Dünya Hadisə

Saxlanılan dilənçinin cibindən çıxan pullar hər kəsi ŞOKA SALDI – 50 min…

Türkiyənin Çorumun vilayətində ağlasığmaz hadisə baş verib.  xeberde.az xəbər verir ki, Çorumun Sungurlu mahalında dilənçilik edən şəxs polis tərəfindən saxlanılıb. Saxlanılan 37 yaşlı C.G.-nin üzərindən 50 min 145 lirə nağd pul aşkarlanıb. Ətraf bölgələrdə də diləndiyi müəyyən edilən C.G., Sunguroğlu məhəlləsində dilənərkən cinayət başında yaxalanıb. Müsadirə edilən pullar polis tərəfindən sənədləşdirilərək bələdiyyəyə təhvil verilib. C.G.-yə “Pozulmalar […]

Cəmiyyət

Rafael Ağayev əməliyyat olundu – FOTOLAR

Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, karateçi Rafael Ağayev əl və burun nahiyəsindən əməliyyat olunub. O, bu barədə sosial media hesablarında paylaşım edib. İdmançımız hazırda vəziyyətinin yaxşı olduğunu, əməliyyatın uğurlu keçdiyini bildirib. Qeyd edək ki, Rafael Ağayev beşqat dünya çempionu, 11 qat Avropa çempionu və müxtəlif beynəlxalq turnirlərin qalibidir.

Cəmiyyət Gündəm

“Paşa Sığorta” əməkdaşının adı dələduzluqda hallanır

Saytımıza daxil olmuş şikayəti diqqətinizə çatdırırıq. Bildirilir ki, Rəhimova Mehbarə İlham qızı (bəzi sənədlərdə Rəhimova İlhamə İlham qızı kimi göstərilir) vətəndaş etibarından sui-istifadə edərək dələduzluq əməlinə yol verib.Şikayətçi Kərəmli Ruzi Ağababa oğlunun bildirdiyinə görə, 25.02.2025-ci il tarixində Rəhimova Mehbarə ona məxsus “Mercedes Benz 350” markalı minik avtomobilini ona satıb, qarşılığında 10 min manat məbləğində vəsait […]

Siyasət

Azərbaycanın yeni hərbi prokuroru kimdir? – DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib. Qeyd edək ki, Konstitusiyanın 133-cü maddəsinin IV bəndinə əsasən hərbi prokuroruı Baş prokurorun təqdimatı ilə Azərbaycan Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.  xeberde.az saytı yeni hərbi prokurorun qısa dosyesini təqdim edir: Bəhruz Əhmədov 4 iyul […]

Cəmiyyət Hüquq manset

Uşaq dünyaya gələn zaman atası məlum deyilsə… – “Həkim məsuliyyətə cəlb oluna bilər”

“Əgər doğuşun evdə qəbul edilməsi zərurəti yaranıbsa və buna göstərişlər varsa, bu halda həkimin hər hansı məsuliyyətə cəlb edilməsindən söhbət gedə bilməz. Lakin doğuşun mütləq şəkildə evdə həyata keçirilməsinə zərurət yoxdursa, vətəndaşın doğuşu tibb müəssisəsinə çatdırılaraq həyata keçirilməsi mümkün olduğu halda həkim bunu etmirsə və evdə doğuş zamanı ana və körpənin sağlamlığı risk altındadırsa, yaxud […]

Hadisə

Ayağında qırılıb qalan iynə 14 gün sonra aşkarlandı – FOTOLAR

“Ayağında davamlı ağrı və şişkinlik şikayətləri ilə xəstəxanaya gətirilən 11 yaşlı uşağın rentgen müayinəsi zamanı sağ ayağının pəncə nahiyəsində yad cisim aşkarlanıb”. xeberde.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu sosial media hesabında məlumat yayıb. Onun sözlərinə görə, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Binəqədi Tibb Mərkəzində müayinədən […]

Cəmiyyət Sosial

Bakıda yeni park salınır, məşhur şirkətin binaları söküləcək

Bir sıra inşaat materialları istehsalı ilə məşğul olan “ALMET” ASC-nin inzibati binası söküləcək. Buna səbəb “ALMET” ASC-nin yerləşdiyi ərazidə parkın salınmasıdır. Məlumata görə, ASC bu məqsədlə iyunun 30-da səhmdarlarının növbəti illik ümumi yığıncağını çağırıb. Yığıncağın saat 11.30-da Xəzər rayonu, Buzovna qəsəbəsi, Qəsəbə küçəsi 24 nömrəli ünvanda – “Şüşəplastmas” ASC-nin yerləşdiyi ünvanda keçirilməsi qərara alınıb. Ümumi […]

Təhsil

Magistratura imtahanının nəticələri ELAN EDİLDİ

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 11 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib. Bu barədə xeberde.az-a DİM-dən məlumat verilib. İmtahan nəticələri ilə buradan tanış ola bilərsiniz. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə […]