Cari ilin 21 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Almaniyaya səfəri zamanı keçirilmiş mətbuat konfransında bildirib ki, məhz Azərbaycan İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış edib. Sülh sazişinin imzalanması üçün Ermənistanın iki addım atması vacibliyini bildirdi. Birinci şərt Ermənistanın Minsk Qrupundan imtina etməsidir, ikinci şərt Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiasını əks etdirən bənd bu sənəddən çıxarılmalıdır. Ölkəmizin rəhbəri almaniyalı həmkarına xatırlatdı ki, bu iki şərt təmin olunandan sonra sülh müqaviləsini imzalanmaq üçün heç bir maneə olmayacaq. İlham Əliyevin söylədiyi kimi, rəsmi İrəvan qısa müddətdə sülh sazişinin imzalanmasını istəyirsə, çətin olmayan bu iki addımı atmalıdır.
Ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən, Avropa İttifaqı üçün adi hala çevrilib.
Almaniyanın iş adamlarının ölkəmizə diqqətini artıran çoxsaylı amillər sadalamaq mümkündür ki, bunların sırasında əlverişli iqtisadi mühiti, Azərbaycan iqtisadi müstəqilliyini yüksək səviyyədə təmin edib.
Dövlətimizin başçısının qeyd etdiyi kimi, xarici siyasətində önəmli yer tutan məsələlərdən biri də, Avropada və dünyada söz sahibi olan güclü dövlətlərlə siyasi-iqtisadi və strateji əməkdaşlıqların və tərəfdaşlıqların qurulmasıdır: “Avropada belə dövlətlərdən biri də Almaniya Federativ Respublikasıdır. Almaniya-Azərbaycan əlaqələri böyük potensiala malikdir. Müstəqil xarici siyasət kursuna malik olan, Cənubi Qafqazın lider dövləti qismində çıxış edən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınır. Azərbaycan-Almaniya münasibətləri strateji əhəmiyyət kəsb edir. Azərbaycanla Almaniya arasında dərin tərəfdaşlıq münasibətləri mövcuddur və əməkdaşlığın inkişaf etdirilməsi hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etməkdədir
Ağadadaş Abbasov,
Təqauddə olan dövlət qulluqçusu, memar




