Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək Dünya Kubokunda ən uzun və ən qısa boylu oyunçuların adlarını açıqlayıb.
xeberde.az xəbər verir ki, ən uzun boylu oyunçu Avstriya milli komandasının və Çexiyanın “Viktoriya Plzen” klubunun qapıçısı 25 yaşlı Florian Vigeledir. Onun boyu 205 sm-dir.
Ən qısa boylu oyunçu Panama milli komandasının və Çilinin “Kobresal” klubunun yarımmüdafiəçisi 30 yaşlı Sezar Yanisdir. Onun boyu 160 sm-dir.
Avstriya qrup mərhələsində Argentina, Əlcəzair və İordaniya ilə, Panama isə İngiltərə, Xorvatiya və Qana ilə qarşılaşacaq.



