Bölgə Hadisə

Füzulidə açıq ərazi yanır – Helikopter cəlb olundu

Füzuli rayonu Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə açıq sahədə yanğın baş verib. xeberde.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatla əlaqədar əraziyə FHN-in Aviasiya dəstəsinin helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Təhsil

Universitetlərə qəbul avqustun 15-dək yekunlaşmalıdır – EKSPERT

Abituriyentlər üçün qəbul imtahanları prosesi hər il olduğu kimi bu il də gərgin keçir. Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən imtahan mərhələləri, qeydiyyat prosedurları, qabiliyyət və xarici dil imtahanları, apellyasiya müddətləri sentyabra qədər uzanır. Bu isə həm abituriyentlər, həm də onların ailələri üçün uzunmüddətli psixoloji yüklənməyə səbəb olur. xeberde.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib ki, bu […]

İqtisadiyyat manset

SOCAR-ın vitse-prezidentlərinə yeni VƏZİFƏ VERİLDİ

“Azər Türk Bank”ın (ATB) rəhbərliyində dəyişiklik olub. xeberde.az xəbər verir ki, Əfqan İsayev və Zaur Qurbanov bankın Müşahidə Şurasının üzvü təyin edilib. Ə.İsayev və Zaur Qurbanov bu vəzifələrdə Günel Nəbiyeva və Pərvin Manafovu əvəzləyib. Qeyd edək ki, Əfqan İsayev və Zaur Qurbanov Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentləridir. SOCAR 2024-cü ildə ATB-nin səhmlərinin böyük hissəsini əldə […]

Gündəm manset Ölkə

Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edildi – FOTO

Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edilib. xeberde.az-ın məlumatına görə, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Sahib Rzayev İstintaq idarəsinin rəisi vəzifəsinə təyin edilib. Qeyd edək ki, Sahib Rzayev 1977-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsini, 2011-ci ildə isə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə əlavə […]

İdman

Cüdoçumuz yarımfinalda

Azərbaycanın qadın cüdoçusu Aydan Vəliyeva Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında yarımfinala yüksəlib. xeberde.az xəbər verir ki, 52 kiloqram çəki dərəcəsində çıxış edən idmançı mübarizəyə 1/8 finaldan başlayıb. Startda kambocalı Seynih Kunaya qalib gələn cüdoçu daha sonra fransalı Lea Beresi mübarizədən kənarlaşdıraraq adını yarımfinala yazdırıb. Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Bədii […]

Gündəm Hüquq manset Siyasət

Rusiya məlumat verməsə, Prezidentin dediyi addım atılacaq

Ümid edirik ki, Rusiya tərəfi qısa zaman ərzində AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın gedişi və konkret nəticələri, həmçinin cinayəti törədmiş şəxslərin məsuliyyətə cəlb olunması barədə Azərbaycana məlumat verəcək. Əgər bu addım atılmasa, o zaman Prezident İlham Əliyevin qeyd etidiyi kimi, beynəlxalq məhkəmələrdə iddia qaldırmaq hüququnu özümüzdə saxlayırıq. xeberde.az xəbər verir ki, bu sözləri Azərtac-a […]

Gündəm İqtisadiyyat manset

Azərbaycanda qablaşdırılan dərmanlar tender zamanı 5 il yerli mal hesab olunacaq – FƏRMAN

Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” 14 iyul 2023-cü il tarixli qanunun tətbiqi barədə 19 avqust 2023-cü il tarixli fərmanında dəyişiklik edib. xeberde.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, istehsal prosesinin qablaşdırma mərhələsi ölkə ərazisində həyata keçirilən dərman vasitələri və dərman maddələri 2025-ci il iyunun 1-dən 5 il müddətinə “Dövlət […]

manset Siyasət

Daxili işlər naziri adından saxta şərh yayılıb – AÇIQLAMA

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının daxili işlər naziri adından Azərbaycan Respublikası Prezidentinin açıqlamalarına dair həqiqətə uyğun olmayan saxta şərh yayılıb. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında deyilir. Bildirilib ki, son günlər kampaniya xarakteri alan bu uydurma iddialar ictimai rəyi çaşdırmağa yönələn kobud informasiya manipulyasiyası nümunəsidir. “Cəmiyyəti yalnız rəsmi […]

manset Siyasət

Ceyhun Bayramov Gürcüstan Prezidenti ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan Prezidenti Mixail Kavelaşvili ilə görüşüb. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq və yaxın dostluğu bir daha təsdiqləyərək, əsas sektorlar üzrə yüksək səviyyəli dialoqun və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.