Hər bir Azərbaycan vətəndaşına məlumdur ki, 23 aprel 2023-cü il tarixi ermənilərin Qarabağla bağlı planlarının puça çıxdığı təqvimdir. Bildiyimiz kimi 44 günlük Vətən müharibəsində əldə edilən parlaq qələbə qazansaq da suveren ərazilərimizdə seperatçılar hələ də qalmaqda idi. Aprelin 23-də ermənilərin bütün oyunları pozuldu, “Laçın dəhlizi” məsələsi sıradan çıxarıldı. Bu, Prezident İlham Əliyevin milli məfkurəyə əsaslanan […]
Author: Xeberal.az
Qurban Qurbanov hesabat konfransına qatılmadı
“Qarabağ”ın və AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov AFFA-nın hesabat konfransına qatılmayıb. Təcrübəli mütəxəssisin iclasda olmamasının səbəbi bəlli deyil. Qeyd edək ki, bu, ilk belə hal deyil. Qurban Qurbanov ötən günlərdə AFFA-nın Tovuzda keçirdiyi akademiyanın açılışına və AFFA İcraiyyə Komitəsinin iclasına da qatılmamışdı.
Valideynlərə xəbərdarlıq – Yeniyetmələr arasında təhlükəli oyun yayılıb, hipnozla…
Uşaqlar və yeniyetmələr arasında “Qırmızı Qapı, Sarı Qapı” (Red Door, Yellow Door) adlı təhlükəli oyun yayılıb. xeberde.az xəbər verir ki, Bakı məktəbliləri arasında son vaxtlar bu oyunu oynadığı qeyd edilir. Bəzi məktəblərdə hətta valideynlərə çağırışlar edilib. Qeyd edək ki, bu, psixoloji eksperiment və ya hipnozvari təsirə malik ritual kimi təqdim olunan bir oyun formasıdır. Bu […]
100 manatlıq bu cərimə 10 minədək qaldırılır
Uçuş təhlükəsizliyi qaydalarının pozulmasına görə cərimələr genişləndirilir. xeberde.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, müvafiq icazə olmadan pirotexnik məmulat yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər qurulmasına […]
Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
Oliqarx, SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bioloji qohumluğun təyini – atalıq testindən keçməsi üçün daha bir məhkəmə instansiyası – Bakı Apellyasiya Məhkəməsi qərardad çıxarıb. Ekspertiza keçirilməsi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə Tibbi Biologiya şöbəsinə həvalə olunub. Bu gün, aprelin 11-i, saat 11-ə təyin olunan ekspertizaya Fidan Abbasova və övladı […]
Nazirin sensasion etirafı: pul da yoxdur, elm də…
Emin Əmrullayevin dediklərinə təhsil ekspertlərindən reaksiya: “Əgər həqiqətən də elmə diqqət göstərmək istəyirsə…” “Azərbaycanda fəaliyyət göstərən 140-a yaxın elmi təşkilatın əksəriyyətində heç bir elmi məhsul istehsal olunmur”. Bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən tədbirdə deyib. Nazir ölkədə elmi məqalə və məhsulların istehsalının az olmasının əsas səbəbi kimi maliyyələşmənin zəif […]
Gəncədə 6 nəfər tortdan zəhərlənib
Gəncə şəhərində 6 nəfər qidadan zəhərlənib. xeberde.az-ın məlumatına görə, M.İslamova (1955), T.Cəfərova (2008), N.Qədimova (2003), S.İslamova (1976), F.Abbasova (1998) və R.Qədimov (1996) zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onların tortdan zəhərləndikləri ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.
Fransada məktəblilərə mobil telefondan istifadə qadağan edilib
Fransanın təhsil naziri Elizabet Born gələn dərs ilindən kolleclərdə (orta məktəblərdə) təhsil alanlara bütün dərs günü ərzində mobil telefondan istifadənin qadağan ediləcəyini açıqlayıb. xeberde.az xəbər verir ki, bununla bağlı ötən il təxminən 50 min uşağın təhsil aldığı 180 kollecdə eksperiment həyata keçirilib. Təhsil Nazirliyi tərəfindən uğurlu hesab edilən qadağa indi bütün ölkə ərazisində tətbiq olunacaq. […]
Ankaraya güclü qar yağdı: məktəblər bağlandı – FOTO
Türkiyənin paytaxtı Ankarada tədris prosesi birgünlük dayandırılıb. xeberde.az xəbər verir ki, bu haqda Ankara valisi Vasip Şahin açıqlama verib. Onun sözlərinə görə, buna səbəb proqnozlaşdırılan qar və güclü küləkdir. Vali bildirib ki, bununla yanaşı, 10 yaşınadək övladı olan qadın dövlət qulluqçuları, hamilələr və əlilliyi olan şəxslər məzuniyyətə buraxılacaqlar.
Altı ölkə öz qoşunlarını Ukraynaya göndərə bilər
Geniş beynəlxalq koalisiyaya daxil olan təxminən altı ölkə Ukraynaya hərbi yardım göstərməyi nəzərdən keçirərək, öz qoşunlarını onun ərazisinə göndərməyə hazır olduqlarını bildiriblər. Bu barədə xeberde.az “AFP”yə istinadən xəbər verir. Qeyd olunub ki, bu ölkələrə Böyük Britaniya, Fransa və bir sıra Baltikyanı ölkələr daxildir. Bu koalisiyaya daxil olan ölkələrin ümumi sayı 30-a yaxın dövlətdir. Agentlik vurğulayıb […]










