Dünya

Bu ölkədə siqaret, alkoqol və yanacaq bahalaşır

Ermənistan parlamenti ikinci və son oxunuşda 2027–2029-cu illər üçün aksiz vergisi dərəcələrinin cədvəlini təsdiqləyib. Yeni dərəcələr 1 fevral 2027-ci ildən qüvvəyə minəcək. xeberde.az yerli KİV-ə istinadən xəbər verir ki, siqaretlərə tətbiq olunan aksiz 1000 ədəd üçün 19,5 min dramdan 21 min drama yüksələcək, 2029-cu ilə qədər isə 24 min drama çatacaq. Elektron siqaretlər üçün dərəcə 4,1 […]

Təhsil

Bağça müəllimlərinin nəzərinə: sertifikasiya sənədi açıqlandı

Bu il məktəbəqədər tərbiyə müəssisələrinin metodist və müəllimləri də (bağça müəllimləri) ilk dəfə sertifikasiya imtahanından keçiriləcək. xeberde.az xəbər verir ki, Təhsil İnstitutu dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılmasının qiymətləndirmə çərçivəsini təqdim edib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, bağça müəllimlərinin sertifikatlaşdırması oktyabr ayına planlaşdırılıb. Müvafiq keçidə daxil olmaqla qiymətləndirmə çərçivəsi ilə tanış olmaq mümkündür: […]

İdman

DÇ-2026: Daha bir baş məşqçi istefa verdi

Almaniya Futbol Assosiasiyası (DFB) millinin baş məşqçisi Yulian Naqelsmannın vəzifəsindən ayrıldığını açıqlayıb. xeberde.az alman mediasına istinadən xəbər verir ki, qərar Almaniya yığmasının 2026 FIFA Dünya Çempionatının 1/16 final mərhələsində Paraqvaya penaltilər seriyasında gözlənilmədən məğlub olaraq mübarizəni dayandırmasından sonra verilib. Almaniya Futbol Assosiyasının prezidenti Bernd Neuendorf yaydığı bəyanatda Naqelsmanna göstərdiyi xidmətlərə görə təşəkkür edib. “Almaniya Futbol Assosiasiyası 2023-cü […]

Hadisə

Coratda dənizdə 2 nəfər batdı: biri xilas edildi, qadın həlak oldu 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Corat qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 900 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfərin batması barədə məlumat daxil olub. xeberde.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindinin məlumatında bildirilib. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub. […]

Cəmiyyət

Azərbaycanlılar ən çox bu ölkəyə üz tutdu – STATİSTİKA

2025-ci ildə turagent və turoperatorların vasitəçiliyi ilə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı rekord göstəriciyə çatıb. xeberde.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda turizm” məcmuəsində yer alıb.  Məlumata görə, ötən il turizm şirkətləri vasitəsilə xaricə 75 min 746 Azərbaycan vətəndaşı səfər edib. Bu, 2024-cü illə müqayisədə 951 nəfər və ya 1,3 […]

Dünya

İtaliyada anomal istilər: 4 nəfər öldü

İtaliyada 10 gündür davam edən və mövsümi normadan yüksək olan həddindən artıq istilər ölümlərə səbəb olmağa davam edir. Ölkədə istilərin Afrikadan qaynaqlanan həddindən artıq isti hava dalğası səbəbindən baş verdiyi bildirilib. Həmçinin həddindən artıq istilərlə əlaqədar 25 şəhərdə qırmızı xəbərdarlıq elan edilib. Mütəxəssislər həddindən artıq isti dalğasının sabahdan etibarən təsirini itirəcəyini və yağış yağacağını bildiriblər./Bakıvaxtı.az/

İdman

Asim Xudiyev UEFA-dan təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan 2026/2027-ci illər mövsümü üçün ilk təyinatı alıb. AFFA-dan bildirilib ki, o, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin “Kayrat” (Qazaxıstan) – “Sutyeska” (Monteneqro) oyununun hakim-inspektoru olacaq. Qarşılaşma iyulun 8-də Almatı şəhərində yerləşən “Ortalık” stadionunda keçiriləcək.

Siyasət

İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi

“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” fərmanda dəyişiklik edilib. Musavat.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən mühafizə olunan şəxslərin və qorunan strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış fəaliyyətini bundan sonra Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həyata […]

Cəmiyyət

SON DƏQİQƏ! Azərbaycanda bu qadağan edildi

Azərbaycanda “Texniki tənzimləmə haqqında” qanunun 14.2-ci maddəsinə əsasən, bu qanunun və texniki reqlamentlərin tələblərinə uyğun olmayan və ya texniki reqlamentdə nəzərdə tutulmuş üsulla uyğunluğu qiymətləndirilməmiş malların istehsalının, satışa çıxarılmasının, idxal edilməsinin və istifadə olunmasının qadağan edilməsi nəzərdə tutulur. Bu, Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye […]

Bölgə

Sərsəng ətrafında zibillik: turist axını yeni problem yaradır – vətəndaşdan ÇAĞIRIŞ

İşğaldan azad olunmuş ərazilərə turist axınının artması ilə yanaşı, həmin bölgələrdə ətraf mühitin qorunması məsələsi də aktuallaşıb. xeberde.az-a müraciət edən vətəndaş Kəlbəcər və Sərsəng su anbarı ətrafında yaranan antisanitar vəziyyətlə bağlı narahatlığını ifadə edib. Onun sözlərinə görə, xüsusilə Sərsəng su anbarının yaxınlığında yerləşən baxış meydançası və ətraf ərazilər müxtəlif məişət tullantıları ilə çirkləndirilib. “Mənim göndərdiyim […]