İran cavab tədbirlərinə hazırlaşır. xeberde.az İran KİV-lərinə istinadən xəbər verir ki, Tehranda Kəşfiyyat Nazirliyi, Müdafiə Nazirliyi, Ali rəhbərin iqamətgahı və İranın Atom Enerjisi Təşkilatı zərbələrə məruz qalıb. Məlumatlara görə, hücumlar dalğalar şəklində davam edir. İran rəsmisi Reuters agentliyinə bildirib ki, Tehran cavab tədbirlərinə hazırlaşır və cavab sarsıdıcı olacaq.
Author: Xeberal.az
İsveçrədə Rusiya və İrana kömək edən bank bağlandı
İsveçrə tənzimləyicisi FINMA MBaer Merchant Bank-ın lisenziyasını ləğv edib. xeberde.az xəbər verir ki, məlumatı tənzimləyici açıqlayıb. Bildirilir ki, bankın fəaliyyəti dayandırılıb: “FINMA bankın lisenziyasını ləğv etdi və onun ləğvi barədə göstəriş verdi”. Tənzimləyici “bankın çirkli pulların yuyulmasına qarşı mübarizə öhdəliklərində, inzibati təşkilatında və risklərin idarə edilməsində ciddi, sistematik çatışmazlıqlar” aşkar edib. Qeyd olunur ki, züsusilə […]
Xocalıda ucalan yaddaş abidəsi – ədalətin və qələbənin rəmzi
Azad Xocalı torpağında inşa edilən Xocalı Soyqırımı Memorialı xalqımızın qan yaddaşının daşlaşmış ifadəsi, milli hüznün və eyni zamanda tarixi qələbənin simvoludur. Bu kompleks yalnız memarlıq nümunəsi deyil, 1992-ci ilin fevralında dinc əhaliyə qarşı törədilmiş soyqırımının unudulmaması və gələcək nəsillərə çatdırılması üçün yaradılmış konseptual yaddaş məkanıdır. Memorialın memarlıq həlli dərin rəmzi məna daşıyır – kompleksi dörd […]
Əbülfəs Qarayevin qızına pul ayıranlar cavab verməlidir – Deputat tələb etdi
“Bu yaxınlarda cəmiyyətdə “Məshəti” filmi ciddi şəkildə müzakirə olundu. “Məshəti” filmi dövlət hesabına çəkilmişdi və filmin yayılması qadağan edildi. Həmin vəsaitlərə görə, kim məsuliyyəti daşıyır?” xeberde.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasından deputat Qüdrət Həsənquliyev səsləndirib. “Həmin filmin ssenarsini kimsə oxumuşdu? Bilmirdilərmi filmdə nələrdən bəhs ediləcək və filmi doğurdan da bizim cəmiyyətimiz qəbul ediləcəkmi? Bu film […]
Bu torpaqların alınması ilə bağlı qaydalar dəyişir
Yeni aeroport və aerodromların tikintisi zamanı torpaqların dövlət ehtiyacları üçün alınması mümkün olacaq. xeberde.az xəbər verir ki, məsələ “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və (və ya) aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının (aeroportların) və (və ya) aerodromların inşası torpağın alına biləcəyi dövlət ehtiyacları […]
Bəzi filmlərə çəkilən xərclərin bir hissəsi QAYTARILACAQ
Azərbaycanda xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclərin müəyyən qaydalara uyğun olaraq qismən geri ödənilməsi nəzərdə tutulur. xeberde.az-ın məlumatına görə, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında “Kinematoqrafiya haqqında” qanun layihəsində əksini tapıb. Layihədə həmçinin xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlb edilməsi dövlət siyasətinin ayrıca istiqaməti kimi təsbit olunur. Qanun layihəsi ilə yeni anlayışlar da […]
Ali məktəblərə sənəd verənlərin sayı 100 mini ötdü
Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2026-cı il fevralın 18-də başlanıb və 5 mart tarixinədək davam edəcək. Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər. xeberde.az-ən Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, bugünədək 102 254 abituriyent ali təhsil […]
Milli Məclisin iclası BAŞLADI
Milli Məclisin növbəti plenar iclası keçirilir. xeberde.az xəbər verir ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib. Gündəliyə daxil olan məsələlər aşağıdakılardır: 1. “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 2. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində […]
Qızıl və gümüş bahalaşmaqda davam edir
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. xeberde.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 0,4% artaraq 5 214,81 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti də 4,03% artaraq 90,5 ABŞ […]
WUF13.az saytı təqdim edildi
WUF13.az saytı istifadəçilərə təqdim edilib. xeberde.az xəbər verir ki, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Rəqəmsal marketinq şöbəsinin rəhbəri Elnur Mirzəzadə WUF13 tədbirinə hazırlıq işlərinə dair media brifinqində bildirib ki, saytın əsas məqsədi tədbirlə bağlı məlumatlara çıxışı daha əlçatan və operativ etməkdir: “Platformanın vizual tərtibatında milli üslubla müasir dizayn elementlərinin sintezinə üstünlük verilib. Səhifədə tədbirin şüarı yerləşdirilib, həmçinin […]










