Qazaxıstanda ümumi məbləği 17 milyard tengedən çox olan 1 milyondan çox ödənilməmiş cərimə silinəcək. xeberde.az ArbatMedia saytına istinadla xəbər verir ki, daxili işlər nazirinin müavini Sanjar Adilovun sözlərinə görə, 500.000-dən çox Qazaxıstan vətəndaşı inzibati əfvdən yararlana bilər. O bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 58 maddəsi inzibati əfvlə əhatə olunub. Nazir müavini izah edib ki, ödənilməmiş […]
Author: Xeberal.az
DÇ-2026-nın ən uzun və ən qısa boylu futbolçuları açıqlandı
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək Dünya Kubokunda ən uzun və ən qısa boylu oyunçuların adlarını açıqlayıb. xeberde.az xəbər verir ki, ən uzun boylu oyunçu Avstriya milli komandasının və Çexiyanın “Viktoriya Plzen” klubunun qapıçısı 25 yaşlı Florian Vigeledir. Onun boyu 205 sm-dir. Ən qısa boylu oyunçu […]
Şuşa şəhərinə Kirs dağından su çəkilib
Şuşa şəhərinin su təminatı Kiçik Kirs dağında və Zarıslı su mənbəyindən şəhərə qədər olan 9,3 kilometrilik polad və 12 kilometrlik magistral su kəmərləri vasitəsilə həyata keçirilir. Azərbaycan Su Ehtiyatları Agentliyindən (ADSEA) xeberde.az-a bildirilib ki, şəhər ərazisində 2 su anbarı və 34,5 kilometr su, 27,5 kilometr kanalizasiya şəbəkəsi istismar olunur. Bir sutəmizləyici qurğu yenidən qurulub. Şuşa şəhərində […]
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
İyunun 1-də Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış edib. Dövlət başçısı bildirib ki, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoyub və illər ərzində genişlənərək qlobal enerji gündəliyinin mühüm platformalarından birinə çevrilən Bakı Enerji Həftəsi formatını alıb. Prezident qeyd edib ki, 1996-cı ildə imzalanan Şahdəniz müqaviləsi Azərbaycanın müasir […]
Pezeşkianın istefa xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
İranda Prezident Məsud Pezeşkianın mümkün istefası ilə bağlı yayılan məlumatlara rəsmi münasibət bildirilib. xeberde.az xəbər verir ki, prezidentin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Mehdi Təbatəbai sosial şəbəkədə paylaşdığı açıqlamada istefa iddialarını təkzib edib. Təbatəbai bildirib ki, Pezeşkian xalqına xidmət yolundan geri çəkilməyəcək. “Pezeşkian xalqa xidmətdən bir addım belə geri çəkilməyəcək, İran xalqı da həmrəylik və müqavimət […]
66 yaşlı ağsaqqal Azərbaycanı dünyada biabır etdi: qadın turistin sinəsinə əl atdı – RƏZALƏT
Hacıqabul rayonunda xarici turist qadına qarşı seksual davranışla bağlı yayılan görüntülər sosial şəbəkələrdə geniş rezonans doğurub. Hadisənin görüntülərinin yayılmasından sonra polis araşdırma aparıb və 66 yaşlı şəxs barəsində inzibati tədbir görülüb. xeberde.az xəbər verir ki, Almaniyalı turist Karl və onun yapon sevgilisi Lisa velosipedlə dünya səyahəti çərçivəsində Azərbaycan ərazisindən keçərkən xoşagəlməz hadisə ilə qarşılaşıblar. Sosial […]
“Maska”nın qalibi “Qırat” oldu — FOTOLAR
İctimai TV-nin məşhur “Maska” şousunun final buraxılışı yayımlanıb. “Qırat” şounun qalibi olub. Onun müğənni İlkin Dövlətov olduğu ortaya çıxıb. Qeyd edək ki, münsif kürsüsündə Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, aparıcı Kamilə Babayeva, müğənnilər Nigar Camal və Murad Arif əyləşib.
Göydən gələn təhlükə – güclü partlayışın mənbəyi müəyyənləşdi
ABŞ-nin şimal-şərq bölgəsində şənbə günü eşidilən güclü partlayış səsinin səbəbi müəyyənləşdirilib. xeberde.az xəbər verir ki, Massaçusets ştatının şərq hissəsi, Rod-Aylend və ətraf bölgələrdə qeydə alınan hadisənin atmosferə daxil olaraq yanıb parçalanan meteorla bağlı olduğu təsdiqlənib. Məlumata görə, meteor Massaçusets ştatının şimal-şərqi üzərində təxminən 40 mil (64 kilometr) yüksəklikdə parçalanıb. NASA-nın hesablamalarına əsasən, parçalanma zamanı ayrılan […]
İran raket bazalarını yenidən dirçəldir – vurulan şaxtaların çoxu tapıldı
İran müharibə zamanı vurulan raket infrastrukturu üzərində bərpa işlərini sürətləndirib. xeberde.az xəbər verir ki, CNN-in məlumatına görə, Tehran bu işlərdə buldozerlər və torpaq daşıyan yük maşınları kimi sadə texnikalardan istifadə edir. Bildirilir ki, İran müharibə zamanı vurularaq bağlanmış 69 şaxta və açılış nöqtəsindən ən azı 50-ni aşkar etməyə nail olub. ABŞ və İsrailin raket buraxılış […]
Bakının bir hissəsində işıq olmayacaq
Bakının Nizami rayonunun bir hissəsinə elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə xeberde.az “Azərişıq” ASC-yə istinadən xəbər verir. Belə ki, Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində təmir-təftiş işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Rüstəm Rüstəmov və Nəsimi küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli […]










