Bakıda dayı bacısı qızını bıçaqlayıb. xeberde.az xəbər verir ki, hadisə aprelin 26-da Nərimanov rayonunda baş verib. 1992-ci il təvəllüdlü F.Baxışlı kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya aparılıb. Nərimanov RPİ-nin keçirdiyi tədbirlərlə onu bıçaqlayan dayısı saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Hadisənin ailədaxili münaqişə zəminində törədildiyi bildirilir.
Author: Xeberal.az
Əli Əsədov Heydər Məscidi ilə bağlı qərar imzaladı
Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında dəyişiklik edilib. xeberde.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla Heydər Məscidi memarlıq abidəsi hesab edilib.
Bakıda yollar niyə çökür? – Səbəbləri və həlli tapıldı
Paytaxtın müxtəlif küçə və prospektlərində müxtəlif vaxtlarda asfalt örtüyünün çökməsi müşahidə olunur. Belə hallar Babək, 8 Noyabr prospektlərində bir neçə dəfə təkrarlanıb. xeberde.az yollarda çökmələrin səbəbini araşdırıb. Əsasən, asfalt örtüyünün çökməsi 6 səbəbdən baş verə bilər. Bu səbəblər arasında yeraltı kommunikasiya xətləri, yolun alt təbəqəsinin düzgün bərkidilməməsi, ağır yük maşınlarının yoldan daimi keçməsi, geoloji səbəblər, zəif […]
Aktyor Möylə Mirzəliyev vəfat edib
Bir müddət öncə əməliyyatdan sonra iflic olub komaya düşən Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev vəfat edib. xeberde.az xəbər verir ki, bu barədə “Report”a aktyorun ailəsindən məlumat verilib. Aktyor müalicə olunduğu xəstəxanada vəfat edib. Qeyd edək ki, Möylə Mirzəliyev 24 oktyabr 1959-cu ildə Qərbi Azərbaycanın Ləmbəli kəndində anadan olub. 1980-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət […]
“Bu, həm Azərbaycan, həm də İran üçün tarixi bir hadisə olacaq”
“Bu gün İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri iki ölkə arasndakı iqtisadi və siyasi əlaqələrin daha da möhkəmlənməsi üçün əhəmiyyətli bir mərhələdir. Bu səfər, regionda strateji əməkdaşlıq və qarşılıqlı inamı daha da gücləndirəcək, hər iki tərəfin potensialını artırmaq üçün böyük bir fürsət təqdim edir”. xeberde.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Onun […]
ANAMA-nın əməkdaşı Qazaxda minaya düşdü
Qazax rayonunun Qızılhacılı kəndi ərazisində mina partlayıb, xəsarət alan var. Bu barədə xeberde.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, agentliyin əməkdaşı 1985-ci il təvəllüdlü Paşayev Elnur Oruc oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Paşayev Elnur bədənin müxtəlif nahiyələrində yüngül xəsarətlər alıb. Xəsarət alan əməkdaş rayon mərkəzi […]
Gəzməyə gəldi, milyonçu oldu
Çikaqoya səfər edən bir turist yerli mağazalardan birində bilet alaraq İllinoys ştatının lotereyasından 3 milyon 188 min 104 dollar məbləğində cekpot qazanıb. xeberde.az xəbər verir ki, bu barədə “UPI” agentliyi məlumat yayıb. Lotereya qalibi, mətbuatda “Səyyar xəzinə” ləqəbi ilə tanınan şəxs bildirib ki, Çikaqoya məşhur turistik yerləri görmək üçün gəlib. “Əvvəllər də Çikaqoda olmuşdum, amma turist […]
Qurban Qurbanovun çempionluq şərhi: “Həmişə növbəti uğur üçün can atıram”
Azərbaycan Premyer Liqasının XXXII turunun “Sabah” – “Qarabağ” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. Mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib. – Futbolçularımı təbrik edirəm. Bir illik əziyyətdən sonra çempion olduq. Bu məni sevindirir. Həqiqi çempionluq oyunu oldu. Hər iki tərəf ağıllı və dinamik oynadı. Azarkeşlərimiz də bu çempionluğa layiqdir. […]
Türkiyədə GÜCLÜ zəlzələ baş verdi
Türkiyənin Elazığ vilayətinin Sivrice rayonunda bu gün saat 21:09-da 4,9 bal gücündə zəlzələ qeydə alınıb. xeberde.az xəbər verir ki, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) internet saytında yayımlanan məlumata görə, zəlzələnin ocağı yerin 11,31 kilometr dərinliyində yerləşib. Elazığ Valisi Numan Hatipoğlu sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, zəlzələ ilə bağlı AFAD və 112 Təcili […]
“Qarabağ”ın prezidenti: Oyundan sonra futbolçuların hər birini qucaqladım
Oyundan sonra futbolçuların hər birini ayrı-ayrılıqda qucaqladım. xeberde.az xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl Misli Premyer Liqasının XXXII turunda “Sabah”la keçirilən oyundan (1:1) sonra jurnalistlərə açıqlamasında deyib. Klub rəhbəri “köhlən atlar”ın 12-ci dəfə Azərbaycan çempionu olmasına münasibət bildirib: “İldən-ilə Azərbaycan çempionatının səviyyəsi qalxır. Komandamız da sübut etdi ki, illər ərzində gücünü qoruyub-saxlayır. Baxmayaraq […]










