Türkiyəli məşhur müğənni Ebru Gündeşin qızı Alara Zarraba miras qoyduğu iddia edilən malikanələr yenidən müzakirə mövzusuna çevrilib. xeberde.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, İstanbulun Kanlıca səmtində yerləşdiyi deyilən 250 milyon lirə (təxminən 13 milyon manat) dəyərində 2 əkiz villasını övladının adına rəsmiləşdirib. Məsələ ilk dəfə ötən il gündəmə gəlsə də, yeni paylaşımlar […]
Author: VUQAR FERZELIYEV
İcra Hakimiyyətinin 14 əməkdaşı vəzifəsindən azad edildi – SİYAHI
Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı vəzifəsindən azad edilib. xeberde.az xəbər verir ki, icra hakimiyyətində aparılan struktur dəyişikliyi ilə əlaqədar həmin şəxslərin dövlət qulluğuna xitam verilib. Bu barədə icra başçısı Rövşən Bağırov əmr imzalayıb. Əmrə əsasən, icra hakimiyyətinin aşağıda adları çəkilən əməkdaşları vəzifələrini itiriblər: 1. İntiqam Əhmadov – Ağsu RİH başçısının Ərəbuşağı kənd inzibati ərazi dairəsi […]
Vüqar Qurbanovun hansı nöqsanları olub?
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru vəzifəsini icra edən Vüqar Qurbanov bir neçə gün öncə tutduğu vəzifədən azad edilib. Keçmiş sədrin bu postdan kənarlaşdırılması səhiyyə sistemində gedən prosesləri yenidən gündəmə gətirib. Rəsmi açıqlamalarda geniş detallara yer verilməsə də, ictimaiyyət arasında səhiyyə sahəsində müəyyən ciddi boşluqların, habelə idarəetmə problemlərinin mövcudluğu ilə bağlı müzakirələr də […]
Orqan köçürülməsinə razılıq verən ailələrin sayı
Ötən il Azərbaycanda 12 nəfərə vəfat edən şəxsdən ailəsinin razılığı ilə böyrək, 9 nəfərə isə qaraciyər köçürülüb. xeberde.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin həkimi Mircəlal Kazımi məlumat verib. Onun sözlərinə görə, ötən il ümumilikdə 65 nəfərə böyrək, 51 nəfərə isə qaraciyər transplantasiyası əməliyyatı icra olunub: “Böyrək transplantasiyası icra […]
Ən çox “McDonald’s” olan ölkələr – Azərbaycan neçəncidir?
Dünyada fastfud sənayesinə maraq hər il daha da artır və bu bazarın dəyişməz lideri “McDonald’s” olaraq qalır. Hazırda şirkətin dünyanın təxminən 100 ölkəsində 40 mindən çox restoranı fəaliyyət göstərir. Qlobal şəbəkənin yarıdan çoxu isə üç əsas bazarda – ABŞ, Çin və Yaponiyada cəmləşib. Bu da göstərir ki, brendin əsas dayaqları həm klassik Amerika bazarı, həm də sürətlə […]
İcbari tibbi sığortada müştərək maliyyələşmə 1 il təxirə salınır
İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləği gələn il yanvarın 1-dən ödəniləcək. xeberde.az-ın xəbərinə görə, bu, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. İndiyə qədər qüvvədə olan qanuna əsasən, müştərək maliyyələşmə məbləği bu il yanvarın 1-dən ödənilməli idi. Qeyd edək ki, müştərək maliyyələşmə […]
Yalnız 3 halda “WhatsApp” yazışmalarınız oxuna bilər – AÇIQLAMA
Ali Məhkəmə “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum qərarında şəxsi yazışmaların toxunulmazlığı ilə bağlı məsələlərə dair yeni xüsusi mövqelər açıqlayıb. Bu barədə xeberde.az-a Ali Məhkəmədən bildirilib. Plenum qərarında qeyd edilib ki, bu hüquq hər kəsin yazışma, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatların sirrini qorumağa təminat verir. Şəxsin razılığı olmadan onun şəxsi yazışmalarının qanunazidd əldə […]
Magistratura imtahanında yüksək bal toplayan gənclərin UĞUR SİRRİ
Dövlət İmtahan Mərkəzi tərəfindən 15 fevral 2026-cı il tarixində ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilən qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli olmaqla ümumilikdə 95 tapşırıq üzrə nəticələri ötən gün elan olunub. 91 balla yüksək nəticə göstərərək ölkə birincisi adına layiq görülən tələbələr Elvina Əliyeva və Zahid Abdullayev olublar. xeberde.az saytı müvəffəqiyyət göstərən tələbələrin hər ikisi […]
Uşaqlarımız sosial şəbəkələrdə gündə 5 saat vaxt keçirir – ŞOK RƏQƏMLƏR
“İdrak” liseyində baş verən silahlı insidentdən sonra uşaqların təhlükəsizliyi məsələsi yenidən gündəmə gəlib. Hadisədən sonra deputatlar azyaşlıların ağıllı telefonlardan və sosial mediadan istifadəsinin məhdudlaşdırılmasını təklif ediblər. Onların fikrincə, valideyn nəzarəti olmadan bu platformalardan istifadə uşaqlar üçün risklidir. Bu müakirə fonundə ölkəmizdə uşaqların ən çox hansı sosial media platformalarından istifadə etdikləri də maraq doğurur. xeberde.az-ın sorğusuna […]
Hakimə təzyiq edən baş məşqçi və futbolçu CƏZALANDIRILDI
Region Liqasında çıxış edən “Sabirabad” komandasının baş məşqçisi Şirxan Əkbərov və futbolçusu Beyrək Beybutlu 8 oyunluq cəza alıb. xeberde.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. Ş.Əkbərov “Olimpik”lə (Sabirabad) qarşılaşmada meydana daxil olaraq hakimə fiziki təzyiq etdiyi üçün bu cəza ilə üzləşib. B.Beybutlu isə 83-cü dəqiqədə perspektivli hücumun qarşısını aldığına görə ikinci sarı […]










