Təhsil

Yeni təhsil proqramları hazırlanır – Komissiyanın növbəti iclası

İyulun 23-də Elm və Təhsil Nazirliyində yeni ali təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın üçüncü iclası keçirilib. xeberde.az xəbər verir ki, elm və təhsil nazirinin müavini, Komissiyanın sədri İdris İsayevin rəhbərliyi ilə keçirilən iclasda Komissiya üzvləri və nazirliyin rəsmiləri iştirak ediblər. Açılış nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev ali təhsil proqramlarının […]

İdman

“Zirə” “Hayduk”la ilk oyunda heç-heçə edib

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakıda keçirilən “Zirə” – “Hayduk” (Xorvatiya) oyunu başa çatıb. xeberde.az xəbər verir ki, “Neftçi Arena”da təşkil olunan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 31-ci dəqiqədə Brahim Konate açıb. Rəqibdə isə 68-ci dəqiqədə Entoni Kalik fərqlənib. “Zirə”nin heyətində 39-cu dəqiqədə məcburi əvəzetmə olub. Zədə alan Brahim Konate yerini Ceyhun […]

Dünya Hadisə

“Baza”nın baş redaktoru həbs olundu

“Baza” teleqram kanalının baş redaktoru Qleb Trifonov barəsində həbs qətimkan tədbiri seçilib. xeberde.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.  Məlumata görə, o, sentyabrın 20-dək İstintaq təcridxanasına göndərilib. Qeyd edək ki, Q.Trifinov və onun həmkarı rüşvət almaqda ittiham olunduqları üçün ötən gecə Moskvada saxlanılıblar.

Cəmiyyət

Bu ərazilərdə qanunsuz tikilən evlər SÖKÜLÜR

Dəmir yollarının ətrafında qanunsuz tikintilər uzun illərdir davam edən problemlərdən biridir. Əsasən Abşeron dairəvi xətti üzrə dəmir yolu, o cümlədən Nərimanov-Böyükşor, Keşlə sahələrində mühafizə zolağını nəzərə almadan tikilən evlər ciddi təhlükə törədir. xeberde.az xəbər verir ki, hazırda ərazidə 161 qeyri qanuni tikilmiş ev var. Burada ümumilikdə 156 ailə, 543 nəfər yaşayır. Araşdırma göstərir ki, yaşayan şəxslər […]

Cəmiyyət Təhsil

Təhsil üçün xaricə gedənlər oxusun: diplomunuz bata bilər

Ekspertdən SOS!: “Elm və Təhsil Nazirliyinin susqunluğu minlərlə ailəni tələyə salır” Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) xarici ölkələrdə təhsil alan və təhsil almaq arzusunda olan tələbələrə müraciət edib. Bildirilib ki, xüsusilə son illər qonşu ölkələrdən əldə olunan kvalifikasiyaların tanınmasına dair imtina qərarlarının sayı artmaqdadır. Qurum ən çox imtina verilən kvalifikasiyalar üzrə ali təhsil müəssisələrinin siyahısı, […]

Cəmiyyət Gündəm manset

Cavid Qurbanovun oğluna yeni VƏZİFƏ VERİLDİ

Baş Prokurorluqda yeni kadr təyinatı olub. xeberde.az xəbər verir ki, müvafiq əmrlə Şəmşir Şəmşirli Baş Prokurorluqda böyük köməkçi vəzifəsinə təyin edilib. O, bundan əvvəl də Baş Prokurorluqda çalışıb. Qeyd edək ki, Şəmşir Şəmşirli Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun oğludur.

Şou-Biznes

Kamilə və Hüsniyə illər sonra bir arada – FOTOLAR

Aparıcılar Kamilə Babayeva və Hüsniyə Məhərrəmova bir araya gəliblər. Onlar “DreamFest”in məşq prosesində görüşüblər.  Kamilə Amerikaya köçən həmkarı ilə görüntülərini paylaşaraq “Səni səhnədə görmək, özünəməxsus yanaşman, səhnə cazibən üçün darıxmışam” sözlərini yazıb. Qeyd edək ki, Kamilə və Hüsniyə “5-ci element” verilişində birlikdə aparıcılıq edirdilər. (Axşam.az)

Hadisə

18 yaşlı Məhəmməd ad günündə dənizdə boğuldu

Hərbi xidmətə hazırlaşan gənc doğum günündə dənizdə boğulub. xeberde.az xəbər verir ki, ötən gün günorta saatlarında Məhəmməd İsmayılov dostu ilə birlikdə ad gününü qeyd etmək üçün dənizə gedib. Dənizə daxil olduqdan sonra onu tapmaq mümkün olmayıb. Axtarışlardan sonra yeniyetmənin meyiti tapılaraq dənizdən çıxarılıb. Onun üzərində qan izləri olduğundan başının qayalara dəyərək öldüyü ehtimal edilir. Mərhumun […]

İdman

Faciəvi şəkildə ölən Fəridi yad etdilər

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Xorvatiyanın “Hayduk” klubu ilə oynayan “Zirə” “Neftçi Arena”da keçirdiyi oyundan öncə təsirli addım atıb. xeberde.az xəbər verir ki, futbolçular meydana bir neçə gün öncə dənizdə boğulan klub akademiyasının üzvü Fərid Şahverdiyevin forması ilə çıxıb. Qeyd edək ki, akademiyanın U-16 komandasının üzvü Şüvəlan çimərliyində faciəvi şəkildə ölmüşdü.