Azərbaycanın cənub qapısı sayılan Lerik rayonu hər zaman təbiəti, zəhmətkeş insanları və savadlı ziyalıları ilə tanınıb. Bu dağlar diyarının yetişdirdiyi nurlu simalardan biri də Baxşıyev Cəlil Yüzbaşı oğludur – öz zəhməti, biliyi və mənəvi bütövlüyü ilə xalqının hörmətini qazanmış, ziyalılıq nümunəsi olmuş dəyərli şəxsiyyət.

1960 ci illərdə dünyaya gəlmiş Cəlil müəllim ömrünü Lerik əhalisinin xidmətinə həsr etmişdir. O, ömrü boyu sadə, lakin parlaq bir yol keçmişdir. Həm dövrünün mürəkkəb ictimai-siyasi şəraitində, həm də müxtəlif məsuliyyətli vəzifələrdə çalışmağına baxmayaraq, vicdanlılıq və dürüstlük prinsiplərindən əsla yayınmamışdır.

Onun əqidəsi, sadəliyi və dərin intellekti onu təkcə Lerikdə deyil, bütün cənub bölgəsində tanınan və hörmət edilən ziyalılardan birinə çevirmişdir. Cəlil müəllimin mənəvi irsi bu gün də yaşamaqdadır – təkcə ailəsində, yaxın çevrəsində deyil, həm də sadə vətəndaşlar arasında ən humanist bir insan kimi nümunə göstərilir.
Baxşıyev Cəlil Yüzbaşı oğlu – bir ziyalı və daha artıq, bir ömürlük örnək olaraq yaşayır.Onun parlaq xatirəsi Lerikin yaddaşında, tarixində və xalqının qəlbində daim yaşamaqda davam edir.

Cox Hörmətli Cəlil Baxşıyevin nümunəvi bioqrafiyası:
Baxşiyev Cəlil Yüzbaşı oğlu – 1960-cı ildə Lerik rayonunun Kələxan kəndində ziyali ailəsində
anadan olmuşdur.1977 –ci ildə Kəlvəz kənd orta məktəbini,1985-ci ildə Azərbaycan Xalq
Təsərrüfatı İnstitutunu bitirmişdir.Hərbi xidmətini Sovet Ordusu sıralarında Ukrayna
Respublikasında keçmişdir.Ali məktəbi bitirdikdən sonra ilk işinə Dövlət Bankı Lerik rayon filialında iqtisadçı kimi başlamış,bankda şöbə müdiri,baş mühasib və bankın müdiri kimi
məsul vəzifələrdə çalışmışdir.
Yaxşı və səmərəli fəaliyyətinə görə dəfələrlə Azərbaycan Dövlət Bankının fəxri fərmanları və pul mükafatları ilə mükafatlandırılmışdır.1992-1993-cü illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin lerik rayon filialına rəhbərlik etmişdir.1993-cü ildən
2003-cü ilə kimi Lerik rayon İcra Hakimiyyəti Başçısının iqtisadi məsələlər üzrə müavini
işləmişdir.
2003-cü ildən 2007-ci ilə kimi Kapital Bankın Lerik rayon filialının
müdiri işləmişdir.2007-ci ildən 2021-ci ilə kimi Lerik rayon İcra Hakimiyyəti Başçısının
Birinci müavini işləmiş,2021-2022-ci illərdə Lerk rayonuna rəhbərlik edərək İcra Başçısının
səlahiyyətlərini icra etmişdir.

2017-2021 –ci illərdə Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri olmuşdur.
Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının
Prezidenti Cənab İlham Əliyevin 22 iyun 2015-ci il 1282 nömrəli Sərəncamı ilə medalla
təltif olunmuşdur.
Artıq dəyərli ziyalı Leriklilərin sevimlisi Cəlil müəllimi yubiley yaşıdır.
Uğurlu və şərəfli ömür yolu keçmiş Cəlil Baxşıyevi səmimi qəlbdən təbrik edir, ona gələcək günlərdə sağlam və firavan həyat arzulayırıq.

Hazırladı: Mirismayıl Xələfli jurnalist
Xeberde.az




