Premium” standart müəyyənləşdirdi.Xidmət mədəniyyəti: SOCAR-ın yanacaqdoldurma məntəqələri (YDM) sadəcə yanacaq satışı nöqtəsi deyil, […]
SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir.
SOCAR-ın Ukraynada uzunmüddətli və uğurlu fəaliyyəti Azərbaycanın beynəlxalq enerji siyasətinin mühüm istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Bu fəaliyyət yalnız iqtisadi maraqlarla məhdudlaşmır, eyni zamanda iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə, enerji təhlükəsizliyinin təmin olunmasına və regional əməkdaşlığın inkişafına xidmət edir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti – SOCAR, Ukrayna bazarında uzun illərdir ki, […]
Sabunçuda tunelin kanalizasiya kollektorunda baş vermiş çökmə aradan qaldırılacaq
Sabunçu rayonunda daxili kanalizasiya kollektorunda baş vermiş çökmə aradan qaldırılacaq. xeberde.az-ın xəbərinə görə, bu məsələ Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənmiş Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısına daxil edilib.
Masazırdakı Qotur göllə bağlı zəruri tədbirlər görüləcək
Abşeron rayonu (Masazır, Qotur gölü) 12/26 saylı kanalizasiya nasos stansiyasında (KNS) nasos aqreqatları bərpa ediləcək. xeberde.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Prezidentinin 2026-cı il 28 aprel tarixli Sərəncamına əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısında […]
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü
Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və icraçı direktoru Aydın Veysəloğlu ADA Universitetində keçirilən “Senior Talks” layihəsi çərçivəsində tələbələrlə növbəti dəfə bir araya gəlib. Layihənin davamı olaraq təşkil olunan görüş səhər yeməyi formatında baş tutub. Xatırladaq ki, ADA Universitetinin Karyera Xidmətləri şöbəsi tərəfindən təşkil edilən “Senior Talks” layihəsinin əsas məqsədi iri şirkət rəhbərlərini tələbələrlə bir araya gətirmək, […]
Humanitar sahələrdə uğurlu siyasət modeli
Azərbaycan-Ukrayna əlaqələrinin humanitar sahə üzərindən başlayaraq inkişaf etdirilməsi olduqca məntiqli yanaşmanın və praqmatik, real siyasətin əsasını təşkil edir. Azərbaycan ölkə olaraq humanitar yardım məsələsinə hər zaman olduqca həssas yanaşıb. Humanitar yardım xətti ümumilikdə Azərbaycanı beynəlxalq arenada etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeləndirir. Müharibədən zərər çəkmiş əhaliyə göstərilən dəstək Ukrayna cəmiyyətində ölkəmizə qarşı müsbət ictimai […]
Təhlükəsizlik və sabitlik hər iki xalq üçün prioritetdir
Ukrayna postsovet məkanında Azərbaycanın əsas strateji müttəfiqlərindən biridir və bu ölkə ilə sosail-iqtisadi, təhsil, mədəniyyət sahələrindən tutmuş hərbi əməkdaşlığa qədər demək olar ki, bütün sahələr üzrə münasibətlər mövcuddur. Ukrayna Qarabağ savaşında da və savaşdan öncə də daim Azərbaycanın mövqeyini dəstəkləyən mövqe sərgiləyib. Azərbaycan da bütün bu illər ərzində Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və bu […]
Həm sözdə, həm də işdə səmimi münasibətlər
Azərbaycan-Ukrayna münasibətlərin fəlsəfəsi təkcə sözlərlə deyil, həm də praktikada özünü göstərir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ukraynanın rəsmi nümayəndələri ilə görüşlərində bu münasibətləri belə xarakterizə edib ki, biz Ukrayna ilə yalnız siyasi əlaqələr deyil, həm də iqtisadi, enerji, infrastruktur və müdafiə sənayesi sahələrində real əməkdaşlıq nümunələri yaradırıq. Bu əlaqə hər iki tərəf üçün faydalıdır və […]









