Sosial şəbəkələrin Türkiyə seqmentində Azərbaycana qarşı növbəti qarayaxma kampaniyası başlayıb. xeberde.az xəbər verir ki, əsasən Feysbuk və “X” sosial şəbəkələrində İsrail Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasında çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin guya əl çaldığı haqda məlumat tirajlanır. Halbuki sözügedən görüntülər Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı zamanı çəkilib. Xatırladaq ki, Benyamin Netanyahunun BMT Baş Assambleyasında […]
Author: VUQAR FERZELIYEV
İdmançımız Avropada qızıl medal qazandı
Estoniyanın paytaxtı Tallində Avropa Atıcılıq Konfederasiyasının təşkilatçılığı ilə keçirilən nüfuzlu “Lapua” Avropa Kubokunda Azərbaycan təmsilçisi Ruslan Lunev uğurlu çıxış edib. xeberde.az xəbər verir ki, o, 25 metr məsafəyə atəş üzrə yarışda birinci olub. Lunev ardıcıl və dəqiq atışlarla 574 xalla(14x) rəqiblərini qabaqlayıb.
III MDB Oyunlarının açılış mərasimi: Prezident və xanımı iştirak etdilər – VİDEO
Sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib. xeberde.az xəbər verir ki, tədbirdən əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi zamanı Gəncəyə raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxın qohumlarını itirmiş, həmçinin xəsarət almış uşaqlarla görüşüblər. Sonra dövlətimizin başçısı və birinci xanım açılış mərasimini izləyiblər. Əvvəlcə Azərbaycan […]
“Sabah” – “Sumqayıt” oyununda işıqlar söndü
Misli Premyer Liqasının 6-cı turunda keçirilən “Sabah” – “Sumqayıt” oyunu zamanı stadionuəda işıqlar sönüb. xeberde.az xəbər verir ki, meydançanın projektorunda problem yaranıb. Bir neçə dəqiqə sonra problem aradan qaldırılıb.
Tesla sürücülərinə ŞAD XƏBƏR
Tesla nəhayət ki, “Full Self-Driving” (FSD) sürücüyə yardım sistemi üçün çoxdan gözlənilən v14 yeniləməsini istifadəçilərə təqdim etməyə hazırlaşır. xeberde.az xəbər verir ki, İlon Mask, yeni versiyanın demək olar ki, canlı kimi olduğunu deyib. Maskın açıqlamasına görə, FSD v14 yeniləməsi gələn həftə mövcud olacaq. “Versiya 14.0 gələn həftə geniş şəkildə buraxılacaq. Ardınca təxminən iki həftə ərzində 14.1 […]
Qəzzada ölənlərin sayı 66 mini keçdi
İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində fələstinlilər arasında ölənlərin sayı 66 mini keçib. xeberde.az-ın məlumatına görə, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb. “2023-cü il oktyabrın 7-dən bu yana ölənlərin sayı 66 005-ə çatıb və son 24 saat ərzində 79 nəfər ölüb”, – nazirliyin açıqlamasında bildirilir. Bundan əvvəl İsrail ordusu son 24 saat ərzində […]
Zəlzələyə görə İstanbulda uçuşlara fasilə verildi
Kütahyada baş verən və ətraf bölgələrdə hiss olunan zəlzələdən sonra İstanbulun Sabiha Gökçen Hava Limanında təhlükəsizlik məqsədilə operativ tədbirlər görülüb. xeberde.az-ın məlumatına görə, hava hərəkəti nəzarətçisi eniş edən təyyarələri ehtiyat tədbiri olaraq xəbərdar edib. Zolağın yoxlanılması üçün uçuşlar təxminən 5 dəqiqəlik dayandırılıb. Bu müddətdə iki təyyarə eniş etməyib. Aparılan yoxlamalar zamanı hər hansı nasazlıq və […]
Tennisçilərimiz yarımfinalda mübarizəni dayandırdılar
Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunlarının yarımfinalında mübarizəni dayandırıb. xeberde.az-ın məlumatına görə, Mərziyə Nurmətova və Onur Quluzadədən ibarət komanda qoşa yarışlarda Rusiya ilə üz-üzə gəlib. Azərbaycan təmsilçiləri bu görüşdə rəqiblərinə 1:3 hesabı ilə məğlub olub. Qeyd edək ki, stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.
Məşhur aktyor jurnalisti söydü – Döyüldü
Türkiyənin məşhur sənətçisi Nejat İşler ilə şou-biznes müxbirləri arasında dava çıxıb. xeberde.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, buna səbəb aktyorun sərxoş olduğu halda jurnalistin ona dayanmadan sual ünvanlaması olub. Bunun ardınca aktyor əsəbiləşib və söyüş söyməyə başlayıb. Qeyri-etik ifadələrdən hiddətlənən müxbirlərdən biri sənətçiyə kəllə atıb. Qeyd edək ki, sözügedən görüntülərdə çoxsaylı təhqiramiz ifadələr yer aldığından […]
Hindistanda izdiham: Ölənlərin sayı 40-a çatdı
Hindistanın Tamil Nadu ştatında siyasi mitinqdə baş verən izdihamda ölənlərin sayı 40-a çatıb, 124 nəfər xəstəxanaya yerləşdirilib. xeberde.az ABC News-a istinadən xəbər verir ki, bu barədə ştatın səhiyyə naziri M. Subramanian məlumat verib. Onun sözlərinə görə, şənbə günü 36 nəfər xəstəxanaya aparılarkən yolda, daha dörd nəfər isə xəstəxanaya yerləşdirildikdən sonra ölüb. Onlardan doqquzu uşaqdır. Nazir əlavə […]










