“Müəllimlərin “YouTube” çıxışlarına mat qalıram. Deyirlər ki, mən həll edə bilmirəm, şagird necə etsin?”
xeberde.az xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə səsləndirib.
“Bu, proqram çərçivəsində olan sualdır. Proqramda var, düşünmək lazımdır. Müəllimlər deyirlər ki, DİM işçiləri sualları işləsinlər. Biz bunu işləyib baxırıq ki, bacarırıq, ya yox. Cəmiyyət o zaman inkişaf edəcək ki, yeni nəsil bizdən ağıllı olsun. Onda bizdən də xoşbəxt olacaq. Həyata daha hazırlıqlı olmalıdırlar”, – o deyib.



