Dünya Gündəm

Bu səhnə “Yeraltı”ndan çıxarıldı – FOTO

Xəbər verdiyimiz kimi, Şanlıurfa və Kahramanmaraşda baş verən faciələr fonunda hədəf alının mafiya məzmunlu seriallarla bağlı yoxlamalar başladılıb.

Artıq bəzi ekran işlərində dəyişikliklər edilib. İlk addım “Yeraltı” serialından gəlib. Ekran işinin yutubda yayımlanan 12-ci bölümünün ilk fraqmanı portaldan silinib. Belə ki, bərbərin vurulması səhnəsi treylerdən çıxarılaraq yenidən təqdim olunub.

Qeyd edək ki, hazırda Türkiyədə mafiya məzmunlu “Yeraltı”, “Eşref Rüya” serialları reytinqlərdə birincidir. Bundan başqa, yayımlanan digər serillarda da (“Uzak şehir”, “Halef”, “Sevdiyim sensin”, “Çirkin”, “Güller ver günahlar”, “A.B.İ”, “Arka sokaklar”, “Teşkilat”, “Taşacak bu deniz”) böyük hissəsində silahlı atışma, zorakılıq səhnələri çoxluq təşkil edir. Bundan sonra bu tip səhnələrin ciddi araşdırılacağı açıqlanıb.

Onu da əlavə edək sözügedən hadisələr fonunda “Yeraltı”nın yeni bölümü bu həftə yayımlanmayıb. (Axşam.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir