Dünya Gündəm manset Siyasət

Şahin Şıxlinskiyə idarədə hansı suallar verilib? – Özü danışdı

“İlkin mərhələdə məni saxlayanda kobud rəftar oldu. Bunu da hər kəs gördü. Amma sonrakı istintaq prosesində, idarədə heç bir kobudluqla rastlaşmadım, çox mədəni şəkildə davranıldı”. xeberde.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Ural bölgəsində yaşayan Azərbaycan diasporasının rəhbəri Şahin Şıxlinski azadlığa çıxdıqdan sonra deyib.  Şiklinski bildirib ki, o, həm Rusiya, həm də Azərbaycan arasında münasibətlərin dostluq və […]

Hadisə

Azərbaycanda 3 nəfər zəhərlənmədən öldü

İyun ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 99 nəfər qəbul edilib. Mərkəzdən xeberde.az-a verilən məlumata görə, şöbəyə qəbul edilən xəstələrdən 37 nəfər dərmandan, 27-si sirkə turşusundan, 1-i yandırıcı məhluldan, 2-si spirtli içkidən, 5-i fosfor üzvi birləşmələrdən zəhərlənən şəxslərdir. Həmçinin 17 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər botulizm, 1nəfər […]

Dünya

Bu ölkədə niqab rəsmən qadağan edildi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev qadınların ictimai yerlərdə üz örtüyü taxmasını qadağan edən qanun layihəsini imzalayıb. xeberde.az xarici KİV-ə istinadla xəbər verir ki, qanun qüvvəyə mindikdən sonra ictimai yerlərdə üz örtüyü taxmağa icazə verilməyəcək. Bildirilir ki, üzü örtən örtüklər hüquq-mühafizə orqanlarına şəxsləri müəyyən etməyi çətinləşdirir və ictimai təhlükəsizliyi təhlükə altına alır. Bundan əlavə qadağa niqab kimi üzü örtən […]

Təhsil

Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul qaydası açıqlandı

Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul qaydası açıqlanıb. Bu barədə xeberde.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, sağlamlıq imkanları məhdud uşaqların I sinfə qəbulu üçün valideynlər yaşayış ərazisinə uyğun olaraq yerli təhsili idarəetmə orqanına müraciət etməlidirlər. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, uşaqlarda sağlamlıq imkanlarının məhdudluğu və onların xüsusi təhsilə cəlb […]

Kriminal

Sumqayıtda əri tərəfindən bıçaqlanan qadın xəstəxanada ölüb

Sumqayıtda əri tərəfindən bıçaqlanan qadın xəstəxanada dünyasını dəyişib xeberde.az xəbər verir ki, Sumqayıtda 1985-ci il təvəllüdlü Aygün Siracəddin qızı Bağırova əri tərəfindən bıçaqlanıb. Hadisə Səməd Vurğun küçəsində baş verib. Təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılan qadına həkimlər müdaxilə etsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Hadisənin ailə münaqişəsi zəminində […]

Cəmiyyət manset

Bakıda internetin “Zapı” sürəti

Hesabat ayında Azərbaycan paytaxtı 196 şəhər arasında 115-ci yerdə qərarlaşıb Bu ilin may ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (79,25 MB/S) görə aprel ayına nisbətən 1 pillə irəliləyərək 153 ölkə arasında 87-ci olub. “Speedtest Global Index”nə görə, bir il əvvəlki göstərici (39,48 MB/S) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 2 dəfə artıb. […]

manset Ölkə Secme Xeberler Sosial

“Bu kanalları yayımlamaq Azərbaycan xalqına hörmətsizlikdir!”

Aparıcı-müğənni Murad Arif Rusiyaya məxsus bəzi televiziya kanallarının Azərbaycanda yayımına qarşı sərt mövqe nümayiş etdirib. O, sosial şəbəkə üzərindən televiziya provayderlərinə açıq çağırış edib. xeberde.az xəbər verir ki, Murad Arifin paylaşımı sosial şəbəkələrdə geniş rezonans doğurub. O, açıq şəkildə bildirib: “Azərbaycan ərazisində yayımlanan bütün kabel TV-lərə səslənirəm! Çox hörmətli KATV, Ailə TV, CityNet, B&B, Connect, Uninet, […]

Kriminal manset

“Sputnik”in redaktorunun evində axtarış aparıldı

“Sputnik Azərbaycan”ın redaktoru İqor Kartavıxın mənzilində axtarış aparılıb. xeberde.az xəbər verir ki, axtarış zamanı mənzildən kompüter avadanlığı götürülüb. Qeyd edək ki, Azərbaycanın təhlükəsizlik qüvvələri dünən “Sputnik Azərbaycan”ın ofisində əməliyyat-axtarış tədbirləri keçirib. Tədbirlər çərçivəsində redaksiya heyətinin rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousov saxlanılıb. Onların Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) bu agentlikdə çalışan əməkdaşları olduğu […]

AKTUAL Araşdırma manset Secme Xeberler Siyasət

Rusiya Müdafiə Nazirliyinin AZAL reysini məhv etmə əmri belə verilib 

xeberde.az xəbər verir ki, minval.az redaksiyasına 2024-cü il dekabrın 25-də Qroznıya yaxınlaşarkən vurulan AZAL-a məxsus Embraer E190 təyyarəsi ilə bağlı sensasiyalı materiallar daxil olub. Məlumatlar anonim məktub vasitəsilə təqdim edilib. Məktubda hava hücumundan müdafiə bölməsinin kapitanının izahatı yer alır. O, təyyarəyə atəş açılması əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfindən verildiyini bildirir. Bundan əlavə, məktuba video və […]