Bakıda 15 yaşlı yeniyetmə Nigar Mustafayeva “Phobia Games” adlı əyləncə mərkəzinin qorxu evində xəsarət alıb. Girişdə azyaşlılardan şəxsiyyət vəsiqəsi tələb edilməyib və yaşları yoxlanılmayıb. Valideynin iddiasına görə, yeniyetmə heç bir nəzarət olmadan sənəd imzalamağa məcbur edilib və 26 manat ödənişdən sonra oyun otaqlarına daxil olublar. Beşinci məntiq otağında onun rəfiqəsinin mədəsindən yeni əməliyyat olunduğu halda […]
Author: Xeberal.az
Nanə bu dəfə Çinə getdi – Foto
Aparıcı Nanə Ağamalıyeva uzun fasilədən sonra sosial media hesabında yeni paylaşım edərək diqqət çəkib. xeberde.az xəbər verir ki, tanınmış aparıcı hazırda Çində səfərdədir. O, Honkonqda çəkilmiş fotosunu izləyiciləri ilə bölüşərək həm səyahət təəssüratlarını, həm də yenidən aktivliyə başlamasını nümayiş etdirib. Nanənin paylaşımı qısa müddətdə çoxsaylı bəyənmə və şərh toplayıb.
Binanın damında 15 yaşlı qıza əxlaqsızlıq edən gəncə – 2 il həbs!
Gəncədə yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan 2005-ci il təvəllüdlü Ş.Məmmədov (şərti) cinayət məsuliyyətinə cəlb edilib. xeberde.az əldə etdiyi məlumata görə, Gəncə Şəhər Məhkəməsi 20 yaşlı gənci Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilib. Müəyyən edilib ki, Ş.Məmmədov 2022-ci ildə əslən Gəncədən olan və ailəsi ilə birgə […]
Yol polisi sürücülərə qışa hazırılıqla bağlı çağırış etdi
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobillərin qış mövsümünə hazırlığı ilə bağlı çağırış edib. İdarədən xeberde.az-a verilən məlumata görə, müraciətdə deyilir: “Qış fəslinin gəlişi ilə əlaqədar nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirməlidir.Baş Dövlət Yol Polisi İdarəsi qış ayları üçün xarakterik olan əlverişsiz hava şərtlərini nəzərə alaraq, nəqliyyat vasitələrinin sahiblərini qabaqlayıcı tədbirlər görməyə, avtomobillərini mövsümə uyğun şinlərlə […]
Hikmət Hacıyevdən Rusiya ilə bağlı VACİB MESAJ
Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan-Rusiya münasibətlərindən danışıb. xeberde.az xəbər verir ki, Hikmət Hacıyev Brüsseldə “EU Today”a müsahibəsində ötən ilin dekabrında Azərbaycana məxsus təyyarənin Rusiya səmasında vurulmasından sonra müəyyən emosionallığın və yalnış anlaşılmaların olduğunu, lakin rəsmi Bakının narahatlıqlarının Düşənbədə liderlər səviyyəsində müzakirə edildiyini bildirib. Onun sözlərinə görə, […]
Bu ərazilərə qar yağacaq, 5 dərəcə şaxta olacaq – Sabahın havası
Bakıda dekabrın 2-də havanın çiskinli olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bu barədə xeberde.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi axşam bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-13, gündüz […]
Əli Kərimlini hansı cəza gözləyir?
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə ittiham elan olunub. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Əli Kərimliyə AR Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə ittiham irəli sürülüb. xeberde.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin sözügedən maddəsi Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri nəzərdə […]
Əli Kərimlinin evində axtarış aparılıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mənzilində axtarış aparılıb. xeberde.az xəbər verir ki, axtarışın Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində açılan cinayət işi çərçivəsində aparıldığı qeyd edilir. Əli Kərimlinin saxlanıldığı barədə bir qədər öncə yayılan məlumat hələ ki rəsmən təsdiqlənməyib. Xatırladaq ki, Səbail rayon Məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi […]
Bu kitab qadağan edildi — Ədəbi mühit ayağa qalxdı
Elm və Təhsil Nazirliyinin Donna Deyl Karneginin “Yeniyetmə qızlar: Dostları necə qazanmalı və insanlara necə təsir etməli” kitabını məktəb kitabxanalarında qadağan etməsi ciddi narazılıq yaradıb. “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu bu qərarı gender baxımından ədalətsiz adlandırır və kitab seçimi, Dövlət vəsaitinin xərclənməsi, eləcə də nəşriyyatların seçim meyarları ilə bağlı Nazirlikdən şəffaf açıqlama tələb edir. O […]
Bu ölkədə 173 xəstənin ölümündən sonra 82 min fentanil flakonu müsadirə edilib
Argentina polisi 173 xəstənin ölümü ilə bağlı aparılan istintaq çərçivəsində 82 mindən çox fentanil ampulunu müsadirə edib. xeberde.az xəbər verir ki, müsadirələr Argentinanın dörd vilayətində – Buenos-Ayres, Formosa, Kordova və Santa-Fe ərazilərində həyata keçirilib. Məhkəmə orqanları müəyyən edib ki, bütün ampullar xəstəxanalara göndərilməzdən əvvəl bakteriyalarla çirklənmiş qruplara aid olub. İstintaq bir neçə ay əvvəl – hakimiyyət […]










