Bölgə

Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər – Video

Neftçala rayonunun Sübh adasının sakinləri yoxsulluq içində yaşayırlar. “xeberde.az” xəbər verir ki, bu səbəbdən sakinlərin çoxu adanı tərk edib. Orada yaşayanlar Kürün o tayından bu tayına qayıqla keçirlər. Sübh adasında uçmuş evlərdən başqa heç nə yoxdur, nə mağaza, nə də tibb məntəqəsi. Bu adada uşaqlar məktəbə qayıqlar vasitəsi ilə gedirlər. Daha ətraflı İTV-nin süjetində:

Bölgə Hadisə

Goranboyda TOYDA DAVA: 12 yaşlı qıza sataşdı, qardaşını döydülər

Goranboyda toyda dava olub. Hadisə şəhər ərazisindəki şadlıq evlərindən birində baş verib. İttiham aktına görə, 30 yaşlı Daşqın Qəzənfərov (ad və soyad şərtidir) bibisi oğlunun toyunda sərxoş halda çölə çıxıb. Bu zaman toya gələn 12 yaşlı Fidanı (şərti adla) görüb ona yaxınlaşaraq, tanış olmaq və münasibət qurmalarını deyib. Yeniyetmə qız da Daşqının bu hərəkətini qardaşına […]

Bölgə Hadisə

“Whatsapp” qrupunda iş yoldaşlarını söyən qadın CƏRİMƏLƏNDİ

Tovuzda qadın “Whatsapp” qrupunda iş yoldaşlarını təhqir edib. 31 yaşlı Gülnar Hacıyeva (ad və soyad şərtidir) ilə gözəllik salonunda işləyən digər həmkarları arasında mübahisə yaranıb. Mübahisə zamanı Gülnar özünün, salonun sahibinin və digər iki qadının olduğu “Whatsapp” qrupunda sahibkarı söyüb. Bu əməlinə görə, Gülnar polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet […]

Bölgə

Diplomatik korpusun nümayəndələri Yeni Şuşa məscidində aparılan işlərlə tanış olublar

Diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfərinin ikinci günü Şuşadan başlayıb. xeberd.ez AZƏRTAC-a istinadən xəbər verir ki, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri inşası davam edən Yeni Şuşa məscidində aparılan işlərlə tanış olublar. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın […]

Bölgə Kriminal

Gəncədə məktəbli bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Hadisə şəhərdə yerləşən 9 nömrəli tam orta məktəbdə qeydə alınıb. Belə ki, sözügedən məktəbin 9-cu sinif şagirdi olan 2011-ci il təvəllüdlü Ü.Niyazlı bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, 9-cu sinif şagirdi olan Ü.Niyazlını həmin məktəbin 8-ci sinif şagirdi aralarında baş verən […]

Bölgə

Xankəndidə avtobuslar fəaliyyətə başlayır

Xankəndi şəhərinin ictimai nəqliyyat şəbəkəsi planı hazırlanıb və yeni marşrut şəbəkəsi üzrə marşrutlar artıq istifadəyə verilir. xeberde.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, yeni marşrut şəbəkəsi şəhərin bütün vacib nöqtələrini birləşdirərək sakinlər üçün fasiləsiz və keyfiyyətli nəqliyyat xidmətini təmin edəcək.  “Xankəndidə fəaliyyət göstərəcək şəhərdaxili avtobus marşrutları aşağıdakılardır: 1 nömrəli avtobus “Qarabağ Universitetinin […]

Bölgə Təhsil

Prezident Lənkəran Dövlət Universitetinə rektor təyin etdi

Natiq Səhrab oğlu İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Qeyd edək ki, o bu vəzifəyə ilk dəfə Prezident İlham Əliyev 2021-ci il aprelin 23-də Natiq İbrahimovun Lənkəran Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Bölgə Hadisə

Kürün suyu daşdı, mühafizə bəndi yarıldı

Ağcabədi rayonunda bir neçə gündür müşahidə olunan aramsız yağışlar daşqınlara səbəb olub.  xeberde.az xəbər verir ki, nəticədə Kür çayında suyun səviyyəsi yüksəlib. Çayın rayonun Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində, Qarqarçayın çaya qovuşduğu ərazidə mühafizə bəndi dağılıb. Məlumata görə, hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib. Hazırda ərazidə vəziyyət nəzarətə götürülüb.

Bölgə Hadisə

Lənkəranda torpaq sürüşməsi: 6 kəndlə gediş-gəlişi çətinləşdi

Lənkəran rayonunda torpaq sürüşməsi baş verib.  xeberde.az xəbər verir ki, sürüşmə 6 yaşayış məntəqəsini birləşdirən Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda hərəkəti çətinləşdirib. Yol örtüyündə dərin yarıqlar və çökmələr əmələ gəlib. Ərazidə yerləşən iri ağaclardan biri də kökündən çıxaraq aşıb.  Yerli sakinlərin sözlərinə görə, bu yol bir neçə kənd üçün əsas nəqliyyat xəttidir və alternativ yol mövcud deyil. Hazırda […]

Bölgə

Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi

Ucarda yeniyetmə qız uşaq dünyaya gətirib. xeberde.az xəbərinə görə, rayon sakini 15 yaşlı yeniyetmə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib. Xəstəxanadan bildirilib ki, aprelin 14-də saat 19:00 radələrində 2011-ci il təvəllüdlü hamilə doğuş sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub. Ona 31-32 həftəlik hamiləlik diaqnozu təyin edilib. Pasiyent saat 20:20 radələrində cinsi kişi, çəkisi 1900 qram, boyu […]