“Monqolustandan Azərbaycana ət idxalının kəskin artması daxili bazarda qiymətlərə təsir göstərə bilər. Lakin bu proses avtomatik və birbaşa ucuzlaşma anlamına gəlmir”. xeberde.az xəbər verir ki, bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında bildirib. İqtisadçı Akif Nəsirli: “Hökumət gərək özünü aldatmasın, iqtisadiyyatın bütün seqmentlərində rəqabət mühiti formalaşdırsın” “İdxalın qiymətlərə təsiri bir sıra iqtisadi […]
Author: VUQAR FERZELIYEV
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri zamanı verdiyi bəyanat iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısının çıxışında səsləndirilən fikirlər Azərbaycan-Serbiya münasibətlərinin təkcə diplomatik çərçivə ilə məhdudlaşmadığını, eyni zamanda real iqtisadi, energetika və investisiya imkanları üzərində qurulduğunu açıq şəkildə göstərdi. Prezident […]
Musa Qurbanlı Premyer Liqanın tarixinə düşdü
Misli Premyer Liqasının XX turunun “İmişli” ilə oyununda “Qarabağ”ın qələbə topunu vuran Musa Qurbanlı yubiley qoluna imza atıb. Bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb. Belə ki, 23 yaşlı hücumçu çempionatda 40-cı dəfə fərqlənib. Azərbaycan millisinin üzvü buna 97-ci oyununda nail olub. Forvard turnirin tarixində 40 və ya daha çox qol vuran futbolçuların siyahısına […]
Bakıda yanğın təhlükəli restoranın fəaliyyəti dayandırılıb
Bakı şəhəri, Binəqədi rayonu, Əlişir Nəvai küçəsi, ev 33 ünvanında yerləşən “Yuxa” restoranının fəaliyyəti dayandırılıb. Bu barədə xeberde.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bilidirlib ki, restoranda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Qeyd […]
“Sabah” səfərdə “Qəbələ”ni məğlub etdi
Misli Premyer Liqasının XX turunda lider “Sabah” səfərdə “Qəbələ”ni məğlub edib. “xeberde.az” xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən turun son oyununda qonaqlar 1:0 hesablı qələbə qazanıblar. “Bayquşlar”ın heyətində 54-cü dəqiqədə Xəyal Əliyev fərqlənib. Bakı klubu 49 xalla turnir cədvəlində vahid liderdir. 14 xalı olan “Qəbələ” isə 10-cu sırada qərarlaşıb. Qeyd edək ki, turun əvvəlki […]
Pasiyent vəfat etdi, ailə iddia qaldırdı: Xəstəxanadan RƏSMİ REAKSİYA
Ağır vəziyyətdə olan pasiyentin angioqrafiya (anju) proseduru üçün icbari tibbi sığorta çərçivəsində klinika seçimi prosesinə müdaxilə edildiyi iddia olunur. xeberde.az xəbər verir ki, bu iddia sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Şikayətə görə, ailəyə seçim hüququ verilsə də, israrla “SAF Hospital”ın seçilməsi tövsiyə olunub və digər tibb müəssisəsinə yönləndirmə zamanı qeyri-rəsmi ödəniş tələbi irəli sürülüb. Pasiyent […]
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Mehriban Əliyeva növbəti beş il müddətinə yenidən Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti (İcra Komitəsinin sədri) seçilib. Bu barədə xeberde.az-a AGF-dən məlumat verilib. Azərbaycan Gimnastika Federasiyasının hesabat-seçki xarakterli 16-cı ümumi yığıncağı keçirilib. Rəsmi açılışdan sonra federasiyanın vitse-prezidenti Altay Həsənov 2021–2025-ci illər ərzində federasiyanın fəaliyyəti, keçirilən yarışlar və əldə olunan nəticələr barədə video-hesabatla çıxış edib. O bildirib ki, […]
Bakıda və bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə fevralın 17-18-də külək güclənəcək. Bu barədə xeberde.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qusar, Şamaxı, Xızı, Qobustan, Goranboy, Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan, Naftalanda, eyni zamanda Bakıda və Abşeron yarımadasında qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığauyğundur.
Gecə saat 3-də niyə oyanırıq? – Həkim səbəbini açıqladı
“Kortizol gecə saat üçdə oyanmaya səbəb olur”. xeberde.az “Daily Mirror” nəşrinə istinadla xəbər verir ki, bu barədə ümumi praktika həkim Amir Khan gecə saat üçdə qəfil oyanmaların səbəbini açıqlayarkən deyib. Xan qeyd edib ki, gecə oyanmaları hər kəsdə baş verə bilər və adətən eyni vaxtda təxminən gecə saat üç radələrində olur. Həkimin fikrincə, bu qəribə hadisənin […]
Saleh Məmmədovun komandası yoxlanılır – Həbslər gözlənilir
Hökumət dairələrində son günlər intensiv müzakirə olunan əsas mövzulardan biri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sabiq rəhbəri Saleh Məmmədov ətrafında baş verən proseslərdir. Məlumatlara görə, onun fəaliyyəti ilə bağlı genişmiqyaslı araşdırmalar aparılır və artıq cinayət işinin açılması məsələsi gündəmdədir. Rəsmi qurumlardan hələlik açıq bəyanat verilməsə də, hökumətdəki mənbələr ciddi yoxlamaların getdiyini təsdiqləyirlər. xeberde.az xəbər […]










