Müğənni Roza Zərgərli “DreamFest”in gümüşü xalısında jurnalistlərin suallarını cavablandırıb.
xeberde.az xəbər verir ki, sənətçi tədbirə tanınmış dizayner Rüfət İsmayılın hazırladığı geyimlə qatıldığını bildirib.
Roza Zərgərli çıxışı zamanı son vaxtlar sosial şəbəkələrdə viral olan “İstədim” mahnısının uğurundan da danışıb.
Müğənni qeyd edib ki, həmin mahnı ilə Azərbaycan musiqisini dünyaya tanıtmağa nail olub.
“Bir mahnı ilə Azərbaycan musiqisini dünyaya tanıtdım”, – deyə sənətçi vurğulayıb.




