Cəmiyyət

Müxtəlif səviyyələrdə tərəfdaşlıq

  Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin 2026-cı il mayın 4-də Avropa İttifaqı Şurasının Yerevan sammitində verdiyi bəyanatda deyilir: Biz Sizin səfərinizə çox böyük önəm veririk. Əminəm ki, bu səfər  xüsusən də indiki dövrdə çox uğurla inkişaf edən ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm rol oyanacaq. Bizim çox fəal dialoqumuz var. Avropa Komissiyasının üzvləri ötən il və bu il dəfələrlə bizə səfər ediblər. Beləliklə, biz müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindəyik. Bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub. Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır. Əminəm ki, yeni layihələr və yeni investisiya imkanları ilə sərmayələr iki istiqamətdə yatırılacaq. Hazırda biz, həmçinin Avropada fəal şəkildə sərmayə yatırırıq. Ticari dövriyyəmiz birmənalı olaraq artacaq. Tərəfdaşlığımızın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub, var və birmənalı olaraq olacaq. Bu, xüsusən də 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur.

   Bütün bunlar o deməkdir ki, Azərbaycan diplomatiyası bu gün balanslı siyasət yürütməklə yalnız regional sabitliyə deyil, həm də qlobal təhlükəsizlik sisteminə töhfə verir. Möhtərəm Prezidenimiz cənab  İlham Əliyevin rəhbərliyi ilə formalaşan bu çoxvektorlu siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirib və “orta güc” olan ölkəmizi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının əməkdaşlıq mərkəzi kimi ön plana çıxarıb.

  Rəsmi Bakı Avropa İttifaqı ilə bir sıra hüquqi sazişlər imzalamaqla azad bazar iqtisadiyyatının tam bərqərar olması, insan hüquqlarına və milli azlıqların hüquqlarına riayət edilməsi məsələlərinə dair təşkilata nəzarət -yoxlama səlahiyyətləri vermiş, əvəzində qurumdan ölkəmizə qarşı hər hansı diskriminasiya xarakterli qərarın qəbul olunmayacağına təminat almışdır. Belə nəticə hasil olur ki, Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır.

    Azərbaycan sülhpərvər ölkə olaraq dünyada gedən bütün proseslərdə öz sözünü deməklə yanaşı, töhfəsini də verir. Bu, bizim qəti fikrimizdir. Daha dəqiq desək, ölkəmiz dünya üçün bu gün çox vacibdir.

                                                                                                                                   Fuad Əzizov,

                                                                      Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin

                                                                      Cəlilabad rayonu üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir