Rusiya-Ukrayna müharibəsində 600 Şimali Koreya əsgəri həlak olub. xeberde.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya parlamentinin üzvü Li Son Kvun ölkənin kəşfiyyat xidmətinə istinadən bildirib. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə Şimali Koreya əsgərlərinin ümumi itkisi 4700 nəfər təşkil edir. Onların təxminən 600-nün döyüşlərdə həlak olduğu qeyd olunur. “Həlak olanların […]
Author: Xeberal.az
Emin Ağalarovla Eyyub Yaqubov bir arada – FOTO
Xalq artistləri Emin Ağalarovla Eyyub Yaqubov bir araya gəlib. Onlar məclislərin birində görüşüb. Sənətçilərin birgə fotosunu müğənni Fuad Musayev paylaşıb.
“Kızılcık şerbeti”ndə ayrılıq – FOTO
Show TV-də yayımlanan və Gold Film-in istehsalı olan “Kızılcık Şerbeti” serialında bu mövsüm hekayəyə daxil olan Meri obrazı ilə vidalaşma vaxtıdır. xeberde.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Meri obrazını canlandıran təcrübəli aktrisa Şebnem Bozoklu serialın heyətindən ayrılacaq. Bozoklunun canlandırdığı Meri obrazının hekayəsi yaxın günlərdə tamamlanacaq və aktrisa 3-cü mövsüm finalından əvvəl seriala vida edəcək. […]
“Məni onun kimi təhqir edən olmamışdı” – FOTO
Əməkdar artist Səbinə Babayeva həmkarı Nadir Qafarzadənin ifasına reaksiyasız qalıb. xeberde.az xəbər verir ki, sənətçi həmkarının ifasını tanımayıb. “Heç tapa bilmərəm kimdir. On dəfə də qulaq assam da bilməyəcəyəm”. Eyni studiyada qonaq olan Nadir Qafarzadə isə “Səbinə, çox sağ olun. Siz ki, məni… Məni heç belə təhqir edən olmamışdı” deyərək, verilişdən getmək istəyib.
Rəhim Rəhimlinin məzarında klip çəkdirdilər – FOTO
Müğənni Elnarə Xəlilova ilə tələbəsi Piri Əliyev mərhum ifaçı Rəhim Rəhimlinin məzarı başında mahnı oxuyub, klip çəkdiriblər. xeberde.az xəbər verir ki, sözügedən “Gözümün içinə bax” mahnısı müğənninin xatirəsinə ithaf olunub. Dinləyicilərin əksəriyyəti ifanı bəyənsə də, klip izləyicilər tərəfindən müzakirələrə səbəb olub.
“Yastıq altı” banklardan daha etibarlıdır
Azərbaycanda niyə cəmi 150 min vətəndaşın əmanət hesabı var? Ötən həftə Mərkəzi Bankın sədri Taleh Kazımovla iqtisadçıların görüşündə müzakirə olunan məsələlərdən biri də Azərbaycanda banklara pul əmanət edən şəxslərin sayının azlığı olub. Müzakirələr zamanı Mərkəzi Bank sədri unikal əmanət hesabları ilə bağlı narahatlığını dilə gətirib. Onun fikrincə, cəmi 150 min vətəndaşın əmanət hesabının olması Azərbaycan […]
Maşınınızda bu aksesuarlar varsa, çıxarın! – CƏRİMƏSİ VAR – VİDEO
Hətta sayrışan işıq görünüşlü salfet qutularına belə tələbat böyükdür. Maraqlıdır, qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların qanunsuz istifadəsinə görə hansı cərimə və ya məhdudiyyətlər nəzərdə tutulur? Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, “Yol hərəkəti haqqında” Qanunun 74-cü maddəsinə əsasən, müvafiq İcra Hakimiyyəti orqanının icazəsi olmadan nəqliyyat […]
XTQ-nin yaradılmasından 26 il ötür
Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 26 il ötür. xeberde.az-ın məlumatına görə, Xüsusi Təyinatlı Qüvvələr 1999-cu il aprelin 30-da yaradılıb. Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri müstəsna rol oynayıb. Bundan başqa, Azərbaycan xüsusi təyinatlıları müxtəlif ölkələrin təlim mərkəzlərində […]
ADNA terrorunun 16-cı ili
Bu gün, aprelin 30-u Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) tədris binasında törədilən qanlı terrorunun 16-cı ili tamamlanır. 2009-cu ildə törədilən qanlı terakt nəticəsində müəllim və tələbələrdən 12 günahsız insan qətlə yetirilib, 13 nəfər isə yaralanıb. ADNA-da qanlı terror olayı baş verəndən sonra 3-ü Gürcüstan vətəndaşı olmaqla, 4 azərbaycanlı həbs […]
Azərbaycan-İran münasibətləri möhkəm təməl üzərində inkişaf edir
Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə malikdir. Hər iki xalq islam aləminə mənsub olan xalqlardır. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları birləşdirib. Xaqani, Nizami, Nəsimi, Füzuli kimi Azərbaycan şairləri Azərbaycan və fars dillərində böyük əsərlər yaradıblar. Azərbaycan şairi Seyid Məhəmmədhüseyn Behcət Təbrizi də (Şəhriyar) öz əsərlərini hər iki dildə yazıb. Azərbaycanda onun “Heydərbabaya salam” poeması çapdan […]










