Kriminal manset

Bakıda 22 yaşlı narkokuryer tutuldu

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçiriblər. xeberde.az xəbər verir ki, paytaxt ərazisində narkokuryerlikdə şübhəli bilinən 22 yaşlı Cahid İbrahimov saxlanılıb. Onun üzərinə baxış zamanı təxminən 13 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb. Hadisə ilə bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarına əsasən, C.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib.

Cəmiyyət

Yayda uşaqları sancan görünməz təhlükə – Bu əlamətlərə laqeyd qalmayın

Yay aylarında uşaqlar arasında həşərat sancmaları ilə bağlı şikayətlərdə ciddi artım müşahidə olunur. Valideynlər bir çox hallarda uşağın dərisində yaranan şişkinlik və qızartını sadə ağcaqanad dişləməsi kimi qiymətləndirir. Lakin bəzi vəziyyətlərdə bu əlamətlər daha ciddi həşərat sancmalarının – gənə və ya arı dişləmələrinin nəticəsi ola  və hətta infeksion ağırlaşmalarla müşayiət oluna bilər. Nəticədə uşaqlarda uzunmüddətli […]

Hərbi

Atası azərbaycanlı olan erməni cəlladın həbsinə QƏRAR verildi – DOSYE

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin sözçüsü AzadlıqRadiosuna bildirib ki, 1 mart işi üzrə təqsirləndirilən keçmiş müdafiə naziri Seyran Ohanyan bugünkü məhkəmə iclasına gəlməyib. xeberde.az bildirir ki, buna görə də hakim onun həbs olunmasına qərar verib. İkinci prezident Robert Köçəryan və onun keçmiş tabeliyində olanlar 2021-ci ildə Konstitusiya Məhkəməsi Köçəryana qarşı irəli sürülən konstitusiya quruluşunu devirmək […]

Siyasət

Azərbaycan bu Avropa ölkəsində səfirlik açır

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. xeberde.az-ın məlumatına görə, komitə sədri Səməd Seyidovun təqdimatından, digər deputatların çıxışlarından sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.

Sosial

DİQQƏT: Bu şəxslər 3000 manat cərimələnəcək

Əmək qanunvericiliyinin pozulmasına görə tətbiq edilən cərimələrin siyahısı genişləndiriləcək. xeberde.az bildirir ki, bu barədə Milli Məclisin bugünkü iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən […]

Bölgə

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Azərbaycanda yas mərasimlərinin təşkili, xüsusilə dəbdəbəli ehsan süfrələrinin açılması uzun illərdir cəmiyyətdə ən çox müzakirə mövzulardan biridir. Son dövrlərdə isə ölkənin müxtəlif bölgələrində israfçılığın qarşısını almaq və yas sahibinin maddi yükünü azaltmaq məqsədilə kütləvi ehsan süfrələrinin ləğv edilməsi geniş yayılıb. Son illər yas çadırlarının sanki bir rəqabət meydanına çevrilməsi cəmiyyətdə ciddi narazılıq doğururdu. Bu problemin […]

Gündəm

Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşuldu

Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulur. xeberde.az-ın məlumatına görə, Milli Məclisin növbədənkənar sessiyasının bugünkü plenar iclasında bu barədə müzakirələr aparılıb. “Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya”ya qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Hadisə

Elvin Quliyevin meyiti TAPILDI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonu, Biləsər kəndi yaxınlığında yerləşən Biləsər şəlaləsində vətəndaşın batması barədə məlumat daxil olub. xeberde.az  xəbər verir ki, FHN-in Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub. Dalğıclar tərəfindən 1994-cü il təvəllüdlü Quliyev Elvin […]

Siyasət

SON DƏQİQƏ: Baş nazir QƏRAR İMZALADI

Hacıqabul rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib. xeberde.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, qoyuluş gücü 160 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə Hacıqabul rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 321,0 […]

Cəmiyyət

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri BU TARİXDƏ fəaliyyət göstərməyəcək

Milli Qurtuluş Günü ilə əlaqədar iyunun 15-də “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq. xeberde.az  xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, iyunun 16-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.