Biləsuvarda məktəbin bağlanması ilə bağlı iddialar yayılıb. İddialara səbəb rayonun Nərimankənd kənd ümumi orta məktəbində şagird azlığıdır. Bildirilir ki, kənddə hazırda iki məktəb – Şəhid Şirin Yolçu oğlu adına tam orta məktəb və Nərimankənd kənd orta məktəbi fəaliyyət göstərir. Orta məktəbin növbəti tədris ilindən bağlanılacağı ilə bağlı fikirlər dolaşır. Qeyd edək ki, orta məktəb 1990-cı […]
Author: Xeberal.az
İmişli Ağsaqqallar Şurasının yeni sədri də “Georgi lenti” taxıbmış – FOTO
Artıq iki gündür ki, ictimaiyyət İmişli rayonunda keçirilmiş 9 May Qələbə günü tədbirinini müzakirə edir. Tədbirdə keçmiş SSRİ bayrağının qaldırılması və iştirakçıların sinəsinə Rusiya imperiyasının rəmzi olan “Georgi lenti”ni taxması cəmiyyətdə birmənalı şəkildə pislənilib. İctimai qınağın artdığını nəzərə alıb tədbirin təşkilatçısı – rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovu dünən bu vəzifədən azad ediblər. Azərbaycan Ağsaqqallar Şurası […]
Daha bir məktəbdə “Son zəng”ə pul yığılır? – Açıqlama
308 nömrəli tam orta məktəbdə “Son zəng” tədbirinə görə vəsaitin tələb olunmasına dair iddialar həqiqəti əks etdirmir. Modern.az xəbər verir ki, bu barədə APA-ya 308 nömrəli tam orta məktəbdən bildirilib. Qeyd edilib ki, “Son zəng” tədbirinə hazırlıqlar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məktəblərə göndərilmiş müvafiq təlimatına uyğun şəkildə aparılır. Həmçinin sözügedən məktəbin XI sinif şagirdlərindən […]
İcra başçısının jurnalist müavini 11 ay sonra işdən çıxdı
İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən ayrılıb. xeberde.az xəbər verir ki, bu barədə Ruslan Eldaroğlu özü məlumat yayıb. O, səhhəti ilə əlaqədar öz ərizəsi ilə aprelin 1-dən İmişli RİH başçısının müavini – Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsindən azad olunduğunu bildirib. Qeyd edək ki, tanınmış jurnalist olan R.Məmmədov “ANS […]
Maşını ilə Qarabağa getmək istəyənlərə ŞAD XƏBƏR
Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir. xeberde.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi birgə məlumat yayıb. Məlumata görə, bu addım “Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq atılır. Belə ki, mayın 20-dən vətəndaşlar “Yolumuz Qarabağa” portalından (www.yolumuzqarabaga.az) əldə olunan icazə əsasında fərdi minik avtomobilləri ilə artıq Ağdam, Füzuli, […]
SON DƏQİQƏ: Ermənilərin olduğu təyyarəni İLDIRIM VURDU
Ermənilərin olduğu təyyarəni ildırım vurub. xeberde.az xəbər verir ki, bu barədə “Pastinfo” məlumat yayıb. Məlumatda bildirilir ki, mayın 13-də İrəvandan Liona uçan Niderlandın “Transavia” aviaşirkətinə məxsus təyyarəni ildırım vurub. Sərnişinlərdən birinin sözlərinə görə, zərbənin səsi panikaya səbəb olub. Sərnişinlərdən birinin səhhəti pisləşib. Təyyarənin zədələnmədiyi və təhlükəsiz uçuşunu davam etdirdiyi bildirilir.
“Avroviziya artıq əvvəlki Avroviziya deyil” – Nura Suri etiraz etdi
Müğəni Nura Suri “Avroviziya” mahnı müsabiqəsi ilə bağlı qalmaqallı fikir səsləndirib. xeberde.az bildirir ki, sənətçi sosial media hesabında bu müsabiqənin artıq çoxdan əvvəlki cazibəsini itirdiyini deyib: “Avroviziya müsabiqəsi çoxdan aktuallığını itirib. Ən yaxşı vaxtlarında, ən yaxşı yerlərə layiq görülmüşük. Nə musiqiçiləri günahlandırmayın, nə də bir başqasını. Nə qədər olar tənqid etmək?”
Kürdəmirdə ölən qadının meyiti palatada gizlədilib? – RƏSMİ AÇIQLAMA
“Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunandan sonra həyatını itirən şəxsin ölüm səbəbini patoloji-anatomik təşrih nəticəsində müəyyənləşdirmək mümkündür”. xeberde.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, 1987-ci il təvəllüdlü (qadın cinsli) şəxs 12 may, saat 16:30-da vəziyyətinin pisləşməsi səbəbilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcil […]
“Melissa Group”un rəhbəri həbsdən buraxıldı
Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb. xeberde.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya etibarlı mənbədən məlumat daxil olub. Məlumata görə, Qalib Məmmədov barəsindəki həbs qərarı ötən həftə dəyişdirilib. Onun istintaqı ev dustaqlığı şəraitində davam edəcək.
Paytaxt məktəblərində narkoloji test aparılacaq?
Testin 8-11-ci sinif şagirdləri arasında aparılması təklif olunur – Rusiyada müəllimlər ildə iki dəfə testdən keçir Narkomaniya bütün dünyada əsas problemlərindən biridir. Əbəs yerə “21-ci əsrin bəlası” adlandırılmır. Bu zərərli vərdişlə bağlı maarifləndirmə aparılır, bukletlər paylanılır, videoçarxlar hazırlanır, lakin azalma müşahidə olunmur. O da sirr deyil ki, narkotik istifadəçilərinin yaşı gəncləşib. Mütəxəssis vurğulayır ki, bunun […]










