Türk dövlətləri arasında birlik güclənir

Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Prezident İlham Əliyev daim türkdilli ölkələrlə əlaqələrin inkişafına böyük önəm verir. Dövlət başçısı İlham Əliyevin Macarıstana işgüzar səfəri bu ölkənin təşəbbüsü ilə mayın 21-də keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi […]

Alimlər bəzi insanlarda daimi yorğunluğun səbəbini müəyyən ediblər

Uzun illərdir ki, keçici işemik ataklar (TİA), adətən “mini-insult” adlandırılan hallar, qısa müddətli və nəticəsiz mərhələlər kimi qəbul edilirdi. Lakin yeni araşdırmalar göstərir ki, TİA-nın təsirləri əvvəllər düşünüldüyündən daha uzun müddət davam edə bilər və davamlı yorğunluğa səbəb olur. xeberde.az xəbər verir ki, bu barədə “American Academy of Neurology” məlumat verib. Danimarkanın Olborq Universitet Xəstəxanasından doktor Boris Modrau və […]

Dövlət qulluğuna qəbul üzrə YENİ QAYDA

Dövlət qulluğuna qəbul üzrə müsahibənin nəticələrinə yenidən baxılması qaydalarında dəyişiklik edilir. xeberde.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Mövcud qanunvericiliyə əsasən, namizədlər müsahibənin nəticələrindən inzibati qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, Şuraya və məhkəməyə şikayət […]

Xalq artistini döydüyünə görə həbs edildi – FOTO

Xalq artisti Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı Yusif İsmayılov həbs olunub. xeberde.az xəbər verir ki, Yusif İsmayılov Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası, Xalq artisti Naibə Allahverdiyevanın hüquq-mühafizə orqanlarına etdiyi şikayət əsasında saxlanılıb. O, Naibə Allahverdiyevaya qarşı zor tətbiq etməkdə ittiham olunub. Hadisə Xaçmaz rayonunun Turist kəndində yerləşən, Xalq artistinə məxsus evdə baş verib. […]

İngilis agentin Azərbaycan haqqında yazdıqları – FOTO

Cənubi Rusiyadakı “İngilis və Xarici Müqəddəs Kitab Cəmiyyətinin” agenti olan M. A. Morrison Rusiya və Qafqaza səfərindən sonra nüfuzlu Britaniya jurnalında “Müasir Türk Dillərinin Coğrafi Paylanması” adlı məqaləsi dərc edilib. xeberde.az xəbər verir ki, bu barədə dosent, tarix üzrə araşdırmaçı Zaur Əliyev qeyd edib. O bildirib ki, 1886-cı ildə dərc olunan məqalə “Azərbaycanlı və ya Transqafqazlı” adlanır.Onun sözlərinə görə, müəllif […]

Bakı “İlin şəhəri” seçilib

“StartupBlink” tərəfindən açıqlanan 2025-ci il üzrə “Qlobal Startap Ekosistemi İndeksi”ndə paytaxtımız mühüm uğura imza ataraq Mərkəzi Asiyada innovasiya lideri olub və “İlin şəhəri” mükafatına layiq görülüb. Bu barədə xeberde.az-a İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib. Elektron kommersiya, təhsil, sosial-əyləncə və pərakəndə satış sahələrində tətbiq olunan innovativ texnologiyalar Bakının fərqlənməsində mühüm rol oynayıb. Bakı eyni zamanda […]

Vəzifə insanı necə dəyişir? Hətta qudurdur – Mirismayıl Xələfli yazır…

İnsan təbiəti mürəkkəb və çoxqatlıdır. Hər bir insanın daxilində həm yaxşı, həm də pis xüsusiyyətlər mövcuddur. Lakin bu xüsusiyyətlərin hansı səviyyədə üzə çıxması çox vaxt insanın mühitindən, imkanlarından və əlbəttə ki, tutduğu mövqedən asılı olur. Məhz bu mənada vəzifə, səlahiyyət və nüfuz sahibi olmaq insanın xarakterində ciddi dəyişikliklərə səbəb ola bilir. Vəzifə insanı inkişaf etdirə […]

Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 7 iyun tarixi “Ümumdünya Qida Təhlükəsizliyi Günü” kimi təsis edilib. Bu təşəbbüs qida təhlükəsizliyinin yalnız lokal deyil, həm də qlobal miqyasda prioritet məsələ olduğunu nümayiş etdirir və elmi-praktik yanaşmaların əhəmiyyətini bir daha ön plana çıxarır.Veysəloğlu Şirkətlər Qrupu olaraq biz də bu qlobal çağırışa dəstək vermək və qida təhlükəsizliyi sahəsində […]

Bakıda məktəb direktoru icra başçısına müavin təyin edildi

Pirallahı Rayon İcra Hakimiyyətinin (RİH) icra başçısı Vasif İmanov özünə yeni müavin təyin edib. xebetrde.az “iqtisadiyyat.az”a istinadən xəbər verir ki, icra başçısı bununla bağlı müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, Məmmədhüseynova Zülfiyyə Xası qızı başçının müavini təyin olunub. O, mayın 21-dən yeni vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, Z.Məmmədhüseynova yeni təyinatadək Xəzər rayonu E.Əliyev adına 234 nömrəli […]

Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə karyera festivalı keçirilib -FOTOLAR

Bakı Mühəndislik Universiteti (BMU) və “HBN Group”un birgə təşkilatçılığı, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə “CareerFest BEU 2025” adlı karyera festivalı keçirilib. Festivalda dövlət qurumlarının, nüfuzlu şirkətlərin rəhbərlərinin, eləcə də ölkəmizdəki ali təhsil müəssisələrinin tələbə və məzunlarının iştirakı təmin olunub. Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, gənclərin təhsili, məşğulluğu, karyera […]