Azərbaycanın daha bir rayonunda yas mərasimlərində ehsan verilməsi ləğv olunub. Bu barədə rayonun ağsaqqalları və din xadimləri qərar qəbul edib. Qərara əsasən, martın 1-dən Qaxın rayon mərkəzi və kəndlərində yas mərasimlərində ehsan verilməsi ləğv edilib. Mərasimlərdə yalnız çay süfrəsi açılacaq. Qeyd edək ki, indiyə qədər Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən və başqa […]
Bölgə
Zərdabda 5 günlük körpə öldü
Ötən gün Zərdabda 5 günlük körpə Qasımov Alparslan Nurlan oğlu vəfat edib. xeberde.az xəbər verir ki, bu barədə körpənin babası Tahir Qasımov məlumat verib. Onun iddiasına görə, körpənin ölümünə səbəb həkim səhlənkarlığıdır: “Uşaqda sarılıq əlamətləri var idi. Zərdab Rayon Mərkəzi Xəstəxanasına apardıq, lakin orada ona səhv diaqnoz qoyuldu. Nəticədə səhhəti ağırlaşdı. Onu Bakıda xəstəxanaya çatdırsaq da, həkimlərin […]
Şagirdlərin zəhərləndiyi məktəbin bufeti bağlandı
Göygöldə 10 şagirdin zəhərləndiyi məktəbin bufeti bağlanıb. xeberde.az xəbər verir ki, bu məlumat Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilib. Qeyd olunub ki, Göygöldə baş verən hadisə ilə əlaqədar AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi tərəfindən rayonun Aşıqlı kənd məktəbinin daxilində fəaliyyət göstərən bufetdə plandankənar yoxlama keçirilib. “Satılan məhsullardan laborator müayinələr üçün nümunələr götürülüb. Bufetin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb”, […]
İcra Hakimiyyətinin 14 əməkdaşı vəzifəsindən azad edildi – SİYAHI
Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı vəzifəsindən azad edilib. xeberde.az xəbər verir ki, icra hakimiyyətində aparılan struktur dəyişikliyi ilə əlaqədar həmin şəxslərin dövlət qulluğuna xitam verilib. Bu barədə icra başçısı Rövşən Bağırov əmr imzalayıb. Əmrə əsasən, icra hakimiyyətinin aşağıda adları çəkilən əməkdaşları vəzifələrini itiriblər: 1. İntiqam Əhmadov – Ağsu RİH başçısının Ərəbuşağı kənd inzibati ərazi dairəsi […]
Mingəçevirdə 11-ci sinif şagirdi məktəb pəncərəsindən yıxıldı
Bu gün Mingəçevir şəhər Mehdi Hüseynzadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində 11-ci sinif şagirdi pəncərədən yıxılıb. xeberde.az xəbər verir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin məlumatına görə, hadisə ilə bağlı məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb. “Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə olunması üçün müvafiq səhiyyə müəssisəsinə yönləndirilib. Hadisə ilə bağlı […]
Azərbaycanda yaşamış 30 min nəfər Ermənistan pasportu alıb
Azərbaycan ərazisindən könüllü köç etmiş 30 min nəfərə Ermənistan vətəndaşlığı verilib. xeberde.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. Qarabağdan könüllü köç edən daha 20 minə yaxın erməni sakinin Ermənistan pasportunu almaq üçün müraciət etdiyi qeyd edilib.
Qubada bir ailənin 8 üzvü qonaqlıqda qidadan zəhərlənib
Quba rayonunda səkkiz nəfər qidadan zəhərlənib. xeberde.az xəbər verir ki, rayonun Xucbala kəndində qonaqlıq zamanı – 1953-cü il təvəllüdlü N.Şabutov, 1953-cü il təvəllüdlü H.Şabutova, 1986-ci il təvəllüdlü A.Şabutova, 2003-cü il təvəllüdlü A.Şabutova, 2003-cü il N.Şabutova, 2010-cu il D.Şabutov, 2025-ci il təvəllüdlü G.Şabutova və 1978-ci il təvəllüdlü D.Məmmədova qida zəhərlənməsi diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. […]
Ağcəbədidə 7 yaşlı oğlan bıçaqlandı
Ağcəbədi rayonunda 7 yaşlı oğlan uşağı bıçaqlanıb. xeberde.az-ın xəbərinə görə, 2019-cu il təvəllüdlü azyaşlı bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Tibb müəssisəsindən sorğuya cavab olaraq bildirilib ki, ötən gün saat 18:00 radələrində 2019-cu il təvəllüdlü azyaşlı xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospilitasiya olunub. Qeyd olunub ki, […]
“Ağdam” şadlıq evinin fəaliyyəti məhdudlaşdırıldı
Ağdam rayonunun Qaradağlı kəndində fəaliyyət göstərən, Məmmədov Ramiz Qəzənfər oğluna məxsus “Ağdam” şadlıq evində yoxlama keçirilib. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, baxış zamanı şadlıq evində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib. Nöqsanlar aradan […]
Cəlilabadda 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd edilib
Azərbaycan xalqının tarixinə qanlı yanvar faciəsi kimi daxil olan 20 yanvar faciəsindən 36 il keçməsinə baxmayaraq, xalq hər il bu faciə qurbanlarının xatirəsini yad etməyi özünün müqəddəs borcu hesab edir.20 yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni […]










