Cəmiyyət manset Ölkə

Azərbaycanda bu xəstəliyə yoluxma sayı artdı – RƏSMİ

Bu ilin ilk beş ayında suçiçəyinə 17 min 595 yoluxma halı aşkarlanıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd olunub ki, bu ilin yanvar – may aylarındakı yoluxma ötən ilin müvafiq dövrü il müqayisədə 2 189 nəfər çoxdur. İlin ilk beş ayında suçiçəyinə yoluxanlardan 9 min 190-ı kişi, 8 min 405-i isə qadındır. Xəstəliyə […]

Dünya Hadisə

Rusiyanın bir neçə bölgəsində güclü qasırğa: 2 uşaq xəsarət alıb

Rusiyada bir neçə bölgədə baş verən güclü qasırğa azı iki uşağın xəsarət almasına səbəb olub. xeberde.az xəbər verir ki, bu barədə “SHOT” məlumat yayıb. Bildirilir ki, Moskva vilayətində yerləşən Klin rayonunun “SNT Center” bağ sahələri ərazisində ağac avtomobilin üzərinə aşıb. Hadisə zamanı “Chevrolet Tahoe” markalı avtomobildə 12 yaşlı məktəbli qız valideynləri ilə birlikdə olub. Ağacın avtomobilə […]

İqtisadiyyat

Albalı və gilas BAHALAŞIB – Qiymətlər

Meyvə bazarında bolluq var, qymətlər isə əl yandırır. xeberde.az xəbər verir ki, əriyin kiloqramı 2-3 manat, gilasın kilosu 10-15 manatdır. Məhsulun görünüşü yaxşı olduqda isə qiyməti daha da yüksəlir. Satıcılar da qiymətlərin baha olduğunu etiraf edirlər. Məhsul İrandan gəlir, qutardıqca daha da bahalaşır.  Alıcılar bu il bazarda qiymətlərin daha baha olduğunu bildirirlər. Elə bu səbəbdən […]

Ölkə Sosial

Azərbaycanda bu şagirdlərə pulsuz məktəbli formaları veriləcək

Qaçqın və məcbur köçkün şagirdlərinə pulsuz məktəbli formaları veriləcək. xeberde.az-ın İqtisadiyyat.az-a istinadən məlumatına görə, bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Təsərrüfat Hesablı Təchizat və İstehsalat İdarəsi Bakı Tikiş Evi ilə müqavilə bağlayıb. Müqavilədə 42-48 ölçüdə həm oğlan, həm də qız şagirdlər üçün məktəbli dəstlərinin satın alınması nəzərdə tutulur. Ümumilikdə isə 8 000 dəst məktəbli formasının satın alınması ilə bağlı […]

AKTUAL Cəmiyyət Gündəm Secme Xeberler

202 nömrəli uşaq bağçasında nöqsanlar aşkarlandı

202 nömrəli körpələr evi-uşaq bağçasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb. Bu barədə xeberde.az-ın cavab olaraq BŞTİ-dən məlumat verilib. Bildirilib ki, monitorinq zamanı müəssisədə bir sıra ciddi nöqsanlar aşkar edilib. Müəyyən edilmiş nöqsanlara əsasən bağça müdirinin fəaliyyəti ilə bağlı qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur. Qeyd edək ki, 202 saylı bağçadan narazı olan müəllimlərin tele-kanallardan […]

manset Ölkə Region Təhsil

Qarabağ Universitetində tibb fakültəsi açıldı – RƏSMİ

Yeni tədris ilindən Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq. xeberde.az xəbər verir ki, bu barədə Universitet məlumat yayıb. “Fakültədə yerli və xarici ekspertlərin birgə hazırladığı, beynəlxalq təcrübələrə əsaslanan kompetensiyaya əsaslı 6 illik Tibb (müalicə işi) və 4 illik Tibb bacısı (qardaşı) proqramlarının tədrisi həyata keçiriləcək. Tibb və sağlamlıq elmləri fakültəsində Tibb (müalicə işi) […]

Gündəm manset Siyasət

Prezidentdən İldırım Vəliyevlə bağlı – Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev İldırım Vəliyevə ali xüsusi rütbənin verilməsi haqqında Sərəncam imzalayıb. xeberde.az xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Təhlükəsizlik Şurasının katibi xidmətinin İcraya nəzarət və kadr məsələləri şöbəsinin müdiri İldırım İmran oğlu Vəliyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Bölgə Hadisə

Əsgər yanına gedən ailənin yaşadığı faciə- 3 nəfərin öldüyü hadisənin səbəbi bu imiş  

Göygöldə üç nəfərin ölümünə səbəb olan sürücü hakim qarşısına çıxarılıb. Dəhşətli qəzanın baş vermə səbəbi məlum olub. Sürücünün siqaret yandırmaq üçün etdiyi ani diqqətsizlik faciə ilə nəticələnib. xeberde.az  xəbər verir ki, qəza hadisəsi 2024-cü ilin avqust ayında Göygöl rayonu ərazisində baş verib. Şəmkir rayon sakinləri Hadrutdan əsgər ziyarətindən qayıdan zaman qəzaya düşüblər. Qəza zamanı maşında […]

manset Siyasət

İlham Əliyev Donald Trampa başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı məktubu ünvanlayıb. xeberde.az xəbər verir ki, mətndə deyilir: “Hörmətli cənab Prezident, Texas ştatında baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan […]

Dünya İqtisadiyyat

Aİ Ukraynanın 2026-cı il büdcəsi üçün 19 milyard dollar axtarır

Brüssel Ukraynaya ABŞ-dan yardımın azalması və Rusiya ilə atəşkəsin gözlənilən yaxın perspektivdə baş tutmaması fonunda 2026-cı il büdcəsində yarana biləcək 19 milyard dollarlıq potensial kəsiri aradan qaldırmaq üçün təcili mexanizmlər hazırlayır. xeberde.az  xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb. Məqaləyə görə, Avropa Komissiyası hazırda Aİ ölkələri ilə bu məsələnin həlli […]