Xəbər verdiyimiz kimi, İmişli rayonunda 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb. Hadisə rayonunun Sarıxanlı kəndində baş verib. SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılıb. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Tədbirdə, həmçinin rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edib. xeberde.az Saleh […]
Author: Xeberal.az
“Son zəng”lə bağlı XƏBƏRDARLIQ
“Son zəng”lə bağlı məktəblərə protokollar göndərilib, kənara çıxmaq olmaz. xeberde.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib. E.Bağırov hər kəsi tələblərə əməl etməyə çağırıb: “Məktəblərə protokollar göndərilib və tələblərdən kənara çıxmaq olmaz. “Son zəng”lə əlaqəli məktəblərdə yaradıcı və bədii hissə […]
Sumqayıtda “Bayraktar” istehsal ediləcək
“Bayraktar Teknoloji Azərbaycan” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. xeberde.az-ın məlumatına görə, bununla da parkın rezidentlərinin sayı 39-a çatıb. Məlumata görə, şirkət sənaye parkının ərazisində “Pilotsuz uçuş aparatları istehsalı” layihəsini həyata keçirəcək. Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin “Baykar” şirkəti arasında 2023-cü ildə imzalanan niyyət protokolu Azərbaycanda […]
“Azon zavodu”nun direktoru dəyişib
Müdafiə Sənayesi Nazirliyinə məxsus “Azon zavodu” MMC-nin direktoru Yaşar İbrahimov vəzifəsindən azad edilib. xeberde.az xəbər verir ki, müəssisəyə rəhbərlik Samir Əliyevə həvalə olunub. Xatırladaq ki, “Azon zavodu” 1974-cü ildə Mikrosхеmotехnika Bakı Хüsusi Konstruktor Bürosunun bazasında yaradılıb və SSRİ Elektronika Sənayesi Nazirliyinin tərkibinə daхil edilib. Müəssisə 1993-cü ildən Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin tаbеliyində оlub, […]
Doktorantura üzrə elektron sənəd qəbuluna başlanılıb
Ali təhsil pilləsinin doktorantura səviyyəsinə 13 may saat 11:00-dan sənəd qəbulu prosesinə başlanılıb. xeberde.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir. Qəbul iyunun 2-də başa çatacaq.
Xankəndidə ikinci məktəb açılacaq
Xankəndidə ikinci məktəb açılacaq. xeberde.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib. E.Əmrullayev xatırladıb ki, Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb ötən il təmir olunub: “Həmin məktəb tam dolub, bu səbəbdən ikinci məktəbin açılması nəzərdə tutulub. 2026-cı ilədək […]
Hindistan Azərbaycanı HƏDƏLƏDİ – Cavabı BELƏ VERİLDİ
XİN başçısı Dehlidən çağırışlara reaksiya verdi; bəs sanksiyanın ölkəmizə hansı ziyanı ola bilər? – ekspertlərin rəyi Hindistanla qarşıdurmada Pakistana Azərbaycan və Türkiyənin açıq və birmənalı dəstəyi Yeni Dehlidə kəskin narazılıq yaradıb. Artıq sosial mediada Hindistan vətəndaşlarına bu ölkələrə səyahət etməkdən çəkinməyə çağırışlar başlayıb və ardınca böyük turizm şirkətləri boykota səsləyib. İlk reaksiya verənlərdən biri Azərbaycan, […]
Nazpəri Dostəliyeva və Aybəniz Haşımova şəhid polkovnikin qızının dəfnində – FOTOLAR
Xalq artisti Nazpəri Dostəliyeva və Əməkdar artist Aybəniz Haşımova Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərlinin dəfn mərasimində iştirak ediblər. xeberde.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edən Xalq artisti Nazpəri Dostəliyeva dərin hüznlə bunları qeyd edib: “Azərbaycanın qəhrəman şəhidi, polkovnik-leytenant Zaur Cəfərovun bizlərə əmanət qoyduğu balası – 13 […]
Azərbaycan uşaq ölümünə görə ön sırada – ŞOK SƏBƏBLƏR
Quru rəqəmin arxasındakı qorxunc gerçək üzə çıxdı; pediatr əsas problemləri sadaladı Dünya Bankı və “Statista”nın (bazar və istehlak məlumatları üzrə ixtisaslaşan alman şirkəti) məlumatlarına əsasən, Azərbaycan öz qonşuları arasında və Avropa ölkələri ilə müqayisədə ən yüksək uşaq ölümü göstəricisinə malikdir. Bildirilir ki, 2022-ci ildə Azərbaycanda perinatal ölüm göstəricisi hər 1000 doğulan uşağa nəzərən 16,2-yə çatıb. […]
Jurnalistikaya qabiliyyət imtahanı ləğv edilsin – təklif və rəy
Bu il də ənənəvi olaraq jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanının keçiriləcəyi gözlənilir. İmtahanda ixtisasa maraq göstərən namizədlərin yazı qabiliyyəti və təhlil bacarığı yoxlanılır. Lakin illərdir davam edən bu proses cəmiyyətdə və təhsil ictimaiyyətində birmənalı qarşılanmır. Bəzi mütəxəssislər hesab edir ki, qabiliyyət imtahanı obyektiv deyil və gələcək jurnalistlərin seçimində əsas göstərici olmamalıdır. […]










