Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Özbəkistana rəsmi səfəri ilə iki ölkə arasında münasibətlərin inkişafında yeni dövrün başlanğıcı qoyuldu. Müxtəlif sahələri əhatə edən mühüm sənədlərin imzalanması ilə bundan sonra əlaqələrin inkişafı üçün hüquqi baza formalaşdırıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Özbəkistana səfəri həqiqətən sıçrayış xarakterli səfərdir. Müzakirə olunan mövzuların mahiyyətinə, formasına, məzmununa əsasən bu səfər və razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq.
Azərbaycan və Özbəkistanla imzalanan sənədlər arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə, həmçinin hərbi və hərbi-texniki sahədə əməkdaşlıq haqqında saziş də var. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir.
Vətən müharibəsində Azərbaycanın öz ərazilərini erməni işğalından azad etməsindən sonra ölkəmizin regionda və dünyada nüfuzu daha da artıb. Azərbaycan regionda söz sahibinə çevrilib və Cənubi Qafqazda vəziyyətə özü diktə etməyə başlayıb. Təsadüfi deyil ki, bölgədə sülhün bərpası prosesində Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergüc dövlətləri və beynəlxalq təşkilatları tərəfindən qəbul edilməkdədir. Eyni zamanda qeyd etmək lazımdır ki, Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəkləyir və ərazilərin bərpasında yaxından ioştirak etmək əzmindədir. Füzuli şəhərində Özbəkistan hökuməti tərəfindən hədiyyə olaraq orta məktəb inşa olunacaqdır. İşlərə artıq başlanıb və növbəti tədris ilinə qədər məktəbin istifadəyə verilməsi planlaşdırılır. Bu məktəb praktiki baxımdan həm də bizim qardaşlığımızın rəmzi olacaq. Azərbaycan bunu çox yüksək qiymətləndirir və qardaşlıq münasibəti bizim üçün çox qiymətlidir.
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri tarixi abidələrlə tanış olublar. Buxara şəhərində “Poyi-Kalon” kompleksi 1127-ci ildə inşa olunub. Mədrəsə XVI əsrdə Abdullah Yəməni – Mir-i Ərəb tərəfindən inşa etdirilib. Onlar həmçinin Buxara şəhərində “Ark” qalası ilə tanış olublar. “Ark” qalası eramızdan əvvəl IV əsrdə inşa olunub. Onun hazırkı görkəmi isə əsasən XVII–XVIII əsrlərdə formalaşıb. 1947-ci ildən qala ərazisində Buxara Dövlət Muzey-Qoruğu fəaliyyət göstərir.
Müşfiq Bağırov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Cəngan kənd inzibati
ərazi dairəsi üzrə nümayəndəsi




