Hamımıza məlumdur ki, mayın 28-də Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilib Laçın Zirvə görüşü Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş ən gözəl bir məkanda keçirildi. Bunun böyük rəmzi mənası var. Zirvə görüşü sayca ikinci oldu. Keçən ilin iyulunda Azərbaycan-Türkiyə-Pakistan birinci Zirvə görüşü keçirilmişdi. Prezident İlham Əliyev vurğulamışdır ki, ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq. Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstək nümayiş etdirmişdir. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik. Dövlətimizin başçısı qeyd edib ki, hazırda ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var. Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcək. Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Türkiyənin terrorçuluqla mübarizə istiqamətində əldə etdiyi uğurlar bizi ürəkdən sevindirir. PKK terror qruplaşmasının özünü ləğv etməsi və tərk-silah ilə bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyinin və əzminin, Türkiyə dövlətinin gücünün nümunəsidir. Bu tarixi hadisə yalnız Türkiyə üçün deyil, ümumilikdə bölgədə sülh və əmin-amanlıq üçün önəmli məsələdir. Bu tarixi hadisə münasibətilə qardaş Türkiyəni bir daha təbrik edirəm. Bir sözlə, bu gün Türkiyə, Pakistan, Azərbaycan arasında birlik, dostluq, qardaşlıq əlaqələrinin inkişafı göz qabağındadır. Milli maraqlara söykənən qarşılıqlı münasibətlərin tarixi də qədimdir, necə deyərlər, zamanın sınaqlarından alnı açıq çıxıb. Bu münasibətlər təkcə iqtisadi, siyasi müstəvidə deyil, bütün mənalarda sağlam düşüncə, sağlam ruh üzərində qurulub. Laçın şəhərində Azərbaycan, Türkiyə və Pakistan liderlərinin zirvə görüşünün keçirilməsi təkcə üç müttəfiq və qardaş ölkənin həmrəylik addımı deyildi. Bu, ilk növbədə üç müttəfiq ölkənin bölgədəki siyasi reallıqlar barədə dünya siyasətinin nəhənglərinə ünvanladıqları son dərəcə vacib mesaj idi.Ofeliya Sadatova,Cəlilabad rayon Heydər Əliyev Mərkəzin direktoru
Oxşar Xəbərlər
Ayağında 3 barmağı olsa da, hərbi xidmətə göndərildi – Rəsmi açıqlama
Ayağında 5 barmaq əvəzinə 3 barmaq olan 25 yaşlı Fəzail Amil oğlu Abbasquliyev yararlı kimi hərbi xidmətə qəbul edilib. xeberde.az xəbər verir ki, bu barədə sosial şəbəkədə hərbi bloqer Tofiq Şahmuradov paylaşım edib. O qeyd edib ki, F. Abbasquliyev daha əvvəl bir neçə dəfə hərbi komissiyadan keçsə də, yararsız kimi xidmətə göndərilməyib. Lakin Dövlət Tibbi-Sosial […]
İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya […]
“Texpasport”da bu söz yazılıbsa… – DİQQƏT!
Xarici ölkədən avtomobil gətirib Dövlət Yol Polisi İdarəsində ilkin qeydiyyata aldırarkən, qeydiyyat şəhadətnaməsinə “müvəqqəti” sözü yazılır. Qeydiyyat şəhadətnaməsində bu söz yazılmış avtomobili isə digər şəxsin adına keçirilməsinə icazə verilmir. xeberde.az avtosfer.az-a istinadla xəbər verir ki, avtomobilin qeydiyyat şəhadətnaməsində “müvəqqəti” sözünün yazılması qanunda nəzərdə tutulub. Lakin qeyd edilən bu söz ilkin qeydiyyata alınmış bütün avtomobillərə şamil edilə bilməz. […]


