Kriminal manset

“Əmlak eksperti” olan saxta generala- 8 il 6 ay həbs verildi

Ötən ilin fevralında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi üzrə həbs edilən Mirdaməd Əzizova hökm oxunub. xeberde.az xəbər verir ki, 36 yaşlı Mirdaməd Əzizov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il 6 ay həbs cəzası […]

Gündəm Siyasət

Əli Əsədov vacib QƏRAR imzaladı

Azərbaycanda müxtəlif uçuşların həyata keçirilməsi qaydaları təsdiq edilib. Nazirlər Kabineti “Hava gəmilərinin beynəlxalq uçuş əməliyyatlarının, məşq uçuşlarının və xüsusi xarakterli aviasiya fəaliyyəti ilə bağlı uçuşların həyata keçirilməsi Qaydaları”nı təsdiq edib.  xeberde.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. 

Kriminal

Həbs edilən sabiq məmurun şok əməlləri – 6.5 milyonluq fırıldaq

Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşı, 1983-cü il təvəllüdlü Vüsal Əliyevin məhkəməsi yekunlaşıb. xeberde.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə onun saxta əmək kitabçaları, şəxsiyyət vəsiqələri və digər sənədlər hazırlayaraq ayrı-ayrı vətəndaşlara əsassız olaraq güzəştli şərtlərlə ailə başçısını itirməyə və ya yaşa görə əmək pensiyalarının təyin olunmasına nail olması, nəticədə Əmək və […]

Təhsil

İmtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi tərəfindən 13 aprel 2025-ci il tarixində keçirilən Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri elan edilib. Bu barədə xeberde.az-a DİM-dən məlumat verilib. İmtahanda iştirak edənlər DİM-in saytı vasitəsilə nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər. İştirakçılar imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə […]

Hadisə

Azərbaycan Ordusunun hərbçisi avtoqəzada həlak olub

Aprelin 14-də səhər saatlarında məzuniyyətdə olarkən Azərbaycan Ordusunun qadın hərbi qulluqçusu Şahverdiyeva İlahə Rəsul qızı idarə etdiyi şəxsi avtomobilində hərəkət zamanı baş vermiş avtoqəzada vəfat edib. xeberde.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə başsağlığı verib.

Hadisə

Ağcabədidə AĞIR İTKİ : Tanınmış vəzifəli şəxs vəfat etdi – FOTO

Xeberde.az xəbər verir ki, 8 Saylı Ərazi Vergi İdarəsinin Vergi Xdməti Müşaviri Arif Qasımov 64 yaşında vəfat edib. Qeyd edək ki, Arif Qasımov 1982-ci ildən Ağcabədi rayonu Vergi İdarəsi şöbə müdiri və Beyləqan rayonu Ərazi Vergi İdarəsində xidmət göstərib. Arif Qasımov xalqının qayğısında olan xeyirxah insan kimi tanınırdı. Bildirilib ki, 11 aprel günü iş yerində […]

Bölgə Siyasət

Baş Prokuror Xankəndidə əməliyyat müşavirəsi keçirdi

Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Xankəndi Şəhər Prokurorluğunda Baş Prokurorluğun əməkdaşları, Xankəndi şəhər,  Ağdam, Cəbrayıl, Füzuli,  Xocalı, Xocavənd, Kəlbəcər,  Qubadlı, Laçın, Şuşa, Zəngilan rayon, eləcə də Ağdam, Füzuli, Kəlbəcər, Qubadlı və Tərtər həbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib. xeberde.az xəbər verir ki, toplantıda azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin təşkili, hüquq-mühafizə sisteminin institusional dayanıqlığının təmin olunması, cinayətkarlığa […]

Cəmiyyət manset Ölkə

Bakıda leysan olacaq: subasma halları istisna olunmur – RƏSMİ

Növbəti iki gündə Bakı və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi gözlənilir. xeberde.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aprelin 16-da yağışın aramsız güclü olacağı ehtimalı yüksəkdir. Prosesin şimşək və güclü küləklə müşayiət olunacağı gözlənilir. Gözlənilən […]

Bölgə İqtisadiyyat manset

Prezident bu yolun tikintisinə pul ayırdı

Cəlilabad rayonunun Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolu əsaslı təmir olunacaq. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla 7 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunun əsaslı təmiri məqsədilə dövlət büdcəsindən  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.