Cəmiyyət

Bakıda uşaq bağçası bağlanır

Şüvəlan uşaq bağçası ləğv edilir. xeberde.az xəbər verir ki, bu barədə məlumat “Vergilər” qəzetində dərc olunub. Belə ki, uşaq bağçasının hansı səbəbdən bağlanılması məlum deyil. Qeyd olunur ki, kreditorlar iki ay ərzində tələblərini AZ1095 Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 23, mənzil 35 ünvanına bildirə bilərlər. Sözügedən uşaq bağçası 2010-cu ildə dövlət qeydiyyatına alınıb. […]

Hadisə

Abşeronda sex YANIR

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. xeberde.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam edir. Əlavə məlumat […]

MARAQLI

Gecə yatmadan əvvəl telefonda bu funksiyanı düzəldin – Daha yaxşı yatacaqsınız

“Biohacking atası” kimi tanınan Dave Asprey gecə saatlarında daha rahat yatmaq istəyənlərə ekranın rəngini qırmızıya çevirməyi tövsiyə edir. Asprey bu üsulun mavi işığın zərərli təsirlərini azaldaraq yuxunu yaxşılaşdırdığını bildirir. xeberde.az xəbər verir ki, telefon və digər cihazlardan yayılan mavi işıq, orqanizmin daxili saatı olan sirkadiyalı ritmi pozur və yuxunu gətirən melatonin hormonunun istehsalını zəiflədir. Nəticədə […]

Cəmiyyət

Qramla satılan ətirlər ciddi problemlərə səbəb ola bilər

Qramla satılan parfümlər insan sağlamlığı üçün fəsadlar yarada bilər. Mütəxəssislər bununla bağlı xəbərdarlıq edirlər. xeberde.az bildirir ki, ətirlərin bir qramının qiyməti 3 manatdan başlayır və 30 manata qədər yüksəlir. Belə məhsulları bir çox satış nöqtələrində asanlıqla almaq olur. Mütəxəssislərin fikrincə, qoxusu marka parfümlərdən seçilməyən bu ətirlər dəridə müxtəlif problemlərlə yanaşı, bəzən daha ciddi xəstəliklərin yaranmasına […]

Mədəniyyət

Xalq artisti illər sonra – FOTO

Əməkdar artist Rəşad İlyasov 83 yaşlı Xalq artisti, məşhur diktor Roza Tağıyeva ilə bağlı paylaşım edib. xeberde.az xəbər verir ki, sənətçi birlikdə lentə alınan fotolarını sosial şəbəkədə izləyiciləri ilə bölüşərək bunları yazıb: “Gözəl xanım, televiziyanın ən gözəl siması… Uzun illər bu səs, bu görünüş hər zaman bizi sevindirib. Bu gün AzTV-nin həyətində gördüm, çox qürurlandım”. […]

AKTUAL manset

Turizm Agentliyində daha bir qalmaqal

Xaricdə turizmin təşviqinə görə keçirilən bahalı tender niyə ləğv olunub? Hesablama Palatasının qurumdakı yoxlamaları davam edir xeberde.az qeyd edir ki, Azərbaycan Dövlət Turizm Agentliyi yenidən medianın diqqətinə düşünüb. Buna səbəb  Turizm Agentliyinin Avropa ölkələrində təbliğat xidmətlərinin satınalınması layihəsi üzrə tenderdir. Dövlət Turizm Agentliyi tərəfindən 28 aprel-1 may 2025-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində […]

manset Manşetüstü MARAQLI

Niyə hamı aqressivdir? – Müasir cəmiyyətin səssiz fəlakəti

Gündəlik həyatımızda qarşılaşdığımız mənzərə getdikcə daha vahiməli bir xarakter almaqdadır: insanlar bir-birinə qarşı səbəbsiz aqressiv davranır, dialoqlar mübahisəyə çevrilir, anlaşılmazlıqlar kinə, sosial şəbəkələr isə psixoloji müharibə meydanına dönür. Sual açıqdır: niyə hamı bu qədər aqressivdir? Bu aqressiyanın səbəbləri çoxşaxəlidir. Birinci növbədə qeyd etmək lazımdır ki, aqressiya insanın psixoloji müdafiə mexanizmlərindən biridir. İnsan özünü təhdid altında […]

Ölkə Təhsil

IV və VI siniflərdə monitorinq təşkil olunacaq

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə ölkə üzrə 18 may tarixində IV, 19 may tarixində isə VI sinif şagirdləri üçün monitorinqlər təşkil ediləcək. xeberde.az xəbər verir ki, bu barədə MÜTDA-dan bildirilib. Monitorinq IV siniflərdə tədris dili və riyaziyyat, VI siniflərdə isə tədris dili, təbiət və riyaziyyat fənləri üzrə […]

Cəmiyyət manset Sosial

Yayda daha çox olacaq: Valideynlər bilməlidirlər ki… – Həkimdən XƏBƏRDARLIQ

Son günlər valideynlər arasında ortaq bir narahatlıq özünü göstərməkdədir: körpələrdə və azyaşlı uşaqlarda sürətlə artan ishal halları. Mövsüm dəyişiklikləri, gigiyena qaydalarına düzgün əməl olunmaması və bəzi virusların yayılması bu vəziyyəti daha da kəskinləşdirir. Mövzu ilə bağlı xeberde.az-a danışan pediatr Vaqif Qarayev bildirib ki, ishal halları yayda daha çox olacaq: “Əslində payızdan rotavirus deyilən infeksiya başlayıb, daha […]

Bölgə manset Ölkə Region

Sel təhlükəsi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ – FOTO

Azərbaycanda yağan güclü yağışlar nəticəsində transsərhəd və ölkənin əksər yerli çaylarında sululuq səviyyəsi artıb. xeberde.az  xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb. Bildirilib ki, ölkə ərazisində təxminən 60-dan çox sel və daşqın təhlükəsi olan çay mövcuddur. Bu kimi təbii hadisələr əsasən yaz-yay aylarında müşahidə olunur. Hacıqabul rayonunda yağan intensiv yağışlar […]