Kriminal

Planşet və velosiped oğurları saxlanıldı

Paytaxtın Nərimanov rayonunda vətəndaşa məxsus 2 ədəd planşet oğurlanıb. xeberde.az xəbər verir ki, bu barədə zərərçəkən polis orqanına müraciət edib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən 20 yaşlı N.Nağıyeva müəyyən olunaraq saxlanılıb. Abşeron rayonunda isə velosiped oğurlamaqda şübhəli bilinən 35 yaşlı A.Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Tədbirlər

YAP-ın yubiley tədbirində Veysəloğlu Şirkətlər Qrupu mükafata layiq görüldü

Bakının Nizami rayonunda Yeni Azərbaycan Partiyasının təsis olunmasının 33-cü ildönümü münasibətilə “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər.Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin və […]

Siyasət

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü ildönümü tamam olur. Bu tarix neçə mindən artıq insanı öz sıralarında birləşdirən, milyonlarla təəssübkeşi olan bir təşkilatın fəaliyyətində əhəmiyyətli məqam olmaqla yanaşı, həmçinin ölkəmizin müstəqillik tarixində əlahiddə siyasi hadisədir. Çünki ulu öndər Heydər Əliyevin yaratdığı YAP müstəqillik illərində Azərbaycan dövlətinin qazandığı bütün uğurların müəllifi olan hazırkı iqtidarın komandasını […]

AKTUAL Araşdırma

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış – 33 illik araşdırma

Süfrələrimizin ayrılmaz hissəsi olan kərə yağı ilə bağlı aparılan genişmiqyaslı araşdırmanın nəticələri narahatlıq doğurub. Beynəlxalq alimlərin 33 il davam edən tədqiqatı kərə yağı istehlakının sağlamlıq üçün düşündüyümüzdən daha təhlükəli ola biləcəyini göstərib. Araşdırma “JAMA Internal Medicine” jurnalında dərc olunub. Tədqiqat zamanı kərə yağı və bitki yağlarını istifadə edən şəxslər uzun illər ərzində müqayisə edilib. Nəticələrə […]

Bölgə Gündəm Secme Xeberler Sənaye və energetika

“Bizə zəhər iylədirlər!” – Ucarda pambıq zavodu ilə bağlı ŞOK VƏZİYYƏT

Ucarın mərkəzində, Oğuz küçəsində yerləşən və sovet dönəmindən qalan Pambıq Emalı Zavodu illərdir ərazidə yaşayan insanların həyatını cəhənnəmə çevirib. xeberde.az-a müraciət edən sakinlər deyirlər ki, zavod dörd tərəfdən yaşayış evləri ilə əhatə olunub və illərdir həmin evlərdə rahat yaşamaq mümkün deyil. Onların sözlərinə görə, müəssisə səhər saat 9-dan axşam 11-ə qədər fasiləsiz işləyir, köhnə avadanlıqların […]

Gündəm Kriminal Şou-Biznes

Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı

Həbsdə olan tanınmış müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb. xeberde.az xəbər verir ki, bununla bağlı Sabunçu Rayon Məhkəməsi qərar qəbul edib. Qeyd edək ki, Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurdu.  Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda […]

Bölgə manset

Cəlilabad rayonunda Qarazəncir kənd sakinləri ilə səyyar qəbul-görüş keçirilib

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun Qarazəncir kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə hüquq-mühafizə orqanları, rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər. Qəbul başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qəbul zamanı sakinlər tərəfindən müxtəlif məsələlərlə bağlı müraciətlər səsləndirilib. Hər […]

manset Təhsil

Təhsil və elmə ayrılacaq vəsait açıqlandı

2030-cu ilə müəyyən edilmiş milli prioritetlərdən biri olan təhsil və elm xərclərinə 5,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə 658 milyon manat və ya 14,3 faiz çoxdur. Musavat.com-un məlumatına görə, bunu maliyyə naziri Sahil Babayev parlamentdəki büdcə müzakirələrində deyib. Nazir qeyd edib ki, ortamüddətli büdcə dövrü, […]

İqtisadiyyat manset

Büdcədən səhiyyəyə bu qədər vəsait ayrılacaq

2026-cı ilin dövlət büdcəsindən səhiyyə xərcləri üçün 2 milyard manat vəsait ayrılacaq ki, bu da 2024-cü ilin icra göstəricisinə nisbətən 11 faiz çoxdur. xeberde.az bildirir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentdəki büdcə müzakirələrində deyib. Onun sözlərinə görə, səhiyyə xərcləri üçün dövlət büdcəsindən ayrılan vəsait dövlət büdcəsi xərclərinin 4,9 faizini təşkil edir. Nazir qeyd edib ki, […]