Bölgə Hadisə

Xocalıda ağır qəza – ANAMA-nın əməkdaşı öldü

Xocalıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xeberde.az xəbərinə görə, qəza zamanı həyatını itirən şəxs Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olub. Belə ki, ANAMA əməkdaşı Elnur Rüstəmov idarə etdiyi yük daşıyan avtomobillə Xocalı rayon ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb. Qəza nəticəsində E. Rüstəmov hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.(“Report.az”)

Dünya Siyasət

Hindistan Azərbaycana təşəkkür etdi

Hindistan İranda olan vətəndaşlarının təhlükəsiz təxliyəsi ilə bağlı Azərbaycana təşəkkür edib. xeberde.az xəbər verir ki, bununla bağlı Hindistanın Azərbaycandakı səfirliyinin “X” hesabında paylaşım edilib. “İrandan Hindistan vətəndaşlarının təhlükəsiz tranzitini təmin etdiklərinə görə Azərbaycan hakimiyyətinə səmimi minnətdarlığımızı bildiririk”, paylaşımda deyilir.

Bölgə Cəmiyyət

Bu xəstəxanaya baş həkim təyin edildi

Səhiyyə Nazirliyinin nəzdində Gəncə Şəhər Psixiatriya Xəstəxanasına yeni baş həkim təyin olunub. xeberde.az xəbər verir ki, müvafiq əmrlə Zeynal Məmmədov sözügedən qurumun baş həkimi vəzifəsinə gətirilib. O, bunadək Maştağa Psixiatriya Xəstəxanasında həkim olub. Məlumat üçün bildirək ki, dekabr ayında Yaqut İlyasova, yanvar ayında isə həkim-psixiatr Sultanə Salmanova bu xəstəxanaya baş həkim əvəzi olaraq təyinat almışdı. (Qafqazinfo.az)

İdman

Millimiz Malta ilə heç-heçə etdi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda növbəti oyununu keçirib. xeberde.az məlumat verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv Malta yığması ilə üz-üzə gəlib. Bolqarıstanın Plovdiv şəhərində təşkil olunan qarşılaşmada qalib müəyyənləşməyib – 2:2. Xatırladaq ki, B liqasının 2-ci qrupunda yer alan U-17 2 xalla üçüncü pillədə qərarlaşıb. Milli daha […]

Bölgə Hadisə

Oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO

Şəmkir rayonunun Qaracəmirli kəndində oğlu tərəfindən qətlə yetirilən 66 yaşlı Çiçək Sərdarova orta məktəb müəllimi olub. xeberde.az xəbər verir ki, mərhum Qaracəmirli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib, ötən il yaşla bağlı əmək pensiyasına çıxıb. Məlumat üçün bildirək ki, hadisə zamanı qadının ruhi xəstə olan oğlu Anar Allahverdiyev küt alətlə anasını qətlə yetirib. Daha sonra isə […]

Cəmiyyət

Mayda 14 gün iş OLMAYACAQ

Azərbaycanda Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərinin tarixləri müəyyənləşib. xeberde.az-ın məlumatına görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, bu il 27-28 may tarixləri Qurban bayramına təsadüf edir. Eləcə də, 28 may tarixində ölkədə Müstəqillik Günü də qeyd olunacaq. Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, bayram günlərinin üst-üstə […]

Cəmiyyət

Sürücüləri ziyana salan yolun son durumu

Bakı-Qazax yolunun Nəvahi ərazisindən keçən hissəsində hərəkət bərpa olunub. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib. Qeyd edilib ki, Bakı-Qazax yolunun Nəvahi ərazisindən keçən hissəsində – paytaxt Bakı istiqamətindəki ərazidə yağan güclü yağışlardan sonra çalalar əmələ gəlmişdi: “Mövcud vəziyyətin aradan qaldırılması üçün əraziyə xüsusi texnika və aidiyyəti əməkdaşlar cəlb edilib. […]

Cəmiyyət

Azərbaycanın ən hündür binası tikilir – 323 metr

“Sea Breeze” kurort şəhərciyində Azərbaycanın ən hündür binası hesab olunan “Cipriani Tower”in inşaat işləri davam edir. “Cipriani Tower” süni Halfmoon adasında yerləşəcək. Bu memarlıq konsepsiyası 323 metr hündürlüyü ilə Azərbaycanın ən hündür binası olacaq. xeberde.az xəbər verir ki,  yeni qüllə Xəzər dənizi sahilindəki Halfmoon adasında yerləşəcək. Bu bina 323 metr hündürlüyü ilə Azərbaycanın ən hündür binası […]

İdman

“Qarabağ” azyaşlılara bileti pulsuz etdi

Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Sabah” oyununun biletləri bu gün saat 15:00-dan satışa çıxıb. xeberde.az xəbər verir ki, “Qarabağ” bu dəfə 15 yaşına çatmayan uşaqlara jest edərək onların stadiona girişinin pulsuz olduğunu açıqlayıb. 15 yaşadək uşaqlar valideynləri ilə birlikdə stadiona sərbəst daxil ola bilərlər.“Qarabağ” bundan əvvəl xanımların stadiona girişinin pulsuz olacağını açıqlamışdı. Qeyd […]

AKTUAL Araşdırma Dünya

2050-ci ildə hər ikinci insan uzağı görməyəcək: Rusiyalı həkimdən xəbərdarlıq

2050-ci ilə qədər Yer əhalisinin təxminən yarısının miopiyadan (uzağı görməmə) əziyyət çəkəcəyi gözlənilir. Bu nəticə ABŞ-nin “National Academy of Sciences” təşkilatının hesabatında yer alıb. xeberde.az xəbər verir ki, bu barədə gazeta.ru-ya açıqlamasında “Attribute” klinikasının oftalmoloqu Yekaterina Bayandina danışıb. Həkimin sözlərinə görə, geniş yayılmış fikrin əksinə olaraq, görmə qabiliyyətinin pisləşməsi smartfon və digər cihazlardan yayılan mavi işıqla […]