Dünya

Bolqarıstan borclarını ödəmək üçün pul axtarır

Bolqarıstan Maliyyə Nazirliyi ölkənin çətin maliyyə vəziyyəti fonunda borclarını ödəmək üçün 3,8 milyard avroya qədər borc götürməyi nəzərdən keçirir. xeberde.az bu barədə “Novinite”yə istinadla xəbər verir. “Baş nazirin müavini və maliyyə naziri Qalab Donev Bolqarıstanın 3,8 milyard avroya qədər yeni borc götürməli olacağını bildirib və bu tədbiri qaçılmaz adlandırıb”, məlumat deyilir. Qeyd olunur ki, borc […]

Gündəm

Bakıda yeni körpü tikilir – VİDEO

M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisindən keçən hissədə yerləşən qəzalı körpü sökülərək yeni biraşırımlı körpünün inşasına start verilib. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, hazırda ərazidə svayvurma işləri yekunlaşdırılaraq, yeni körpünün dayaqlarının inşası istiqamətində müvafiq işlər görülür. Xatırladaq ki, […]

İqtisadiyyat manset

Azərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərilib – YENİLƏNİB

Bu gün Azərbaycandan Ermənistana göndərilən 2 475 ton dizel yanacağı “Azərbaycan Dəmir Yolları” QSC-nin Güzdək stansiyasından yola salınıb. xeberde.az xəbər verir ki, 42 vaqon dizel yanacağı Böyük Kəsik stansiyası istiqamətində yola düşüb. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2 955 ton Aİ-95 benzini ixrac olunub. Xatırladaq ki, bu ölkəyə yanacaq ixracına […]

Hadisə

Mayda 211 nəfər Azərbaycanın sərhəd rejim qaydalarını pozub

2026-cı ilin may ayı ərzində Azərbaycanın sərhəd rеjim qaydalarını pоzduqlarına görə 211 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. xeberde.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Ay ərzində dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb. Onların 7-si İran, 3-ü Azərbaycan, 2-si Mərakeş, 2-si Nigeriya, 2-si Əlcəzair, 1-i Əfqanıstan, 1-i Türkiyə, 1-i Hindistan, […]

Sosial

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

Məhkəmə praktikasından görünür ki, bəzən şəxslər hər hansı qanunsuz nəticə əldə etmək məqsədilə kiməsə pul və ya başqa əmlak verirlər. xeberde.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb. Bildirilib ki, vədlər yerinə yetirilmədiyi halda isə adətən mülki məhkəmədə verilmiş pulun qaytarılması barədə iddialar irəli sürülür. Lakin bir qayda olaraq həmin pulu məhkəmə qaydasında […]

Cəmiyyət

Eldar Rəsulova vəzifə verildi

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media Əlaqələri üzrə Meneceri Eldar Rəsulov yeni vəzifəyə təyin olunub. xeberde.az xəbər verir ki, Eldar Rəsulov ölkənin dağ-mədən sənayesində fəaliyyət göstərən “AzerGold” QSC-də İctimaiyyətlə Əlaqələr, Marketinq və Korporativ Sosial Məsuliyyət şöbəsinin şöbə müdirinin müavini vəzifəsinə yeni təyinat alıb.  “Məmnuniyyətlə bildirirəm ki, peşəkar fəaliyyətimdə yeni bir mərhələyə qədəm qoyaraq ölkəmizin dağ-mədən sənayesində mühüm […]

Cəmiyyət

Məhərrəmlik öncəsi Bakıda toy “yağışı”: Şadlıq saraylarında boş yer qalmadı

Azərbaycanda builki Məhərrəm ayının iyunun 16-da başlaması ilə əlaqədar olaraq şadlıq saraylarında böyük sıxlıq və toy “yağışı” yaşanır. Hazırda paytaxtdakı əksər şadlıq saraylarında boş gün tapmaq demək olar ki, qeyri-mümkündür. Ölkədə bir çox vətəndaş məhərrəmlik dönəmində toy etməkdən çəkinsə də, bu ayda şadlıq edənlərin sayı da az deyil. xeberde.az paytaxtın tanınmış şadlıq sarayları arasında sorğu keçirərək […]

İdman

Dünyanın ən bahalı 20 futbolçusu – SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən bahalı 20 futbolçusunun siyahısını açıqlayıb. xeberde.az-ın məlumatına görə, siyahıya İspaniya çempionu “Barselona”nın 18 yaşlı oyunçusu Lamin Yamal başçılıq edir. 1. Lamin Yamal (“Barselona”) – 358,1 milyon avro 2. Erlinq Haaland (“Mançester Siti”) – 227,3 milyon avro 3. Kilian Mbappe (“Real Madrid”) – 165,7 milyon avro 4. Mixael Olişe […]

Bölgə

Laçın və Kəlbəcərdə arxeoloji tədqiqatlar aparılacaq

“Laçın və Kəlbəcərdə də arxeoloji tədqiqatların aparılması planlaşdırılır”. xeberde.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli “2026-cı il Arxeoloji və Antropoloji çöl-tədqiqat mövsümü”nün açılış mərasimində çıxışı zamanı deyib. Onun sözlərinə görə, ötən il işğaldan azad olunmuş ərazilərdə beynəlxalq ekspedisiyalar təşkil olunub: “Qarabağda elmi mərkəz açılmalıdır. Bunun artıq vaxtıdır. Qarabağın bəzi ərazilərində […]

AKTUAL Gündəm Hadisə

Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı

Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktumun qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid Əl-Məktumun keçmiş həyat yoldaşı Zeynəb Cavadlı və üç qızının Dubay polisi tərəfindən qaçırıldığı bildirilir. xeberde.az xəbər verir ki, Cavadlının vəkili, britaniyalı hüquqşünas Devid Heyq müvəkkili və uşaqları ilə əlaqənin tamamilə kəsildiyini bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatına […]