Hadisə

Bakıda skuterin vurduğu qadının dişləri qırıldı

Dünən gecə saatlarında metronun “İçərişəhər” stansiyasının yaxınlığında 14 yaşlı oğlan skuterlə hərəkətdə olarkən piyada qadını vurub. Hadisə şahidinin sözlərinə görə, qadın üz nahiyəsindən xəsarət alıb, dişləri qırılıb. Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) xeberde.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dünən saat 23:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə metronun “İçərişəhər” stansiyasının […]

AKTUAL Cəmiyyət

Çörəyin yapışqan olması nədən xəbər verir? – İstehlakçı narazılıq etdi, mütəxəssis açıqladı

Paytaxt sakini mağazadan aldığı çörəyin keyfiyyətindən narazı qalıb. Alıcı bildirib ki, çörəyi paketdən çıxararkən məhsul əlinə yapışıb və yeyilməsi üçün yararsız vəziyyətdə olub. İstehlakçının şikayəti belə halların səbəbinin çörəyin tərkibindən, hazırlanma texnologiyasından və ya satış məntəqələrindəki saxlanma şəraitindən qaynaqlana biləcəyini gündəmə gətirir. Məsələ ilə bağlı xeberde.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu problem […]

Bölgə Hadisə

Təkəri dəyişmək istəyirdi – reanimasiyalıq oldu

Şəmkir rayonunda sürücü ağır xəsarət alıb. Dəllər-Cırdaxan kənd sakini, 2003-cü il təvəllüdlü Etibar Məmmədov idarəetdiyi “KAMAZ” markalı yük avtomobilinin şinini dəyişərkən anidən təkər partlayıb. Nəticədə 24 yaşlı sürücü üz və göz nahiyəsindən ağır xəsarət alıb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib və reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi davam edir.

MARAQLI

Yaxşı görmək istəyirsinizsə bu qidalardan çox yeyin

Göz sağlamlığını qorumaq və görmə qabiliyyətini uzun müddət yüksək səviyyədə saxlamaq üçün düzgün qidalanma mühüm rol oynayır. Mütəxəssislər bildirirlər ki, bəzi vitamin və antioksidantlarla zəngin olan qidalar gözləri gücləndirir, yaşla bağlı görmə zəifləməsinin qarşısını alır. xeberde.az xəbər verir ki, xüsusilə A, C və E vitaminləri, həmçinin sink və omega-3 yağ turşuları ilə zəngin məhsullar gözlər […]

Sosial

Bu müavinət alimentlə birlikdə verilə bilər

Boşanmış valideynlərin azyaşlı və əlil uşaqları olduqda, həm aliment, həm də sosial müavinət məsələsi gündəmə gəlir. Bu zaman tez-tez belə bir sual yaranır: ana həm alimenti, həm də sosial müavinəti eyni anda ala bilərmi, yoxsa biri veriləndə digəri azaldılır? Hüquqşünas Ramil Süleymanov xeberde.az-a açıqlamasında bildirib ki, sosial müavinət 18 yaşına qədər əlilliyi müəyyən olunmuş şəxslərə […]

Kriminal

Azərbaycanda DƏHŞƏT: Oğul anasını yandıraraq öldürdü

Abşeron rayonunda oğul anasını yandıraraq öldürüb. xeberde.az “Xəzər Xəbər”ə istinadla xəbər verir ki, dəhşətli hadisə Hökməli qəsəbəsində baş verib. İddialara görə, Abdulrəhman Həsənli aralarında yaranmış münaqişə zəminində anası Gülbəs Həsənovanı yaşadıqları evdə yandırıb. Həlak olan şəxsin qızı Fatimə Həsənli bu barədə müraciət edib. O deyir ki, qardaşı uzun müddətdir narkotik aludəçisi imiş. Mərhumun qızının sözlərinə […]

Dünya

ABŞ-a girişin qiyməti qaldırılır

2026-cı ilin yanvarından etibarən ABŞ-yə giriş üçün istənilən qeyri-immiqrasiya vizasının (yəni turist, iş, tələbə və s.) dəyərinə 250 dollar məbləğində (təxminən 425 manat – red.) ödəniş əlavə olunacaq. Beləliklə, B1/B2 turist vizası 435 dollara (təxminən 740 manat – red.) başa gələcək. ABŞ-ni tərk etdikdən sonra Birləşmiş Ştatları vaxtında tərk etmək və müvafiq sənədləri təqdim etmək […]

Kriminal

Bakıda iş adamının 2 villasından yarım milyon manat oğurlandı

Bakıda iş adamına məxsus iki villa qarət olunub. Hadisə Xəzər rayonu ərazisində baş verib. Bakı şəhər sakini Ədalət Alışova məxsus iki ədəd ikimərtəbəli villa tanışı tərəfindən qarət edilib. Məlumata görə, Ə.Alışov özü orada yaşamadığı üçün həmin villaları əvvəlcədən tanıdığı şəxsə həvalə edib. 2024-cü ilin noyabrından 2025-ci ilin mart ayına qədər olan müddətdə Ə.Alışov tanışına inanaraq […]

İqtisadiyyat

1 avro 2 manat 50 qəpikdir? – RƏSMİ AÇIQLAMA

Son günlər məzənnədə 1 avronun 2 manat 50 qəpiyə qalxması ilə bağlı məlumatlar paylaşılır. Məlumata “Google” axtarış sistemində rast gəlindiyi qeyd olunur. Mərkəzi Bankın Mətbuat Xidmətinin rəhbəri Namiq Əliyev sözügedən situasiya ilə bağlı xeberde.az-a rəsmi mənbəyə istinad edilməsinin zəruri olduğunu bildirib: “Rəsmi məzənnəni açıqlamışıq, hər gün saytda yenilənir”. Qeyd edək ki, yayılan məlumatın əksinə olaraq, […]

MARAQLI

Ətri hara vuraq ki daha qalıcı olsun?

Ətirdən düzgün istifadə onun qalıcılığını xeyli artırır. Mütəxəssislərin fikrincə, bədənin müəyyən nahiyələrinə vurulan ətir daha uzunmüddətli təsir göstərir. xeberde.az-ın məlumatına görə dermatoloqlar bildirirlər ki, ətirin qalıcı olması üçün onu istilik yayan nöqtələrə tətbiq etmək lazımdır. Bu nöqtələrə biləklərin içi, boyun, qulaq arxası, dirsək bükümü və dizin arxa hissəsi daxildir. Çünki bu nahiyələrdə qan dövranı daha […]