Cəlilabadda sürücü qəza törədərək dünyasını dəyişib. Hadisə Cəlilabad-Soltankənd avtomobil yolunda baş verib. Belə ki, Cəlilabad şəhər sakini, 53 yaşlı Sakit Abdinov idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən anidən halı pisləşib. Nəticədə sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq kənarına düşüb. Hadisə zamanı Sakit Abdinov ölüb. Ehtimal olunur ki, qəzadan öncə onun ürəyi tutub və […]
Bölgə
Kür çayında yeniyetmə qız BATDI
Kür çayında yeniyetmə qız batıb. xeberde.az xəbər verir ki, hadisə çayın Samux rayonundan keçən hissəsində qeydə alınıb. Gəncə şəhəri Məhsəti qəsəbə sakini, yaxşı təxminən 16-17 olan yeniyetmə qız (şəxsiyyəti dəqiqləşdirilir-red) çayın Yenikənd ərazisindən keçən hissəsində batıb. Hazırda Fövqaladə Hallar Nazirliyinin Sularda Xilasetmə Dövlət Xitmətinin əməkdaşları tərəfindən yeniyetmənin axtarışları davam edir. Fakta bağlı araşdırma aparılır.
Azərbaycanda qəribə hadisə: Heç kimə icazə verilmir – VİDEO
Şəki rayonunun Baş Zəyzid kənd qəbiristanlığında dəfnlə bağlı fərqli qaydalar tətbiq olunur. xeberde.az xəbər verir ki, yaşayış məntəqəsinin məzarlığı iki hissəyə bölünüb. Yeni hissədə bütün başdaşları standartdır. Burada heç kimə fərqli formada məzarüstü daş qoyulmasına icazə verilmir. Baş Zəyzid qəbiristanlığının digər hissəsində isə belə qaydalar mövcud deyil. Əgər kimsə doğmasına böyük, təmtəraqlı qəbir daşı qoymaq […]
Lənkəranda atları içməli su anbarında çimizdirirlər – FOTOLAR
Lənkəranda turistlərə xidmət göstərən bəzi şəxslərin heyvanları Xanbulan su anbarında çimizdirməsi narazılıq doğurub. xeberde.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlarda atların birbaşa su anbarının dayaz hissəsində çimizdirildiyi görünür. Qeyd edək ki, Xanbulan su anbarı Lənkəran və Astara rayonlarının əsas içməli su mənbələrindən biridir. Belə bir ərazidə heyvanların suya salınması və bunun açıq […]
SON DƏQİQƏ: Kəlbəcərdə PARTLAYIŞ – Xəsarət alan var
Kəlbəcər rayonunun Zəylik kəndi ərazisində sursat partlayışı hadisəsi baş verib. xeberde.az xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb. Bildirilib ki, 1987-ci il təvəllüdlü Qazax rayon sakini İsgəndərov Sərxan Ələsgər oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən sursat partlayışı nəticəsində xəsarət alıb. Faktla bağlı Kəlbəcər Rayon […]
Şuşada bir ton çətənə kolu məhv edilib
Şuşa şəhərinin Xəlfəli kəndi ərazisində ümumi çəkisi bir ton olan 2010 ədəd çətənə kolu məhv edilib. Bu barədə xeberde.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, yabanı halda bitən narkotik tərkibli bitkilər Şuşa Rayon Polis Şöbəsinim əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində aşkar edilib.
İcra başçısı 3 qurumu birləşdirdi – Rəis təyin etdi – FOTO
Hacıqabul Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən üç qurum birləşdirilib. Hacıqabul rayonunun icra başçısı Sevindik Hətəmovun əmri ilə Yaşıllaşdırma və Abadlıq İşləri İdarəsi, Kommunal Təsərrüfat İdarəsi və Mənzil İstismar Sahəsi birləşdirilərək onların bazasında “Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi” MMC yaradılıb. Yeni yaradılan qurumun rəisi vəzifəsinə Aqil Aslanov təyin edilib.(unikal)
Muğam Mərkəzinin quruluşçu rejissoru vəfat etdi
Beynəlxalq Muğam Mərkəzinin (BMM) quruluşçu rejissoru İlqar Əkbərov 53 yaşında vəfat edib. xeberde.az xəbər verir ki, bu barədə mərkəz məlumat yayıb. Qeyd edək ki, İlqar Əkbərov 1994-cü ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində musiqi tərtibatçısı kimi fəaliyyətə başlayıb, 2021-ci ildən isə Beynəlxalq Muğam Mərkəzində quruluşçu rejissor kimi çalışırdı.
Azərbaycanda qadın boşanmaq istəyən ərini avtomobillə vurdu
Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Rəşid Rəşidli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. xeberde.az Gencexeber.az-a istinadla xəbər verir ki, ona dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata əsasən, R.Rəşidlini həyat yoldaşı idarə etdiyi avtomobillə vurub. İddialara görə, hadisəyə səbəb kişinin həyat yoldaşından boşanmaq istəməsi olub. Faktla bağlı polis əməkdaşları tərəfindən […]
Bu rayonda beş küçəyə şəhidlərin adı verildi
Cəlilabadda beş küçəyə şəhidlərin adı verilib. xeberde.az xəbər verir ki, bununla bağlı müvafiq işlər yekunlaşdırılıb və şəhidlərin adını daşıyan küçələrdə yeni lövhələr quraşdırılıb. Bu küçələr artıq şəhid Camal Əliyev, şəhid İlqar Zeynalov, şəhid Mirağa Qasımov, şəhid Zeynal İsmiyev və şəhid Elgün Şükürovun adlarını daşıyacaq. Qeyd edək ki, küçələrə Vətən uğrunda canından keçən şəhidlərin adlarının verilməsi […]










