25 sentyabr 2025-ci ildə BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev qeyd etmişdir ki, uzun illər ərzində bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala […]
Author: VUQAR FERZELIYEV
209 nömrəli məktəbin rəhbərliyi ilə bağlı iddialar-Diplomu saxtadır?
209 nömrəli məktəbin rəhbərliyi ilə bağlı iddialar – valideynlərin narazılığı artırSon vaxtlar Bakının 209 nömrəli tam orta məktəbi ilə bağlı ictimaiyyətdə ciddi narazılıqlar səsləndirilir. Valideynlər və məktəb icması məktəbin direktoru Ağayeva Səbahət Yəhya qızı haqqında müxtəlif iddialar irəli sürürlər. Bu iddialar, xüsusən də onun təhsil sənədlərinin legitimliyi ilə bağlı şübhələr, məktəbin nüfuzuna və təhsil prosesinə […]
Yekaterinburqda həbsdə olan azərbaycanlılarla bağlı ŞOK MƏLUMAT
Rusiya İstintaq Komitəsi tələb edir ki, azərbaycanlıların işi tələsik yekunlaşdırılsın-səbəb… Yekaterinburqda həbs edilən azərbaycanlıların və diaspora rəhbəri Şahin Sıxlınskinin işini aparan müstəntiqlə bağlı qalmaqallı xəbər yayılıb. xeberde.az rucriminal.info-ya istinadən xəbər verir ki, azərbaycanlıların işi üzrə istintaq Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə xüsusilə mühüm işlər üzrə dördüncü idarənin rəisi mayor Yaroslav Kuznetsovun icraatındadır. Xəbərdə bildirilir […]
Elə əsnədi ki boynu sındı – İki uşaq anası FACİƏ ilə üzləşib
Böyük Britaniyada qeyri-adi bir hadisə baş verib. xeberde.az xəbər verir ki, iki uşaq anası olan Heyli Blek təsadüfi əsnəmə zamanı ağır xəsarət alıb. Qadının boynundakı fəqərələr zədələnib və nəticədə bədənin sağ tərəfi iflic vəziyyətinə düşüb. Hadisə zamanı Blek kəskin ağrı hiss edib və ərindən təcili yardım çağırmasını istəyib. Əvvəlki rentgen müayinələri ciddi problem göstərməsə də, […]
Prezident İlham Əliyev Gəncə şəhər stadionunun açılışında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Gəncə şəhər stadionunun aşılısında iştirak edib. xeberde.az-ın xəbərinə görə, dövlətimizin başçısına stadion barədə məlumat verilib. Bildirildi ki, ərazisi 10 hektardan çox olan stadionun tamaşaçı tutumu 15 min 343 nəfərdir. Ərazidə AFFA tərəfindən köməkçi məşq meydançaları və futbol akademiyasının binası tikilib. Stadionda futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki […]
Astarada 60-dan çox ev su altında qaldı: Xilasedicilər cəlb olundu – VİDEO
Astara rayonunun Ərçivan qəsəbəsində leysan yağışları güclü subasmaya səbəb olub. Qəsəbə sakinlərinin xeberde.az-a verdiyi məlumata görə, təbii fəlakət nəticəsində 60-dan çox ev su altında qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasetmə qrupları cəlb olunub. Ərazidə təxliyə işləri aparılıb, 30-dan çox sakin təhlükəsiz əraziyə köçürülüb.
Prezident Gəncə Memorial Kompleksinin açılışında – FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib. xeberde.az xəbər verir ki, əvvəlcə dövlət başçısı memorial lövhənin qarşısına əklil qoyub. Azərbaycan Prezidenti Anım Günü ilə əlaqədar Gəncə Memorial Kompleksində saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev […]
“Dərslər 40, tənəffüslər 10 dəqiqə olsun” – Mütəxəssisdən yeni təklif
Təhsil mütəxəssisi Kamran Əsədov məktəblərdə dərs və tənəffüs vaxtlarının balanslaşdırılması ilə bağlı maraqlı təklif irəli sürüb. Bu barədə xeberde.az-a danışan təhsil mütəxəssisi qeyd edib ki, dərslərin 40 dəqiqə, tənəffüslərin isə 10 dəqiqə müəyyən edilməsi həm şagirdlərin psixoloji durumuna, həm də ümumi öyrənmə keyfiyyətinə müsbət təsir göstərə bilər: “Uzunmüddətli tədqiqatlar göstərir ki, şagirdlərin diqqət müddəti dərs prosesində […]
İkinci Şəhidlər xiyabanının adı dəyişdirildi
Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimov və Vətən müharibəsi şəhidlərinin də dəfn edildiyi İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib. xeberde.az xəbər verir ki, bu barədə Nazirliyindən bildirilib. Bundan sonra həmin xiyaban Hərbi Memorial Məzarlıq adlanacaq. Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov APA-ya açıqlamasında bildirib ki, Vətən müharibəsinin beşinci ildönümü çərçivəsində Ali Baş Komandanın […]
Azərbaycanda bir günə 10 dələduz saxlanıldı
Polis əməkdaşlarının sentyabrın 26-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Bu barədə xeberde.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.










