Hərbi

23 saatlıq antiterror əməliyyatı suverenliyimizi tam bərqərar etdi

2023-cü ilin mart ayında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətdi, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu. 2023-cü ilin sentyabrın 19-da Ermənistan silahlı birləşmələrinin Qarabağda törətdikləri terror aktı Azərbaycana qarşı aparılan məqsədyönlü və planlı terror siyasətinin davamı idi. […]

Cəmiyyət

Şimşək çaxacaq, leysan yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 16-dan 17-nə keçən gecə, 17-də arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın rayonlarında isə sentyabrın 16-sı axşamdan 21-dək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü […]

Cəmiyyət Gündəm

Ali Məhkəmənin hakimi təqaüdə yola salındı

Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb. Bu barədə xeberde.az-a Ali Məhkəmədən məlumat verilib. Bu gün Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Tahir Kazımovun təqaüdə yola salınması münasibətilə tədbir keçirilib. Bildirilib ki, tədbirdə çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Tahir Kazımovun uzun illər hüquq-mühafizə orqanlarında çalışdığını, 2017-ci ildən isə Ali Məhkəmədə hakimlik […]

Ölkə Region Siyasət

Ermənistanın Vaşinqton öhdəlikləri – Ağrı dağından imtina ilk addımdır 

Ağrı dağının (ermənicə-Ararat) təsviri Ermənistan Respublikasına giriş və çıxış üçün vurulan sərhəd nişanından götürüləcək. Hökumətin qərarı ilə noyabrın 1-dən etibarən Ermənistanın sərhəd ştampında Ağrı dağı təsvir olunmayacaq. “Biz Ermənistan Respublikasına qarşı yanlış şərhlərin qarşısını almaq üçün bütün addımları atırıq. Simvollar, möhürlər və digər rəsmi elementlər yalnız dövlətçilik prinsipinə əsaslanmalıdır. Qonşu ölkələrlə münasibətlərimizdə Almatı Bəyannaməsinə əsaslanırıq […]

Dünya Siyasət

Lavrovdan təhlükəli bəyanat

Rusiya tədricən “dost olmayan ölkələr” anlayışından uzaqlaşır. xeberde.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Intervision” beynəlxalq musiqi müsabiqəsinə hazırlıqla bağlı mətbuat konfransında bildirib. “Biz yavaş-yavaş “dost olmayan ölkələr” terminindən uzaqlaşırıq, baxmayaraq ki, qanunvericilikdə qalır. Prezident də Vladivostokda çıxışı zamanı vurğuladı ki, bizdə “dost olmayan ölkələr” yoxdur, sadəcə Rusiya Federasiyasına qarşı […]

Dünya

TDT ölkələri Baş nazirlərinin iclası keçiriləcək

Sentyabrın 18-də Qırğızıstanın paytaxtında Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçıları və vitse-prezidentlərinin iclası keçiriləcək. Tədbirdə Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistanın hökumət başçıları, Türkiyənin vitse-prezidenti və TDT-nin Baş katibi iştirak edəcəklər. xeberde.az xəbər verir ki, iclasda iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, rəqəmsallaşma, enerji, kənd təsərrüfatı və digər sektorlar üzrə əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunacaq. Türk dünyası […]

AKTUAL Cəmiyyət

Ölkədə dərman xərcləri bu səbəbdən kəskin artıb

Bu ilin ilk 8 ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,4 milyard manatlıq, o cümlədən 22,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları […]

Bölgə Gündəm manset Siyasət

İlham Əliyevlə Nəhyan Şuşa məscidindəki tikinti ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan sentyabrın 16-da Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar. xeberde.az xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə həyata keçirilən işlər barədə məlumat verdi. Qeyd edək ki, təməli 2021-ci ildə Prezident İlham […]

Hadisə

Bakıda motosiklet qaçırdılar

Binəqədi rayonunda bir nəfərə məxsus dəyəri 2000 manat olan motosikletin oğurlanması barədə polisə məlumat daxil olub. xeberde.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən üç nəfər- 28 yaşlı R.Rzayev, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı M.Cəfərov saxlanılıblar. Qaradağ rayonu Lökbatan qəsəbəsindəki evlərin birindən isə mobil telefon, şəxsiyyət vəsiqəsi və […]