Hazırda ölkə ərazisində yağışlı hava davam edir. xeberde.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən xəbər verir ki, paytaxt Bakıda Arif Heydərov küçəsi ilə Mayakovskiy küçələrinin kəsişməsindəki ərazi yağış sularından təmizlənir. Həmin görüntüləri təqdim edirik:
Author: Xeberal.az
ABŞ aviabazasına zərbədə xəsarət alan hərbçilərin SAYI
İranın Səudiyyə Ərəbistanında “Şahzadə Sultan” Aviabazasına hücumu nəticəsində 29 ABŞ hərbçisi xəsarət alıb. xeberde.az bu barədə “Times of Israel” ə istinadən xəbər verir. Bildirilib ki, həmin bazaya həftə ərzində iki dəfə hücum edilib və ümumilikdə, yaralanan hərbçilərin sayı 29 nəfərdir. Məlumata görə, baza 6 ədəd ballistik raket və 29 dronla vurulub.
Polis 763 çağırışa gedib – FOTOLAR
Yağışın fəsadlarının aradan qaldırılması və vətəndaş müraciətlərinə baxılması istiqamətində DİN əməkdaşları tərəfindən operativ tədbirlər görülür. DİN-in mətbuat xidmətindən xeberde.az-a verilən məlumata görə, bir sutka ərzində “102” Xidməti-Zəng Mərkəzinə daxil olmuş 763 çağırış aidiyyəti üzrə istiqamətləndirilib. Onlardan 475-i Dövlət Yol Polisinə, 214-ü ərazi polis orqanlarının Post-Patrul və Çevik Polis Alayının əməkdaşlarına, 74-ü isə digər xidmət sahələrinə ötürülərək […]
Husilər İsrailə raket zərbələri endiriblər
Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı bu gün İsraildəki hədəflərə raket zərbəsi endirib. xeberde.az xəbər verir ki, bu barədə “Asharq News” husilərin silahlı qüvvələrinin bəyanatına istinadən məlumat yayıb. “Yəmən silahlı qüvvələri İsrailin mühüm hərbi hədəflərinə ballistik raketlər atıb”, – məlumatda bildirilib. Bu, Fars körfəzində mövcud gərginliyin başlanmasından bəri Yəmən husilərinin endirdiyi ilk zərbədir.
“Sədərək”i su basdı
Bakıya fasiləsiz yağan güclü yağış bir sıra iri ticarət obyektlərində də fəsadlar törədir. xeberde.az xəbər verir ki, “Sədərək” Ticarət Mərkəzində da analoji hal yaşanıb. Belə ki, obyektdə yerləşən su xətləri güclü yağışa tab gətirməyərək sıradan çıxıb. Nəticədə yağış suyu ətrafa, mağazala yayılaraq məhsullara zərər vurub.
Polis naryadları küçə və prospektlərdə xidmətə cəlb olundu
Davam edən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakı və Sumqayıt şəhərlərində, eləcə də respublikanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər. Bu barədə xeberde.az-a DİN-dən məlumat verilib. Qeyd olunub ki, vətəndaşların təhlükəsizliyinin və rahat hərəkətinin təmin edilməsi məqsədilə polis naryadları küçə və prospektlər boyu xidmətə cəlb olunublar: “Nəqliyyatın hərəkəti Yol Patrul Xidməti, Post […]
Ekstremal yağıntılar: London və Paris belə tab gətirmir – ARAŞDIRMA
Son günlər Bakıda və Abşeron yarımadasında, eləcə də bir sıra bölgələrimizdə intensiv xarakterli yağışlar müşahidə edilir. Müşahidə olunan güclü yağıntılar bir daha göstərir ki, iri şəhərlərdə hava şəraiti bəzən gündəlik həyatın ritmini dəyişə bilir. Bu isə yalnız bir şəhərə xas hal deyil kimi qiymətləndirilmir. Qısa müddətdə normanı aşan yağış dünyanın bir çox inkişaf etmiş paytaxtlarında […]
Su basmış ərazilərdən insanlar təxliyə edilir – VİDEO
Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdən 8-i azyaşlı olmaqla ümumilikdə 42 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib. xeberde.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, hazırda FHN-in qüvvələri tərəfindən köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
Azərbaycanda ən çox və ən az kredit verilən 7 iqtisadi rayon – SİYAHI
Azərbaycanda regionlar üzrə kredit qoyuluşunun həcmi açıqlanıb. xeberde.az xəbər verir ki, ölkə üzrə ən kiçik kredit portfeli Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb. Bu regionda kredit qoyuluşunun həcmi cəmi 24 milyon 414 min manat (14,51%) təşkil edir. İkinci yerdə Dağlıq Şirvan iqtisadi rayonu qərarlaşıb – burada kredit portfelinin həcmi 210 milyon 950 min manat (20,24%) olub. Mil-Muğan […]
Qəbələdə 50 yaşlı kişi dağlıq ərazidə yıxıldı, FHN köməyə gəldi – VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunda yerləşən Duruca şəlaləsinin yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-dən xeberde.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1976-cı il təvəllüdlü İbrahimov Rövşən İbrahim oğlunun dağlıq ərazidə yıxılaraq müxtəlif […]










