Cəmiyyət

Ev almaq getdikcə çətinləşir – Bakıda 2026-cı ilin ŞOK qiymət proqnozları

Son illərdə Bakıda mənzil qiymətlərinin kəskin artması şəhər sakinləri arasında ciddi narazılığa səbəb olub. Yeni tikililərin qiymətləri getdikcə əlçatmaz hala gəlir, kirayə mənzillərin icarə haqqı isə əksər ailələrin büdcəsini sıxışdırır. Bu vəziyyət xüsusilə orta və aşağı gəlirli əhali üçün böyük problemlər yaradır. İnsanlar həm öz evlərini almaqda çətinlik çəkir, həm də kirayə mənzil tapmaq üçün […]

Mədəniyyət

Azərbaycan 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Dekabrın 13-dən Türkiyənin İstanbul şəhərində 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisi fəaliyyətə başlayıb. TÜYAP Sərgi və Konqres Mərkəzində təşkil olunan və kitab dünyasının nüfuzlu beynəlxalq platformalarından biri hesab edilən sərgi bu il “Ədəbiyyatın hər halı” şüarı ilə keçirilir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi sərgidə naşirlər və yazarlardan ibarət nümayəndə heyəti ilə təmsil olunur. Sərgi çərçivəsində Azərbaycan Respublikası […]

Hüquq

Kamran Əsədova hansı cəza düşür?

xeberde.az saytı təhsil eksperti Kamran Əsədovun Cinayət Məcəlləsinin hansı maddələri ilə ittiham olunduğu haqda məlumat əldə edib. Bəlli olduğu kimi, Kamran Əsədova və daha bir neçə şəxsə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda abituriyentlərə qanunsuz olaraq xüsusi texniki vasitələrlə kömək etdiyi üçün cinayət işi açılıb. İbtidai istintaq artıq yekunlaşıb və iş məhkəməyə verilib. Məhkəmə istintaqı dekabrın […]

Bölgə Hadisə

Sabirabadda qadınların ƏR DAVASI: biri nazirliyin katibəsidir

Sabirabadda qadın sevgilisinin arvadına hücum edib. xeberde.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyinin adı çəkilməyən şöbəsində katibə-makinaçı işləyən 44 yaşlı Şahnigar Qasımova münasibətdə olduğu kişinin rəsmi nikahlı arvadının iş yerinə gedib. Burada onlar arasında mübahisə yaranıb və o, qadını nalayiq ifadələrlə təhqir edib. Zərərçəkənin şikayəti əsasında Şahnigar polis tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin […]

AKTUAL Cəmiyyət Hüquq

Oliqarx oğlu, vəkilləri məhkəməyə gəlmədi – 6-cı dəfə ekspertiza təyin olundu!

Bakı Apellyasiya Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin cavabdeh olduğu iş üzrə məhkəmə prosesi keçirilib. xeberde.az xəbər verir ki, cavabdeh Orxan İsmayılzadə, onun vəkilləri prosesə qatılmayıblar. Hakim İkram Şirinov prosesin onların iştirakı olmadan keçirilməsi barədə qərar verib. Məhkəmədə iştirak edən iddiaçı Fidan Abbasova qarşı tərəfin iş üzrə əvvəllər […]

Dünya Hadisə

Məktəbli qanını içdikdən sonra XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ

Moskva şəhərində 17 yaşlı məktəbli, TikTok-da izlədiyi bir videoya əsaslanaraq hemoglobin səviyyəsini artırmaq məqsədilə öz qanını içib. Lakin cəhd uğursuz olub və yeniyetmənin vəziyyəti pisləşib. Gənc oğlan videoda hemoglobin səviyyəsinin artırılması üçün qan içməyin faydalı olacağı iddia edilən məsləhətə əməl edib. Lakin qısa müddət sonra onun vəziyyəti pisləşib, qan qusması və yüksək temperatur müşahidə olunub. […]

Gündəm

Tanınmış həkim ölümündən sonra orqanlarını bağışlayacağını bəyan edib

Azərbaycanın tanınmış cərrah-transplantoloqu, Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb Baş İdarəsinin Elmi Təcrübə Mərkəzinin rəisi, Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiyasiyasının (BTMA) İdarə Heyətinin sədri t.e.d. Rəşad Şolan ölümündən sonra orqanlarını bağışlayacağını açıqlayıb. Bu təşəbbüsə eyni zamanda Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev, Xəstəxananın bir qrup həkimi, eləcə də BTMA-nın üzvləri qoşulub. Həkimlər Azərbaycan Respublikası Səhiyyə […]

İqtisadiyyat

“OBA” Marketlər şəbəkəsi saxta kampaniyalarla bağlı vətəndaşlara xəbərdarlıq edir

Son günlər sosial şəbəkələrdə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” Marketlər şəbəkəsinin adı ilə yayılan qeyri-rəsmi kampaniya və müsabiqələrin şirkətlə heç bir əlaqəsi yoxdur. Rəsmi kommunikasiya kanallarımızda paylaşılmayan heç bir aksiya, lotereya və ya kampaniya “OBA”ya aid deyil. Müştərilərə belə hallarda ehtiyatlı olmaq tövsiyə edilir: “OBA” Marketlər şəbəkəsi yalnız öz rəsmi platformalarında paylaşdığı məlumatlara görə […]

Təhsil

Bu məktəblər gələn ildən distant təhsilə keçəcək

“Bizim elə bölgələrimiz var ki, orada adambaşına 1 şagird üzrə düşən xərc Bakının mərkəzindəki özəl məktəblərin təhsil haqqından daha yuxarıdır”. xeberde.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib. “Belə kənd məktəblərinin sayı 10 deyil, yüzlərlədir. Ola bilər ki, cəmiyyət bunu görmür, hiss etmir. Amma bu dövlətin vəsaitidir. İstəsək […]

Cəmiyyət

Bu məcburi köçkünlərin evləri təmir olunacaq

Bakı və Sumqayıt şəhərləri, Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində təmir işləri həyata keçiriləcək. xeberde.az bu barədə Mənzillərin İstismarı İdarəsindən məlumat əldə edib. Bildirili ki, bununla bağlı olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 340 min manat dəyərində müqavilə bağlamağa hazırlaşır. Belə ki, məcburi köçkünlərin fərdi yaşayış evlərinin və mənzilləri təmir olunacaq.