Cəmiyyət

Azərbaycan  – Çexiya: strateji hədəflərə doğru

  Çexiya Baş nazirinin səfərini müşayiət edən geniş biznes heyəti bu səfərin əsas prioritetlərindən birinin iqtisadi əməkdaşlıq olduğunu göstərir. Nəzərdə tutulan biznes-forum iki ölkənin iş adamlarını bir araya gətirərək yeni investisiya və ticarət imkanlarının açılmasına şərait yaradacaq. Bu isə münasibətlərin yalnız siyasi deyil, iqtisadi müstəvidə də dərinləşdiyini göstərir.

   Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər. Çexiyanın Baş naziri Andrey Babiş öz çıxışında  deyib ki, Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır. Buna görə də Avropa İttifaqına üzv olmayan ölkələr arasında ilk səfərimi məhz buraya edirəm.

   Liderlərin birgə bəyanatlarında bildirilib ki, Cənubi Qafqazda artan diplomatik fəallıq fonunda Azərbaycanın proseslərdə rolu getdikcə daha qabarıq şəkildə özünü göstərir. Son aylarda Litvanın Baş naziri İnqa Ruqinienenin, Latviya Prezidenti Edqars Rinkeviçsin və Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə səfərləri bu dinamikanın təsadüfi olmadığını göstərir. Bu proseslər beynəlxalq arenada Azərbaycanın artıq yalnız enerji tərəfdaşı deyil, həm də siyasi dialoq və çoxtərəfli əməkdaşlıq üçün etibarlı platforma kimi qəbul edildiyini təsdiqləyir. Xüsusilə Avropa ölkələrinin Azərbaycana artan marağı onların regionda sabitlik, enerji təhlükəsizliyi və yeni nəqliyyat dəhlizləri ilə bağlı strateji hədəflərindən irəli gəlir.

  Qəbələdə bir çox fəal biznes əlaqələrinin təşkili ilə  yanaşı bir çox sahələr ətrafında fikir mübadiləsi aparılıb.  Preziden İlham Əliyev qeyd edib ki, turizm, əlbəttə ki, tərəfdaşlığın önəmli sahəsi ola bilər. Hər iki ölkənin zəngin tarixi, mədəniyyəti, abidələri, təbiəti var. Yeri gəlmişkən, bugünkü forum təkcə Azərbaycanın deyil, daha geniş coğrafiyanın qədim parçası olan bir yerdə keçirilir. Qəbələ əsrlər boyu qədim Qafqaz Albaniyası dövlətinin paytaxtı olub. Bu gün Azərbaycanın turizm paytaxtıdır. Biz əlaqələr, xalqlararası təmaslar, mövcud olan, lakin planlarımızı nəzərə alaraq hava yolu əlaqəsi üzərində də çalışmalıyıq.

                                                                                       Şirinəli Kazımov,

                                               Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Əliqasımlı

                                               kənd   inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir