Mədəniyyət

Tofiq Bakıxanov İkinci Fəxri xiyabanda dəfn olunacaq

Görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovun vida mərasimi 25 avqust saat 11.00-13:00-da Təzə Pir məscidində keçiriləcək. xeberde.az xəbər verir ki, dəfn mərasimi saat 13:30-da İkinci Fəxri Xiyabanda baş tutacaq. Qeyd edək ki, T.Bakıxanov avqustun 23-də vəfat edib. O, üç balet (“Xəzər balladası”, “Şərq poeması” və “Xeyir və Şər”), bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığı 3 musiqili komediya […]

Təhsil

Ali məktəbə qəbul olmayanların NƏZƏRİNƏ – Bir şansınız daha var

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. DİM-dən xeberde.az-a verilən xəbərə görə, abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Bildirilib ki, orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” […]

Siyasət

Azərbaycan – Özbəkistan münasibətləri çoxşaxəli və uzunmüddətli inkişaf modelinə çevrilib

          Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsi iki qardaş ölkə arasında münasibətlərin bugünkü yüksək səviyyəsini, əldə olunan mühüm nəticələri və gələcək əməkdaşlığın perspektivlərini əhatə edən mühüm siyasi mesajlarla zəngindir. Dövlətimizin başçısının müsahibədə səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan – Özbəkistan əlaqələri yalnız dövlətlərarası münasibətlərin çərçivəsi […]

Təhsil

58 947 nəfər ali məktəblərə qəbul olub – YENİLƏNİB

Bu il 58 947 nəfər ali məktəblərə qəbul olub. Bu barədə xeberde.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı Mərkəzin internet saytından, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Hər bir abituriyentə dim.gov.az […]

Cəmiyyət

Elçibəyin qardaşı qızının evi əlindən alındı – FOTO

Azərbaycanın mərhum Prezidenti Əbülfəz Elçibəyin qardaşı İbrahim Əliyevin qızı Züleyxa Əliyeva mənzillə bağlı ciddi problemlə üzləşib. xeberde.az bildirir ki, “Bakupost”a Züleyxa Əliyevanın yaxınlarının verdiyi məlumata görə, mübahisə Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında yerləşən və “Aspirantların yataqxanası” kimi tanınan binanın sökülərək yerində yeni yaşayış binasının tikilməsi ilə bağlıdır. İddia olunur ki, həmin ünvanda Züleyxa Əliyevanın ailəsinə […]

Siyasət

Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq genişlənir

          Məlum olduğu kimi, Azərbaycan – Özbəkistan arasındakı münasibətlər Cənubi Qafqazda və Mərkəzi Asiyada ən sürətlə inkişaf edən strateji tərəfdaşlıq formatlarından birinə çevrilib. Prezident İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə də ikitərəfli münasibətlərin inkişaf dinamikası və qarşıdakı perspektivlər geniş şəkildə açıqlanır. Müsahibədən bir daha aydın olur ki, iki qardaş ölkə arasında əlaqələr son […]

Siyasət

İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu

26 Avqust – Laçın şəhəri Günüdür. Bu əlamətdar tarix Azərbaycanın ərazi bütövlüyünün bərpasını, Laçının işğaldan azad edilməsini və şəhərdə aparılan genişmiqyaslı quruculuq işlərini özündə əks etdirir.1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsinə Laçın adı verilib və şəhər statusu alıb. 1930-cu il avqustun 8-də Laçın rayonu inzibati ərazi vahidi kimi təşkil edilib. Rayon 1835 kvadratkilometr ərazini əhatə […]

Cəmiyyət

Xarici pasportu olanlara MÜHÜM XƏBƏRDARLIQ

Xarici ölkənin vətəndaşlığını qəbul edən, lakin Azərbaycan vətəndaşlığına xitam verilməyən şəxslərin hərbi xidmətə çağırılıb-çağırılmaması ilə bağlı əsas məqam açıqlanıb. xeberde.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu məsələ ilə bağlı məlumat yayıb. Qeyd olunan izah Xidmətin əməkdaşı Kapitan Zəfər Əsgərli tərəfindən təqdim edilib.  Bildirilib ki, “Hərbi vəzifə və hərbi xidmət […]

Gündəm Hadisə

Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlandı

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən dərman vasitələri aşkar edilib. xeberde.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, idarənin “Qırmızı Körpü” gömrük postunun idxal nəzarət xəttində yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. “Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin dartıcı hissəsində gömrük orqanına bəyan […]