manset Təhsil

Bir neçə kollecə təyinat oldu

Bir neçə kollecə təyinat olub. Bu barədə xeberde.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Rövşən Qurbanov Masallı Dövlət Regional Kollecinin direktoru, Sevda Həsənova Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kollecinin direktor müavini təyin edilib, Dürrə Hacıyevaya isə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru vəzifəsinin müvəqqəti icrası həvalə edilib. Qeyd […]

Cəmiyyət İqtisadiyyat Ölkə

AZAL Bakıdan Şımkentə reys açır

Milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) marşrut şəbəkəsini genişləndirərək iyun ayından etibarən Bakıdan Şımkentə müntəzəm uçuşlara başlayacaq. xeberde.az xəbər verir ki, Qazaxıstanın cənubunda yerləşən bu şəhərə ilk aviareys iyunun 28-də həyata keçiriləcək. Bakı-Şımkent-Bakı marşrutu üzrə uçuşlar həftədə üç dəfə – Bakıdan Şımkentə bazar ertəsi, çərşənbə və şənbə günləri, əks istiqamətdə isə çərşənbə axşamı, […]

Cəmiyyət

Yağış yenidən başlayır – XƏBƏRDARLIQ

Aprelin 22-24-də əsasən gecə və axşam saatlarında bəzi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. xeberde.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata əsasən, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-Aran) yağıntıların qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən […]

Cəmiyyət

Bakıda 110-a yaxın bina SÖKÜLƏCƏK – Hamısı bu rayonun ərazisindədir

Xətai rayonu ərazisində 110-a yaxın qəzalı vəziyyətdə olan bina var. xeberde.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov deyib. O qeyd edib ki, ilk növbədə istismar müddətini başa vurmuş, qamış üzlüklü binaların söküntüsünün aparılması nəzərdə tutulur. “Həmin binaların restavrasiyası mümkün deyil. Binaların söküntüsü mərhələli şəkildə […]

Kriminal

Satıcıya saxta 100-lük verdi, daha sonra bıçaqladı

Bakıda satıcıya saxta əskinas verib soyğunçuluq edən şəxs saxlanılıb. xeberde.az xəbər verir ki, hadisə Qaradağ rayonunda yerləşən mağazaların birində baş verib. Naməlum şəxs satıcıya 100 manatlıq saxta əskinas verməklə qalıq məbləği götürüb. Lakin pulun saxta olduğu aşkarlandıqda ona kəsici-deşici alətlə xəsarət yetirərək hadisə yerindən qaçıb. Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli […]

Dünya

Türkiyədə məşhur idman brendi cərimələndi – məhsulunda donuz dərisi çıxdı

Türkiyədə istehlakçı hüquqlarının qorunması istiqamətində atılan addımlar davam edir. Bu dəfə hədəfdə dünyaca məşhur idman brendi olub. xeberde.az xəbər verir ki, Türkiyənin Ticarət Nazirliyi “New Balance” şirkətinə qarşı ciddi maliyyə sanksiyası tətbiq edib. Şirkət bəzi idman ayaqqabısı modellərində donuz dərisindən istifadə etdiyini istehlakçılara bildirmədiyi üçün 1 milyon 730 min lirə (təxminən 45 min dollar) məbləğində cərimələnib. Nazirlik […]

Cəmiyyət Gündəm Secme Xeberler Sosial

Azərbaycanda məscidlərə “Qədim türklər” kitabı paylanılacaq

Azərbaycanda məscidlərə kitablar paylanılacaq. Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçiriləcək “Hər məsciddə kitabxana” layihəsinə 272.463,70 manatın ayrılması nəzərdə tutulur. Ūmumilikdə 172 məscidə 16790 kitabın veriləcəyi planlaşdırılır. Fondun siyahısında dini ədəbiyyatla yanaşı, Azərbaycan klassiklərinin və tanınmış naşirlərin əsərləri də yer alıb. Belə ki, məscidlərə Nizami Gəncəvinin “Xəmsə”, Abbasqulu Ağa Bakıxanovun “Gülüstani irəm”, Məhəmməd Füzulinin “Seçilmiş […]

Gündəm Hadisə

Əvəz Zeynallı ağır durumdadır – məhkəmənin qərarını gözləyir

Tanınmış baş redaktor, hazırda həbsdə olan Əvəz Zeynallı bu gün həyatının ən ağır dönəmini yaşayır. Onun yalnız azadlığı deyil, artıq canı da təhlükədədir. Bu barədə xəbəri həyat yoldaşı Məlahət Zeynallı ictimaiyyətə çatdırıb. O bildirib ki, Əvəz Zeynallıya gecikmiş mərhələdə xərçəng diaqnozu qoyulub: “Biopsiya nəticələrinə əsasən, bağırsağında aşkarlanan bədxassəli şiş artıq qaraciyərə yayılıb. Bu, xərçəngin daha […]

Mədəniyyət

Orxan Fikrətoğluna yeni vəzifə verildi

Mədəniyyət nazirinə yeni müşavir təyin olunub. xeberde.az-ın məlumatına görə, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə Əməkdar incəsənət xadimi, yazıçı, publisist Orxan Fikrətoğlu (Orxan Sadıqov) təyinat alıb. O, Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri üzrə bir neçə vacib sahənin koordinasiyasını həyata keçirəcək. Qeyd edək ki, Orxan Fikrətoğlu uzun müddət müxtəlif media orqanlarında və bir sıra qurumlarda […]