Sabah Salyan rayonunun bir kəndinin qaz təchizatı dayandırılcaq. “Azəriqaz”dan xeberde.az-a verilən məlumata görə, Salyan rayonu Sarvan kəndini təbii qazla təmin edən diametri 89 və 76 mm-lik orta təzyiqli yerüstü qaz kəmərlərinin yol keçid hissələrində görüləcək iş ilə əlaqədar 02.07.2025-ci il saat 10:00-dan etibarən işlər başa çatanadək Sarvan kəndində (662 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Author: Xeberal.az
Təkrar sertifikasiyadan kəsilən 2344 müəllim işdən ÇIXARILDI
İyunun 20-də ötən il test imtahanı mərhələsində keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 3338 müəllim iştirak edib. Onlardan 1328 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsində iştirak imkanı qazanıb. 2006 müəllim isə müvafiq keçid balını (30 bal) toplaya bilməyib. Bu barədə xeberde.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Eyni zamanda imtahanda iştirak etməyən 334 müəllim sertifikatlaşdırmadan keçməmiş hesab olunub. […]
Yayda tənəffüs yolu infeksiyalarından qorunmağın YOLLARI
Yay mövsümündə havaların isti keçməsi virus infeksiyalarının yayılma riskini müəyyən qədər azaltsa da, bu dövrdə qrip və digər tənəffüs yolu infeksiyalarından tam qorunmaq mümkün deyil. Kondisionerlərdən intensiv istifadə, tez-tez edilən yay səyahətləri və immun sisteminin zəifləməsi infeksiyaların yayılmasına əlverişli şərait yaradır. Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev xeberde.az-a açıqlamasında bildirib ki, yay aylarında […]
“Azərbaycanfilm”dəki partlayışın səbəbi – Üç qurum birgə məlumat yaydı
Baş Prokurorluq, FHN və ANAMA “Azərbaycanfilm” kinostudiyası ərazisində baş verən partlayış hadisəsi ilə bağlı birgə məlumat yayıb. xeberde.az-a daxil olan məlumatda deyilir: “İyunun 26-da, saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən ibtidai istintaq aparılır. Kompleks […]
Azər Zahid azadlığa BURAXILDI
“TikTok”da əyləncə yarışları təşkil edən və ötən ilin dekabrında ağır ittihamlarla həbs edilən aparıcı Azər Zahid azadlığa buraxılıb. xeberde.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi onun barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb. Azər Zahid məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, Azər Zahid sosial şəbəkədə əxlaqsızlığı təbliğ etməkdə ittiham olunurdu. Ona qarşı […]
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq – 31 iyula kimi vaxtınız var
Miqrasiya xidməti Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə müraciət edib. Bu barədə xeberde.az-a Miqrasiya xidmətindən məlumat verilib. Bildirilib ki, 24 mart 2020-ci il tarixindən Azərbaycan Respublikasının ərazisində olan və COVİD-19 pandemiyası ilə əlaqədar ölkəni tərk edə bilmədiyi üçün Dövlət Miqrasiya Xidməti tərəfindən müvəqqəti olma müddəti uzadılan və ölkədə olmaları qanuni hesab […]
Ersin Tatara Bakıda fəxri doktor diplomu veriləcək
Azərbaycana səfəri çərçivəsində Şimail Kipr türk Respublikasının Prezidenti Ersin Tatara Azərbaycan Texniki universitetinin fəxri doktor diplomu veriləcək. xeberde.az-ın məlumatına görə, təqdimat mərasimi iyulun 2-də baş tutacaq. Qeyd edək ki, Şimali Kipr Prezidenti Ersin Tatar iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə iştirak edəcək.
Şirvan kanalında boğulan 91 yaşlı kişinin meyiti tapıldı
Şirvan kanalının Hacıqabul rayonu, Qarasu kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb. FHN-dən xeberde.az-a verilən məlumata görə, axtarışlar nəticəsində kanalda batmış 1934-cü il təvəllüdlü Salahov Süleyman Xanəhməd oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
İlham Əliyev həmkarını təbrik etdi
Prezident İlham Əliyev Ruanda Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb. xeberde.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Ruanda Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm. Azərbaycan ilə Ruanda arasında münasibətlərin dinamik inkişaf etməsi məmnunluq doğurur. Keçən ilin noyabrında COP29-da iştirak etmək üçün Azərbaycana həyata keçirdiyiniz […]
Akademik tanınma prosesinin vaxtı uzadıldı
Xarici dövlətlərdə əldə edilmiş ali təhsilə aid kvalifikasiyaların tanınması “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na (Qaydalar) uyğun həyata keçirilir. xeberde.az xəbər verir ki, bu, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) köçürülmə (transfer) məqsədilə qismən akademik tanınma şəhadətnaməsini əldə etmək istəyən vətəndaşlara müraciətində bildirilib. Qaydaların 5.9-cu bəndinə əsasən, xaricdə natamam ali təhsil alan şəxslər təhsilinin qalan hissəsini […]










