Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafından danışarkən mütləq şəkildə iki lider arasında formalaşmış şəxsi münasibətlərdən də danışmaq lazımdır. Təsadüfi deyil ki, son 5 ildə Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Özbəkistana 2 dövlət səfəri və 4 işgüzar səfər edib. Prezident Şavkat Mirziyoyev isə həmin müddətdə ölkəmizə 2 dövlət səfəri və 7 işgüzar səfər həyata keçirib. Bu məqam Azərbaycan-Özbəkistan münasibətlərinin əhəmiyyətini daha da artırır. Çünki Özbəkistan Mərkəzi Asiyanın ən böyük əhalisinə və mühüm iqtisadi potensialına malik ölkələrindən biridir. Azərbaycan isə Cənubi Qafqazın nəqliyyat və enerji imkanlarını Mərkəzi Asiyanın resursları və bazarları ilə birləşdirən əsas ölkələrdən biridir.
Başqa sözlə, iki ölkənin coğrafiyası onları bir-birindən uzaqlaşdırsa da, geosiyasi və iqtisadi maraqları əksinə, yaxınlaşdırır. İki ölkənin yaxınlaşmasının başqa bir mühüm məqamı Türk Dövlətləri Təşkilatıdır. Bakı və Daşkənd təşkilatın gələcək rolunun müəyyənləşməsində maraqlıdır. TDT-nin siyasi və iqtisadi imkanlarının genişləndirilməsi, türk dünyası daxilində nəqliyyat əlaqələrinin gücləndirilməsi Azərbaycan və Özbəkistanın maraqlarının ciddi şəkildə üst-üstə düşdüyü istiqamətlərdəndir. Azərbaycan-Özbəkistan münasibətlərinə yalnız ikitərəfli əlaqələr, ya da sırf siyasi prizmadan baxmaq kifayət etmir. Bu münasibətlər Xəzər dənizini Mərkəzi Asiyaya, Mərkəzi Asiyanı Qafqaza, Qafqazı isə Avropaya bağlayan daha böyük geosiyasi və iqtisadi mənzərənin bir hissəsinə çevirib. Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında körpü rolunu gücləndirməsi, Özbəkistanın isə bu bağlantılarda daha fəal iştirak etməsi iki ölkənin qarşılıqlı maraqlarını daha da artırır.
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. İnvestisiya münasibətlərinin ayrıca institusional mexanizmlə dəstəklənməsi iki ölkənin iqtisadi əlaqələrini daha sistemli mərhələyə keçirir. Burada əsas məsələ mövcud potensialın yeni layihələrə çevrilməsidir.
Bu gün Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat imkanları və Avropa istiqamətində bağlantıları Özbəkistanın iqtisadi və regional potensialı ilə birləşir. Tarixi yaxınlıq isə bu əməkdaşlığın siyasi və ictimai əsasını möhkəmləndirir. Məhz buna görə Bakı-Daşkənd münasibətlərinin gələcək inkişafı yalnız iki ölkənin deyil, bütövlükdə Türk dünyasının və Avrasiya məkanının geosiyasi mənzərəsinə təsir edə biləcək proses kimi qiymətləndirilə bilər.
Ələsgər Mirzəzadə,
ADPU Cəlilabad filialında baş müəllim, tarixçi tədqiqatçı
Rusiya ilə Azərbaycan arasında gərginlik, əslində, 2024-cü ilin dekabrında Rusiyanın Qroznı üzərində Azərbaycana məxsus sərnişin təyyarəsini vurması ilə başlayıb. Hazırda Rusiyanın Yekaterinburq şəhərində baş verənlər bu prosesin davamıdır. xeberde.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq Qela Vasadze söyləyib. Onun sözlərinə görə, hadisənin baş verməsinin bir neçə konkret səbəbi var və bu prosesi iki […]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun adı keçən cinayət işi üzrə proses davam etidiləcək. xeberde.az xəbər verir ki, hakim qarşısına Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev çıxarılıb. Nofəl Hacıyev 171 Azərbaycan vətəndaşına qarşı 14 milyon manatlıq dələduzluqda ittiham olunur. O, pulları qayınatası Tahir Qədəşova məxsus “Atlant” Ailəvi İstirahət Mərkəzinin təmir-tikinti […]
Yay fəsli yaxınlaşdıqca, idman zallarına maraq da artır. Bəziləri arzuladıqları çəkiyə çatmaq və sağlam bədən quruluşuna sahib olmaq, digərləri isə qarşıdan gələn idman yarışlarına hazırlaşmaq üçün zallara üz tuturlar. xeberde.az Xəzər TV-yə istinadən məlumat verir ki, hazırda idman zallarında məşq qiymətləri əraziyə və şəraitə görə ciddi fərqlənir. Paytaxtın mərkəzində yerləşən zallarda bir aylıq üzvlük 300 […]