İqtisadiyyat

Dövlət Turizm Agentliyində Aparat rəhbərini o əvəz edir – RƏSMİ

Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri vəzifəsinin icraçısına aydınlıq gətirlib.

xeberde.az xəbər verir ki, bu barədə Agentlikdən bildirilib.

“Hazırda Dövlət Turizm Agentliyi Aparatının rəhbəri vəzifəsini müvəqqəti olaraq sədrin müşaviri Kənan Quluzadə icra edir”, – deyə rəsmi açıqlamada qeyd olunub.
 

Xatırladaq ki, Aparatın keçmiş rəhbəri Kənan Qasımov bir müddət öncə – mart ayında vəzifədən azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir