Bölgə

Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi

Ucarda yeniyetmə qız uşaq dünyaya gətirib. xeberde.az xəbərinə görə, rayon sakini 15 yaşlı yeniyetmə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib. Xəstəxanadan bildirilib ki, aprelin 14-də saat 19:00 radələrində 2011-ci il təvəllüdlü hamilə doğuş sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub. Ona 31-32 həftəlik hamiləlik diaqnozu təyin edilib. Pasiyent saat 20:20 radələrində cinsi kişi, çəkisi 1900 qram, boyu […]

Cəmiyyət

İntensiv yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Azərbaycanda aprelin 21-də havanın arabir yağıntılı keçəcəyi gözlənilir. xeberde.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Axşama doğru yağış tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 12-14° […]

Hadisə

Benzinlə ehtiyasız davrandı, vəziyyəti ağırdır

Lənkəranda maşın təmiri sexində çalışan usta ağır xəsarət alıb. xeberde.az xəbər verir ki, hadisə şəhərin Füzuli küçəsində, “Kürə” deyilən ərazidə qeydə alınıb. Belə ki, Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü İlham Şahvəli oğlu Qasımlı benzinlə ehtiyatsız davranarkən baş verən partlayış nəticəsində ciddi xəsarət alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər ona bədənin çoxsaylı yanığı, […]

Dünya

Sakit Okeanın dibində 3 milyon illik gizli vulkan kəşf edildi

Yapon alimləri Sakit okeanın dibində yaşı təxminən 3 milyon il olan sualtı vulkan aşkar ediblər. xeberde.az xəbər verir ki, bu obyekt Sakit okean plitəsinin qədim hissəsində, Minamitori adası yaxınlığında yerləşir. Tədqiqatçılar bildiriblər ki, bu sualtı vulkan “petit-spot” tipli nadir vulkanik fəaliyyətə aiddir. Bu cür formalaşmalar qeyri-adi hesab olunur, çünki onlar birbaşa tektonik toqquşmalar nəticəsində deyil, plitələrin […]

Araşdırma

Hər il 338 söz daha az danışırıq: Səssizləşmənin səbəbi nədir:

Günə başlayarkən çörəkçiyə verilən qısa salam və ya axşam yeməyində paylaşılan kiçik bir hekayə… Bunların hamısı fərq edilmədən həyatımızdan çəkilib gedir. Müasir həyat sürəti artırsa da, ən əsas xüsusiyyətlərimizdən biri olan “danışmaq” bacarığı da səssiz şəkildə azalır. xeberde.az xəbər verir ki, Arizona və Missouri-Kanzas Siti universitetlərində çalışan iki psixoloqun apardığı araşdırma cəmiyyətin getdikcə “səssizləşdiyini” göstərir. […]

İqtisadiyyat manset

Sosial inkişafın təşviqinə dair Bakı–Banqkok Bəyannaməsi qəbul olunub

Xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasında iştirak edib və iclasa sədrlik edib. xeberde.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial media hesabında qeyd olunub. Bildirilib ki, sessiya Banqkok şəhərində “Heç kəs kənarda qalmasın: Asiya və Sakit Okean regionunda bütün […]

Dünya Hadisə

Yarış faciəyə çevrildi: 1 ölü, 3 yaralı – VİDEO

Argentinanın Kordova şəhərində keçirilən Cənubi Amerika rallisi zamanı ağır qəza baş verib. xeberde.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə zamanı bir avtomobil idarəetmədən çıxaraq tamaşaçıların arasına girib. Nəticədə bir nəfər həyatını itirib. Qəza sonrası yarış müvəqqəti olaraq dayandırılıb. Rəsmi məlumatlara görə, ən azı üç nəfər də müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Dünya

Messinin həyat yoldaşı diqqət çəkdi: 5 milyon dollarlıq boyunbağı – FOTO

Dünyaca məşhur futbolçu Lionel Messinin xanımı Antonela Rokuzzo, ABŞ-da qatıldığı lüks brendlərdən birinin tədbirində taxdığı bəzək əşyası ilə gündəmi zəbt edib. Sadə zərifliyini günəş formasında olan nəhəng brilyant boyunbağı ilə tamamlayan Rokuzzonun stilinin qiyməti dodaq uçuqladıb. xeberde.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Antonelanın bu özəl gecə üçün seçdiyi eksklüziv boyunbağının dəyəri tam 5 milyon dollar (təxminən 8,5 milyon manat) təşkil […]

Dünya

“Teşkilat” serialının yayımı təxirə salındı – SƏBƏB

Türkiyənin TRT 1 telekanalının populyar layihəsi olan “Teşkilat” serialının ötən axşam (19 aprel) yayımlanması nəzərdə tutulan yeni bölümü efirə getməyib. İzləyicilərin maraqla gözlədiyi ekran işinin yayım proqramından çıxarılması geniş müzakirələrə səbəb olub. xeberde.az xəbər verir ki, telekanalın yayım axışında edilən dəyişiklik nəticəsində, serialın vaxtında izləyicilərə “Böyük Çin Səddi” adlı xarici film təqdim olunub. Məlumata görə, “Teşkilat”ın […]

Siyasət

Azərbaycanla Aİ arasında yeni ikitərəfli saziş üzrə növbəti müzakirələr aparılıb

Aprelin 16-da Brüssel şəhərində Azərbaycan Respublikası ilə Avropa İttifaqının nümayəndə heyətləri arasında yeni ikitərəfli saziş üzrə danışıqların bərpası və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə növbəti müzakirələrin aparılması məqsədilə görüş keçirilib. Bu barədə xeberde.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Avropa İttifaqı tərəfinə isə Avropa Xarici Fəaliyyət Xidmətinin icraçı direktorunun […]