Azərbaycanda 2 su elektrik stansiyası tikilir.
xeberde.az-ın xəbərinə görə, “Azərenerji” ASC “Çardaqlı-1” və “Çardaqlı-2” kiçik su elektrik stansiyaları (KSES) layihəsinin icrasına hazırlaşır.
Tikinti işlərini “BCC Group” QSC tərəfindən həyata keçiriləcək.
Layihə üçün 40 mln 831 min 331 manat ödəniş ediləcək.
Qeyd edək ki, KSES-lər Azərbaycanın Ağdərə rayonunda, Tərtərçayın üzərində inşa edilən yeni yaşıl enerji layihələridir.




